Muzakire Azerbaycanlilar Arxiv 7 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Azərbaycanda 10,2 milyon azərbaycanlı
Hörmətli Istifadəçi: Shahrux (Istifadəçi: Number Pi). Məqalədə Azəırbaycanda 10,2 milyon azərbaycanlının yaşaması qeyd olunub. Tarixçəni yoxladım, deyəsən bunu siz qeyd etmisiniz (sətr 181). Həm də bunu 2016-cı ilə aid olduğunu göstərmisiniz, amma 2009-cu il mənbəsinə istinad etmisiz. Əgər Azərbaycanda 10 milyon nəfər əhali yoxdursa, 10,2 milyon azərbaycanlı burada necə yaşaya bilər? Doğrudanmı bunları siz etmisiniz? Etmisinizsə, niyə? Al.xonder (müzakirə) 19:48, 8 iyul 2016 (UTC)
Say doğrudur, amma mənbə yoxdur deyə, məncə də, silinməlidir.Mən mənbəni tapsam,əlavə edəcəyəm. AzerbaijanRoya (müzakirə) 18:37, 21 iyul 2016 (UTC)
Tanınmış şəxsiyyətlər
Məncə, yuxarıdakı tanınmış şəxsiyyətlərə Mübariz İbrahimov, Babək, Nadir şah Əfşar da əlavə olunmalıdır.Və ya digər bir çox tanınmış şəxslərimiz. AzerbaijanRoya (müzakirə) 18:39, 21 iyul 2016 (UTC)
Azərbaycanlıların adı və mənşəyi
Bu nə biabırçı məqalədir? Bura fars vikipediyasıdır? Azərbaycanlıları fars soylu göstərən mənbələr ingiliscədən tərcümə edilib qoyulub bura? Mən indi Qarabağ haqqında məqalələri ingilis dilli səhifədəm mənbələri ilə götürüb tərcümə etsəm yayınlayacaqsız? Mənbə qoyulması məqaləni elmi və obyektiv edir? Gülünc, rəzil bir tərcümədir. Ona görə heç kim işləmək istəmir azərbaycandilli vikipediyada. Kefinizə görə məqalələrə blok qoyub pis günə salmısız. Bu utanc verici bir məqalədir. --46.197.61.28 01:05, 23 mart 2017 (UTC)
- Сənab 46.197.61.28. Dediyiniz məqalə normal vəziyyətdədir sadəcə bəzi bölmələr hələ tamamlanmayıb. Qarabağ haqqında məqalələr isə məzmununa görə ingilis və digər dillərdə olan vikipediya məqalələrindən fərqlənməli deyil. Harada səhv varsa düzəldilməlidir, istər bizdə olsun, istər inciliscədə. Məzmun isə eyni olmalıdır. Azərbaycanlıların türk əsilli yaxud fars əsilli olması isə azvikinin problemi deyil. Bu məsələ ilə alimlər və Azərbaycan MEA-sı məşğul olur. Biz onların yazdıqlarına istinad edirik. Aydın Məmmədov (müzakirə) 14:04, 23 mart 2017 (UTC)
Məzələnirsiz camaatla? siz tərcümə eləmisiniz bunu? Fizika məqaləsi deyil bu, tarixdir. Humanitar sahədir. Necə yəni fərqlənməli deyil? əlbəttəki qarabağla bağlı ermənilərin məqaləsi bizimkindən fərqlidir. Ermənilər ingilisdilli məqaləni ermənipərəst formaya salıb. Biz də elə hazırlamalıyıq? Xeyir ola? Azərbaycandilli vikipediyada özbaşınalıq hökm sürür. Belə obyektivsiniz girin ingilis dilindəki ermənpərəst məqalələrin redakte edin görüm edə bilirsiz? Burda ağlına gələni tərcümə eləmək asandır. --46.197.61.28 21:18, 23 mart 2017 (UTC)
