Muzakire Azerbaycanlilar Arxiv 4 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yalançı statistika !
2009-cu il 13-22 aprel tarixlərində aparılmış siyahıya almanın yekunları istənilən savadlı Azərbaycanda yaşayan bu ölkə vətəndaşı üçün gülünc doğurur. Heç bir həqiqəti əks etdirməyən kimlərinsə sifariçi ilə elan olunmuş dırnaqarası rəsmi rəqəmlərdir !--Asparux Xan Bulqar 14:01, 10 yanvar 2012 (UTC)
onun yekunları elmi əsas kimi götürülə və mənbə kimi qəbul edilə bilinməz !--Asparux Xan Bulqar 14:02, 10 yanvar 2012 (UTC)
Sizinlə razıyam. Çox təəssüf ki, bu kimi hallar davam edir. Amma istənilən halda bunu elmi mənbə kimi deyil, rəsmi mənbə kimi qəbul etməliyik. --►Safir yüzüklü Ceklimesaj 14:14, 10 yanvar 2012 (UTC)
Az.wikipediayaya Türkiyəlilərin qarışması
Türkiyəli wikipeiya istifadəçilərinin Azərbaycan wikipediyasına qarışması və fikirlərini türkçe yazması tək ədəbsizlik deyil həmçinin bizə həqarətdir. Mən Türkiyə wikipediyasında yalnız Azərbaycanla bağlı mövzularda və yalnız türkçe yazıram. Türkiyəli istifadəçilərinin sırf Azərbaycanla bağlı məqaləyə öz fikirlərini söyləməsinə və türk olmağımızı bizə eyib tutmasına ehtiyac yoxdur. Hər halda biz Türkiyə seriallarında Azərbaycanlıları aşağı təbəqənin nümayəndəsi kimi göstərilməsini, bizə azəri adı ilə müraciət etmələrini, Türkiyədə yaşayan kürdlərə 1991-ci ilə qədər Dağ Türkləri adı ilə müraciət etdiklərini biz yaxşı bilirik. Qara xan 19:49, 08 fevral 2012 (UTC)
Türk qardaşlarımızın bizim vikidə böyük xidmətləri olub. Onlardan bir çoxu trvikidən sonra azvikini düşünüblər. Bunun özü bizə olan diqqətdən xəbər verir. Trvikidən olan şəxslərin burada türk dilində fikir bildirməklərinə gəlincə, bu hal zamanla azalır. Əvvələrə nisbətən, indi türkcə şərhlərin sayı azdır. Hörmətlə--Baskervill 16:04, 8 fevral 2012 (UTC)
Bu məsələdə İstifadəçi:Baskervill -in fikirləri ilə razıyam !--Asparux Xan Bulqar 19:15, 8 fevral 2012 (UTC)
- Türk dilində məqalələr yaratmaq olmaz. Müzakirə səhifələrində (məqalə müzakirəsi, istifadəçi müzakirəsi səhifələri) türkcə nəsə yazmaq problem deyil və bunu heç kim qadağan edə bilməz. Azviki istifadəçilərinin 90%-i türkcə anlayır və bu yazıları cavablandıra bilir. Müzakirə səhifələrində nəinki türkcə, eləcə də rusca, ingiliscə, almanca və istənilən dildə yazmaq olar. Bu heç bir vikipediyada qadağan deyil. Türkiyə türkləri ilə Azərbaycan türklərinin münasibətinə gəldikdə isə - məncə, irad tutan istifadəçinin qeydləri yersizdir. Dünyada bir-birinə belə yaxın və bir-birini belə dəstəkləyən çox az millətlər var.--Sortilegus 10:57, 10 fevral 2012 (UTC)
Bu problemlərin yaranmasının başlanğıcı 1935-cü il
İlk öncə bütün wikipediya istifadəçilərini salamlayıram və məndən əvvəl bu mövzuya toxunmuş istifadəçi Subhan Azimzadenin fikirlərinə bir az düzəliş edim. Azərbaycanda yaşayan türklərin, talışların, tatların və digər etnik qrupların vahid adla Azərbaycanlı adı ilə birləşdirilməsi Azərbaycan xalqının iradəsi altında olmayaraq 1935-cü ildə Mir Cəfər Bağırov tərəfindən həyata keçirilmişdir. Onuda qeyd edim ki, mənim Azərbaycan türkü olmağıma baxmayaraq Azərbaycanlı adının əleyhinə deyiləm. Sonda isə Azəri termini barəsində, bu termin Rza Pəhləvi tərəfindən Cənubi Azərbaycanda, Xorasanda və digər bölgələrdə yaşayan yalnız Türkləri assimlyasiya etmək üçün istifadə edilmişdir və indi də istifadə edilir amma bu Azəri millətinin mövcud olmamadığı demək deyil. Hazırda Azərilər əsasən Cənubi Azərbaycanda Türklərlə yanaşı yaşayır və onların tanınmış nümayəndələrindən Babəki, Əhməd Kəsrəvini, Fərəh Pəhləvini və digərlərini göstərmək olar. Qara xan 20:39, 21 fevral 2012(UTC)