- Cənab, əgər vikipediyaya can yandırmaq istəyirsinizsə əvvəlcə hesab açın, baxaq görək nə etmisiniz indiyə qədər və nə edə bilirsiniz. Sonrası da ki məqaləni mən tərcümə etməmişəm. Üçüncüsü isə vikipediyada ermənipərəst məqaə ola bilməz, əgər hansısa erməni istifadəçi belə məqalə yaradıbsa, digər istifadəçi həmin məqaləni tərəfsiz edə bilər. Dediyiniz ermənipərəst məqaləni harada görmüsünüz? Yoxdur belə şey, azərbaycanlı azsaylı vikipediyaçılar gecə-gündüz vikipediyanın bütün dil bölmələrində əzmkarlıqla işləyirlər, ermənilərə göz açmağa imkan vermirlər. Başa düşün ki vikipediya məqaləsi neytral və tərəfsiz olmalıdır. Bura ağlımıza gələni və xoşumuza gələni yazmaq üçün məkan deyil. Sizə artıq bir dəfə dedim ki, Azərbaycan xalqının mənşəyi məsələsini dünya alimləri AMEK araşdırır. Biz onların yazdıqlarına istinad edirik. Onlar nə yazırsa, biz də onu yazacağıq. Aydın Məmmədov (müzakirə) 10:17, 24 mart 2017 (UTC)
Belə özbaşınalıqda hesab açmıram. https://en.wikipedia.org/?q=Karabakh Bu məqalə sizi qane edir? Elə isə tərcümə edim. --46.197.61.28 23:34, 25 mart 2017 (UTC)
- Nəinki həmin məqalə, məqalənin rusca versiyası da normal məqalədir: https://ru.wikipedia.org/?q=%D0%9A%D0%B0%D1%80%D0%B0%D0%B1%D0%B0%D1%85 Cənab, həmin məqalələrdə doğru olmayan bir şey görürsünüzsə, düzəldin və redaktənizi etibarlı mənbələrə istinadən edin ki, heç kim geri qaytara bilməsin. Edə bilmirsinizsə, bu mənim günahım deyil. Aydın Məmmədov (müzakirə) 11:19, 26 mart 2017 (UTC)
Aydındır. Tərcümə edəcəm. Digər dillərə də edəcəm. --46.197.61.28 01:01, 27 mart 2017 (UTC)
- Azərbaycalıların nə zamandan iran dilli və qafqaz dilli xalqlarla qohumluğu catır. Yəqin bu fikiri irəli sürənlər bütün bəşəriyyətin Hz Adəm və Həvvadan törəməsi fikiri ilə çıxış edirlər.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 04:35, 11 may 2017 (UTC)
- Bu və burada bu istifadəçi tərəfindən edilib. Heç bir müzakirə başlamadan, dəyişə bilərsiniz. Aydın Məmmədov (müzakirə) 07:30, 11 may 2017 (UTC)
Türklük yoxsa Azərilik
Bizim milliyətimiz və ya etnik mənsubiyyətimiz niyə görə izah edilərkən "Azəri" deilməlidi? Hara yazılıb ki biz azəriyik? O göstərilən istinadların doğruluğu nə dərəcədə düzgündü? Heç konstitutsiyamızda da belə şey yoxdu. Türkiyədə bizə azəri deyirlər. Amma çoxu bilmir ki, bizim azərilərlə heç bir qohumluğumuz yoxdu. Elə Türkiyə Tarxiçisi Pr.Dr. Tufan Gündüz (başqa bir tarixçi var onun adını bilmirəm) dəfələrlrə azəri kəliməsinin bizə aid olunmasının qəti yanlışlıq olduğunu sübut edib. Youtube-da videoları da var buna aid. Məndə 1926-cu ilə SSRİ-nin Azərbaycan əhalisinin tərkibi haqqında məlumat verdiyi bir kitabın şəkili var. Orada açıq aşkar Türk yazılıb. Niyə görə əksər öz dilimizdə olan məqalələrdə bizim milliyyət azəri yazılır. Olmaze belə şey.
- Erzuman gia, müzkirələrdə nəsə yazdıqdan sonra, lap axırda 4 dənə yan yana ~ işarəsi qoyun, bu halda imzanız və şərhinizin tarixi avtomatik olaraq şərhinizə əlavə edilmiş olacaq və görünəcək. Vikipediyanın öz qaydaları var, etdiyiniz bu dəyişiklik vikipediya qaydalarının pozulmasıdır. Azərbaycanlılar haqqında bu məqalənin seçilən adı, azərbaycanlıların rəsmi adıdır. Bunu BMT də tanıyır, Azərbaycan qanunları da, akademik mənbələr də. Lakin başqa ölkələrdə xalqımız başqa cür adlanırsa, yaxud xalqımız nə vaxtsa başqa cür adlanıbsa, biz bunu da məqalədə göstərməyə borcluyuq (Qonşularımız gürcülər özlərinə gürcü demirlər ki? Ya bəlkə ermənilər özlərinə erməni deyirlər?).