Hörmətli Qara xan azərbaycanlı milliyyət adının Azərbaycannın quzey qismində - Cənubi Qafqazda yaşayan Azərbaycan türklərinə verilməsi təklifi və ya fikri 1813-1828 illərdəki Məmaliki Məmruseyi Qacar ilə Rusiya İmperatorluğu arasında bağlanan müqavilələrin şərtlərinin müzakirələri zamanı Rus çarının bölgədəki səlahiyyətli nümayəndəsi tərəfindən ilk dəfə olaraq mərkəzi çar hökumətinə təklif edilmişdir . Ancaq icrası müəyyən səbəblərdən dolayı alınmamış yalnız SSRİ vaxtı 1937-ci ilin sonunda qətiyyətlə həyata keçirilmişdir . 1937-ci il siyahıya alması zamanı 1918-1920 ci illərin ənənəsinə uyğun olaraq Azərbaycanın yerli türk əhalisi Azərbaycan Türkləri adıyla siyahıya alınmış , daha sonra qüsurlu hesab edilərək ləğv edilmiş 1939-cu ildə təkrar s.a. zamanı isə artıq azərbaycanlı adında bir milliyyət ortaya çıxır və tatlar bu milliyyətin işərisində hesablanır . O ki qaldı Kəsrəviyə (o milliyyətcə Türk yox Tatdır) , o Güney Azərbaycanın içərilərində yerləşən talış dilinin xüsusi dialektində danışan türkcə toponimlərə (adlara) sahib 6 kiçik talış kəndində dil araştırması adı altında qondarma tədqiqat aparmış və gülməli-təkzibolunmaz məlumolmayan faktlarla üzləşmiş (ancaq nədənsə qeyd edə bilmədiyi) və aksiom kimi qəbul etdiyi bir nəticəyə gəlmişdir ki, biz özümüzü-nəslimizi-tayfamızı tanıyan türklər sən demə hamımız əslində zülmün gücüylə sadəcə türkcə öyrənmiş talışlarıq (onların əfsanəvi əcdadları azərilərik). əstağfürullah düzəliş edim ; Azərbaycan adı qondarmadı o atropatena sözünün təhrif edilmiş formasıdır , Albaniya və Atropatena əhalisi sonradan 13-14 ci əsrlərdə monqolların güçlü təzyiqi ilə məcburi türkcə danışmalı oldu (yazıq monqollar öz dillərinin əvəzinə camaata türkcə öyrədirmişlər) , sonra bunu şah ismayıl davam etdirdi halbuki özü talış və ya kürd əsilli iran irqindən idi amma o hiyləgər səbəb məlum olmasa da camaatı türkləşdirmək istəmişdi ! Qədimdə Atropatena əhalisini talışlar , Albaniya əhalisini isə ləzgilər təşkil edirdi . indi bu qondarma azərbaycan türkü deyilən millət əslində kökünü unutmuş şimaldakılar-ləzgilər , cənubdakılar-azərilər yəni irani talışlardır . --------bu da bütün ideya ........ Əgər ölkəmizdəki saxta azərbaycançılığı təbliğ edən yalançı önəmli şəxslər xaricdə və ya ölkəmizdə çıxış edərkən qeyd edib deyillərsə ki azərbaycanda yaşayan millətindən asılı olmayaraq bütün vətəndaşlarımız azərbaycanlıdı milliyət qedində də biz azərbaycan türklərinə azərbaycanlı deyirlərsə onda özünə hörmət edən hər bir Azərbaycan türkü üzünə soysuz deyilməsini təhqir hesab etməlidir !--Asparux Xan Bulqar 15:54, 22 fevral 2012 (UTC)
Yalnış ad - "Azərbaycanlılar"
Bu məqalə azərbaycan türkləri haqqındadır və onun azərbaycanlılar adlanması doğru deyildir ! Azərbaycanlılar - Az.Res.-sı vətəndaşlarıdır sayları fevralın 1 2012-ci il tarixinə 9,278 mln nəfərdir .--Asparux Xan Bulqar 15:58, 22 fevral 2012 (UTC)
Şah I İsmayıl Xətai nə türk, nədə talış deyil. O seyiddir
İstifadəçi Asparux xan Bulqarın Əhməd Kəsrəvinin yazdıqlarına istinad edərək Şah I İsmayılı kürd yada talış mənşəli olduğunu yazması məni bu mövzuya toxunmağa məcbur etdi. İlk öncə Tarix elmi haqqında, bu elm tarixi sənədlərə, abidələrə, yazılara istinad edir. 16-cı əsrin və 20-ci əsrin əvvələrinə aid bütün mənbələrində Şah I İsmayılın ümumilikdə Səfəvilərin seyid mənşəli olduqları bildirilir və bu danılmaz faktdır amma irqçi Pəhləvilər sülaləsi hakimiyyətə gəldikdən sonra irqçi fars tarixçiləri, xüsusi ilə Əhməd Kəsrəvinin səyi nəticəsində Səfəvilər sülaləsinin seyid mənşəli yox kürd yada talış mənşəli olmasını isbatlamağa çalışmışdılar. Mən humanist bir insan kimi tarixdə yalanları sevmirəm və Səfəvilər sülaləsinin özlərini dəfələrlə seyid mənşəli olduqlarını bildirdikləri halda, Səfəvilər sülaləsinin mənşəyi haqqında nə irqçi fars tarixçilərinin iddia etdikləri kürd, talış mənşəli olduğunu, nədə irqçi türk tarixçilərinin iddia etdikləri türk mənşəli olduğunu qəbul etmirəm. Mənim istifadəçi Asparux xan Bulqardan həmvətəni olaraq xahiş edərdim ki, irqçi olmasın və Əhməd Kəsrəvi kimi saxtakar, anti-türkçü tarixçilərin yazdığı əsərləri ciddi qəbul etməsin. Qara xan 20:59, 22 fevral 2012(UTC)
Əgər siz yazını oxuyarakən azərilərin yaranması haqqında hazırki irani fikrin lağa qoyulduğunu hiss etməmisinizsə o mənim problemim deyil ! Mən yuxarıdakı bəzi qeydlərimdə Səfəvilərin sülalə mənşəyinə aid heç bir şey yazmamışam , etnik anlamda Azərbaycanlı və Azəri kəlimələrinə olan iradımı bildirmişəm ! Mən irqçi deyiləm saxta liberalist - kosmopolit düşüncəli də deyiləm . Mən öz millətini sevən və hər mənada onun hüquqlarının alçaldılmasına göz yummaq istəməyən biriyəm ! Bilmirəm fərqinə vardınız ya yoxsa yox ancaq siz ünvanıma işlətdiyiniz irqçi ittihamı ilə məni təhqir etdiniz ! Şah İsmayılın kimliyi onun hərəkətlərinin güzgüsüdür ! Azərbaycanda yalançı şeyxlər həmişə var olub indidə vardır , "Əmir Teymur öz hakimiyyətini Çingiz Xanın nəslindən olmasına bağlayaraq qanuniləşdirmək istəmişdi , İsmayıl da dini oyunda yalançı şeyxlik kartından istifadə etmişdir , mən onu hərəkətlərinə-fəaliyyətinə baxaraq yerli Azərbaycan Türkü olduğunu düşünürəm"--Asparux Xan Bulqar 17:37, 22 fevral 2012 (UTC)
əstağfürullah düzəliş edim ; Azərbaycan adı qondarmadı o atropatena sözünün təhrif edilmiş formasıdır , Albaniya və Atropatena əhalisi sonradan 13-14 ci əsrlərdə monqolların güçlü təzyiqi ilə məcburi türkcə danışmalı oldu (yazıq monqollar öz dillərinin əvəzinə camaata türkcə öyrədirmişlər) , sonra bunu şah ismayıl davam etdirdi halbuki özü talış və ya kürd əsilli iran irqindən idi amma o hiyləgər səbəb məlum olmasa da camaatı türkləşdirmək istəmişdi ! Qədimdə Atropatena əhalisini talışlar , Albaniya əhalisini isə ləzgilər təşkil edirdi . indi bu qondarma azərbaycan türkü deyilən millət əslində kökünü unutmuş şimaldakılar-ləzgilər , cənubdakılar-azərilər yəni irani talışlardır . --------bu da bütün ideya --------- bu yazımla mən irani fars düşüncəsinə lağ etmişəm (istehzayla gülmüşəm - amma siz nə başa düşmüsünüz Allah bilir !) --Asparux Xan Bulqar 05:23, 23 fevral 2012 (UTC)
Hazırda Azərilər əsasən Cənubi Azərbaycanda Türklərlə yanaşı yaşayır və onların tanınmış nümayəndələrindən Babəki, Əhməd Kəsrəvini, Fərəh Pəhləvini və digərlərini göstərmək olar. - mən buna rişxənd edərək yazmışdım ! Siz bu cümləni yazarak guya iranda türkdən qeyri bir azəri millətindən (daha doğrusu onun bəzi nümayəndələri kimi qələmə verdiyiniz şəxslərdən danışırsız) yazmısınız (guya belə millət var-ağ yalan) və bu zaman Kəsrəvini dəstəkləmisiniz ! Və sonra çaşqınlıq yaradaraq məni fars millətçilərinin uydurma ideyasını dəstəkləməkdə və sairə bilmirəm nədə ittiham etmisiniz !--Asparux Xan Bulqar 17:54, 22 fevral 2012 (UTC)
Türkiyə mediyasında anti-Azərbaycanlı təbliğatı
İlk öncə bütün wikipediyaçıları salamlayıram. Son günlərdə Türkiyə mediyasında cərəyan edən proseslər məni bu mövzu haqqında yazmağa məcbur etdi. Mən vətənpərvər Azərbaycan türkü olaraq son günlər Sezen Aksu, Seda Sayan, Bülent Ersoy və digər şou-biznes nümayəndələrinin həmçinin Kanal D və digər televiziya və mətbuat orqanlarının anti-Azərbaycanlı təbliğatına etiraz edirəm. Xüsusi ilə Muhteşem Yüzyıl serialında Sultan Süleymana təbrik məktubu göndərən Şah İsmayılın təhqir olunması. Əlbəttə Türkiyə Cümhuriyyətinin Qarabağ problemində bizi dəstəkləməsinə görə minnətdarıq. Amma bu, onların seriallarında bizi təhqir etmələrinə əsas vermir. Mən bundan əvvəlki məqalədə də bu məsələyə toxunmuşdum və istifadəçi Sortilegus mənim qeydlərimi yersiz adlandırmışdı. Amma yalnız xülyalara inanmayan adamlar mənim qeydlərimin həqiqət olduğunu bilir. Qara xan 21:13, 09 mart 2012(UTC)
- Salam. Türkiyənin şou-biznesinin hansısa nümayəndəsinin nəsə deməsi, ya hansısa serialda nəsə çəkilməsi, ya hansısa tv-də nəsə göstərilməsi Türkiyənin Azərbaycana, türklərin azərbaycanlılara münasibətinin ifadəsi ola bilməz. Bizim də elə şou-biznes nümayəndələri, elə media qurumlar var ki, Türkiyə, türklər haqqında 100 belə söz deyiblər. Bayraq qalmaqalı olan ərəfədə ümumiyyətlə bu cür hallar çox idi. --Sortilegus (talk) 18:09, 9 mart 2012 (UTC)
Hörmətli Sortilegus bu yazınızdan belə qənaətə gəlmək olar ki, Türkiyə mediyasında bizə deyilən bu ifadələr və təbliğat təbiidir. Amma mən onların bu hərəkətinin çox yanlış və məntiqsiz olduğunu deyə bilərəm. Çünki biz onlara nefti, qazı beynəlxalq standart qiymətdən dəfələrlə aşağı satırıq, ölkəmizdə kifayət qədər işsiz olduğu halda gəlib burada işləyirlər, klinika, kafe və restoran açırlar(Xüsusilə Konstitusiyaya zidd olaraq yazıları azərbaycan dilində yox türkçe yazırlar) hətta Nigar Camal adlı şəxs Azərbaycanı təmsil etməsinə baxmayaraq Eurovision yarışmasında Azərbaycanın bayrağı əvəzinə Türkiyənin bayrağını qaldırdı. Hörmətli Sortilegus gördüyünüz kimi bizim onlara xeyir verməkdən başqa bir pisliyimiz dəyməyib. İndi mən sizdən soruşuram onların bizi həqarət etmələrinə səbəb olan bir fakt deyə bilərsinizmi? --Qara xan 15:56, 11 mart 2012(UTC)
- Hörmətli Qara xan. Vikipediya:Vikipediya nə deyil səhifəsində Vikipediya barədə təsəvvürlərin genişlənməsi üçün bir qədər məlumat verilib. Ümumiyyətlə, Vikipediya bir azad ensiklopediyadır və bu, Azərbaycanın ensiklopediyası yox, Azərbaycanca ensiklopediyadır.→Vago ms 12:11, 11 mart 2012 (UTC)
Azərbaycanlılar
Uzun Hasan, Cihansah, Nesimi, Füzili ve Şah İsmail için Turcoman demek daha doğru olur.
XorasanQbash (talk) 18:21, 8 iyun 2012 (UTC)
- Türkmanlar da Azərbaycan türklərinin bir hissəsidi.sefer 19:21, 14 iyul 2012 (UTC)
Şəkillər
Məqalənin sağına şəkil yerləşdirəndə daha dəqiq olmaq lazımdır. Cavanşir türk əsilli olmayıb. Eləcə də Mehriban Əliyevanın şəklinin qoyulması düzgün deyil, əgər o gün gəlsə ki prezident 5-6 ildən bir həqiqətən dəyişsə biz buna görə hər dəfə prezident xanımlarının şəklini bura qoyası deyilik.--Maximilien 14:20, 15 iyul 2012 (UTC)
Mehriban xanım Əliyeva hazırki Azərbaycan Prezidentinin xanımı kimi deyil, Azərbaycanda və dünyada UNESCO-nun xoşməranlı səfiri və filantrop kimi tanınır. Onun fəaliyyəti onu dünyada tanınan bir insan edib. Gələcəkdə yeni məşhur azərbaycanlılar olarsa onların da adı bu siyahıya salına bilər.--Acategory (talk) 15:21, 15 iyul 2012 (UTC)
Şəklinin qoyulması düzgün deyil çünki, Mehriban Əliyeva dünyada tanınmır. Aztv səbəbindən Azərbaycanda tanınır. Bu şəxs siyasətçi deyil,sənətkar deyil, musiqiçi deyil, ümumiyyətlə hərhansı yaradıcı fəaliyyəti ilə tanınmır. Xeyriyyəçi də deyil. Təmsil etdiyi bir qism proyektlər Azərbaycan xalqının sərvətləri hesabına həyata keçirilir. Bu insanın Azərbaycan tarixində iz qoymuş tanınmış şəxslərlə bir sırada yer alması düzgün deyil, vikipediya təbliğat maşını kimi istifadə oluna bilməz.--Maximilien 15:43, 15 iyul 2012 (UTC)
Elə isə "xalqın tanınmış şəxsləri şərtləri"ni hazırlayıb vikipediyada qəbul etdirin.--Acategory (talk) 15:45, 15 iyul 2012 (UTC)
- Qətiyyən Maximilienın fikirləri ilə razı deyiləm. Mehriban xanım, müasir Azərbaycan tarixinin ən parlaq simalarından biri və dövrə öz adını həkk etdirmiş şəxsiyyətdir. Əgər sizin dediyiniz kimi, dünyada tanınmış olmasaydı şəkli envikidəki məqalədə də yerləşdirilməzdi. --sefer 20:51, 15 iyul 2012 (UTC)
- Hörmətli istifadəçilər salamlar. Hörmətli istifadəçi Maximilien hörmətli Acategory və Səfər bəyin də yazdığı kimi Mehriban xanım hazırda dünyada ən çox tanınan etnik azərbaycanlı olan xanımdı ! Bu səhifədə bütün sahələr üzrə ən çox tanınan azərbaycanlıların şəkilləri yerləşdirildiyi üçün bu şəkil mütləq burada olmalıdır. Əgər həqiqətən də dünya siyasətiylə maraqlanırsızsa yazdıqlarımızın doğru olduğunu bilirsiz. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:26, 15 iyul 2012 (UTC)
- Həmin şəkillərdə təsvir olunan şəxslərdən hamısının etnik baxımından Azərbaycanlı olması məncə şübhəlidir. Doğrudur, Axundovdan sonra olan şəkillərə heç bir şübhə yoxdur. Ancaq ona qədər şəkillərdə bəzi maraqlı məqamlar var. Uzun Həsən və Cahanşah Həqiqinin Azərbaycanlı olmasına şəxsən mən inanmıram. Həmin dövrdə Azərbaycanlı etnik mənsubiyyəti hələ formalaşmamışdı. Belə olan halda bu şəxslər özlərini neçə Azərbaycanlı hesan edə bilərdilər? Bir məsələdə var, mən təklif edirəm ki, şəkillərdə olan Cənubi Azərbaycanlılar şəkillərdən çıxarılısın və onların şəkilləri ayrıca məqaləyə salınsın. Çünki indi ki, halda siyahı çox uzundur. Hörmətlə:--Baskervill (talk) 20:39, 15 iyul 2012 (UTC)
- Hörmətli Baskervill etnik mənsubiyyət mənsında azərbaycanlı sözünün Azərbaycan türkü sözünə bərabər olduğu qəbul etmişik. Bayandurlu Uzun Həsənin və Baharlı Cahanşahın kim olduğu və sülaləsinin mənşəyi bəllidir. Onların mənşəyinə və yazı dillərinə əsaslanaraq Azərbaycanın qədim türklərindən olduğu türkoloqların gəldiyi qənaətdir. Yazmısınız ki: Uzun Həsən və Cahanşah Həqiqinin Azərbaycanlı olmasına şəxsən mən inanmıram. Həmin dövrdə Azərbaycanlı etnik mənsubiyyəti hələ formalaşmamışdı. Belə olan halda bu şəxslər özlərini neçə Azərbaycanlı hesan edə bilərdilər? - sizin qeyd etdiyiniz mənada azərbaycanlı etnik mənsubiyyəti hələ də formalaşmayıb----o vaxt da Azərbaycan türkü və ya Azərbaycanlı türk vardı indi də var. Ancaq ölkəmizdə milli məfkurə olmadığı üçün (kimlərinsə---sovetin şagirdləri güclü səyi nəticəsində hələ də yaranmır) etnik anlamında azərbaycanlı sözü hələ də istifadə olunur. Və heç kəs anlaya bilmir bu azərbaycanlı sözü nədir (rəsmilər---xaricdə və ya ölkədə bəyana edirlər ki Azərbaycan vətəndaşları olan hər kəs azərbaycanlıdır------və bu tamamiylə doğrudur necəki avstriyalı, almaniyalı, rusiyalı, iranlı və s. olduğu kimi bəs onda hər kəsi öz adıyla çağıran və bu dövlətin faktiki vətəndaşlarının ən azı 90%-ni təşkil edən və dünyada sayı 50-55 milyon olan bizlər kimik ? türk deyilik mi ? türk olmayan onsuzda özünə türk demir israrla deyir ki yox mən azərbaycanlılyam siz də azərbaycanlısız ---- çünki onda sizdən biri kimi görünür və sizi daha yaxşı idarə edir-məcazi mənada yəni sa... yəni ki bu adın altında gizlənmək asandır)--Asparux Xan Bulqar (talk) 22:38, 15 iyul 2012 (UTC)
Bir iddianız varsa bunu əsaslandırın, özlüyünüzdə gəldiyiniz nəticəni bölüşməyin, müzakirə üsuluna riayət etmək lazımdır. Təkrarən yazıram şəklin niyə bu siyahıda yer almamalı olduğunu yuxarıda ətraflı izah elədim. Parlaq simadır, adını həkk eləyib deməklə öz şəxsi pərəstişkarlığınızı ifadə edirsiniz, arqument göstərmək lazımdır. Bu formada gedərsə, hərkəs subyektif idolunu bu siyahıya qoyarsa şəkillər bölməsi zibilliyə dönər. O ki qaldı Acategory-nin təklifinə əslində yerində fikirdir. Amma daha pragmatik davranmaq istəyirsə yaxşı olar xarici vikipediyalardakı bu cür şərtlər siyahısını təqdim etsin, bəlkə (şəklin qalmağında israr edənlər də daxil olmaqla) bu şərtlərin üzərində işləyərək qalıcı həll yolu tapıla bilər.--Maximilien 09:32, 16 iyul 2012 (UTC)
- Hörmətli Maximilien burada heç kəs şəxsi simpatiyasından hələ-hələ pərəstişdən ümumiyyətlə çıxış etmir. Mənim siz daxil heç kimlə s..... polemikaya girmək fikrim yoxdur. Tanınmış azərbaycanlıların şəkilləri----bura sizcə Azərbaycana xidmət etmiş azərbaycanlıların şəkilləri yerləşdirilməlidir ----- yoxsa tanınmışların ?--Asparux Xan Bulqar (talk) 10:20, 16 iyul 2012 (UTC)
Cənab Asparux, tanınmış deyəndə burda müsbət mənada tanınmış nəzərdə tutulur. Müsbət anlamda tanınmaq isə birbaşa xidmətlə mütənasibdir. Başqa cür ola bilməz. Bəlkə siz başqa yolunu bilirsiz? Millətin başını aşağı edərək tanınan şəxslərin şəkillərini bura qoymuruq. Yaxud Rusiyada milyonlarla adamın izlədiyi, yəqin ki üzləri Mehriban Əliyevadan daha çox xatırlanan meyxanaçı Ehtiramla İntiqamın (əsla milətimizin başını aşağı saldıqları kimi başa düşülməsin) şəkillərini də qoymalıyıqmı? Tanınmışlıq xidmətlə əlaqədardır, bunları ayırmaq olmaz. Bir də hörmətli Asparux, yaxşı olar yazıda "s..." və sair anlaşılmaz sözlər buraxmayasız.--Maximilien 10:37, 16 iyul 2012 (UTC)
- Hörmətli Maximilien "s...." yəqin ki "siyasi" demək idi, siz necə qəbul etdiniz bilmirəm. Müzakirənin gedişindən görürəm ki buna---siyasi polemikaya doğru gedir. Siz düşündüyünüz kimi tərəftarla mübahisə etmirsiz. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 11:23, 16 iyul 2012 (UTC)
Siyasət təhlükəli yaxud ayıb söz deyil, başına-sonuna nöqtə qoymaq lazım deyil. Mövzuya uyğun olmayan şəklin qoyulması artıq siyasi hərəkət idi. Müzakirə mədəniyyətinin formalaşması yaxşı şeydir, mübahisə edirmiş kimi başa düşürsünüzsə, əlbəttə qatılmamaqda sərbəstsiniz.--Maximilien 09:45, 17 iyul 2012 (UTC)
Tomris
Tomris Massagetlərə və ya Saklara aid ola bilər. Bəli, Saklar bizim etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biridir, lakin bildiyim qədər bu Tayfa qazaxların etnogenezində də iştrak edirdi. Masagetlər isə Vikipediyamıza inansaq, İrandilli xalqdır. İndi ona necə deyək? Azəri-Qazax-Fars? Məncə biz sadəcə onun şəkili bu şablondan silməliyik. --Мурад 97 (talk) 1:14, 22 oktyabr 2012 (UTC)
Azerbaycan Vikisindeki Türkiye Düşmanlığı.
Değerli Azerbaycanlı kandaşlarım, size İzmir'den yazıyorum. Müzakire sayfasında şöyle bir gezinirken, -isim vermek istemiyorum- bazı kullanıcılar Türkiyeli vikipedistlerden rahatsızlığını ve onların Türkiye Türkçesinde yazmalarını eleştirmiş, eleştirmekle kalmayıp dozunu Türkiye düşmanlığına kadar götürmüştür. Bu tür insanların Azerbaycan'da az olduğunu biliyorum ancak aramıza nifak tohumu serpmek isteyen bu tür fırsatçılar tarihin her diliminde olacaktır bu tür insanlara karşı dikkatli olmalıyız. Ben bir Türkiyeli olarak Azerbaycan'ı kendi ülkem kadar seviyorum, Azerbaycan diğer Türk devletlerine nazaran gönlümde ayrı bir yere sahiptir. Benim bu düşüncelerimi Türkiye nüfusunun %90'ı da paylaşıyor. Selam ve hürmetle. — Bu imzasız yazı 195.175.231.142 (m) tərəfindən əlavə edilib;