Yeri gəlmişkən əlavə edim ki, mütamaddi olaraq kimlərsə məqalədə “azərbaycanlı” sözünü “türk”, yaxud “azərbaycan türkü” kimi dəyişməyə cəhd edirlər. Bu istifadəçilər əksər hallarda türk sözünü böyük həriflə yazırlar, bu isə o deməkdir ki, onların heç 9 illik təhsilləri belə yoxdur. Əgər 9 illik təhsil bazası üzrə təhsil proqramını azacıq da olsa mənimsəmiş olsaydılar, o halda heç olmasa bilməli idilər ki, “azərbaycan türkü” ifadəsində türk sözü kiçik hərflərlə başlamalıdır. Bu kateqoriyalı istifadəçilərin vikipediyada fəaliyyəti adətən “azərbaycanlı” sözünü “türk”, yaxud “Azərbaycan türkü” ilə əvəz etməklə məhdudlaşır, bundan artıq onlar heç nə etmirlər, onlara nəyisə izah etmək, başa salmaq qeyri-mümkündür. Amma onlardan fərqli olaraq sizin normal fəaliyyətiniz var və buna görə də əminəm ki məni başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Aydın Məmmədov (müzakirə) 12:07, 27 iyun 2017 (UTC)
Mənə maraqlıdır ki, əgər İranda yaşayan ayrı bir azəri xalqı və ya tayfası varsa niyə azvikidə və ya digər vikilərdə bunun haqqında məqalə yoxdu?--Abutalub (müzakirə) 12:39, 27 iyun 2017 (UTC)
Siz dediklərinizi başa düşürəm. Başqa millət bizi azəri və ya başqa cür adlandırırsa bu tam normal bir şeydi və onu ayrıca başlıq kimi vermək olar. Amma bu əsas vermir ki, biz də özümüz-özümüzə azəri deyək. Düşmənlərimiz ermənilər belə bizə müraciətdə "türk" deyir. Məhşur "Hi es. Türk es (dəqiq yazılışını bilmirəm)" deyimini hər kəs eşitmiş olar. Milliyətimizin türk kimi deyilməsi o demək deyil ki, biz Türkiyədə yaşayan türklərdənik. M.Ə.Rəsulzadənin Azərbyacan türkləri haqqında məqaləsi var və orada qeyd edir ki, biz Qafqazda yerli xalqıq. Əgər başqa ölkələrin ədəbiyyatına istinad edib azəri kəliməsini məqaləyə yazırısınızsa, onda M.Ə.Rəsulzadənin də həmin məqaləsini tapıb Azərbyacan türkləri haqqında daha dəqiq məlumatı da yazın. Gəlin etiraf edək ki, bizim həm indiki həm əvvəlki liderlərimizdən heç kim, bizə azəri deməyib. H.Əliyevin "Bir millət iki dövlət" demək nə anlam verir? Bəs bayrağımızdakı mavi rəng? Həm də Konstitusiyamız. Məncə buları nəzərə almaq lazımdı. Mənim əsas etirazım azəri sözüdü. Erzuman Rizvanoglu (müzakirə) 13:54, 28 iyun 2017 (UTC)
- M.Ə.Rəsulzadə türklə yanaşı azəri sözü də işlədirdi, bunubla yanaşı azərbaycanlıların iranlı olduğunu da deyirdi. O bir jurnalis olub, nə akademik idi, nə elmi işçi. Elm sahəəsində mütəxəssis olmayıb. Bir də görürsən yazırdı ki filan tarixçi düz yazmayıb, Bakı əvəzinə Təbriz yazıb, çünki yanar qazlar Bakıdadır, Təbrizdə yanar qaz ola bilməz. Yəni qeyri-elmi mülahizələr irəli sürübdür. Halbuki heç bir tarixçi Bakı ilə Təbrizi qarışdıra bilməz, mümkün olmayan bir şeydir bu. Azəri sözündən narahatçılığınıza əsas görmürəm. Əgər hesab edirsinizsə ki azəri başqa bir xalqın adıdır, narahat olmayın. Avar da iki müxtəlif xalqın adıdır. Bolqar-bulqar-balkar da müxtəlif xalqların adılarıdır. Aydın Məmmədov (müzakirə) 16:15, 28 iyun 2017 (UTC)
Son yazdığınızdan bir nəticə çıxara bilmədim. Mən azəri sözündən narahatam özü də çox. Bilmirəm bu necə olursa ya siz milliyətimizə başqa millətlərin gözü ilə baxırsınız ya başqa bir şey. Hər halda bu sıradan bir məqalə deyil. Bizim haqqımızda məlumat öyrənmək istəyən ilk əvvəl bu məqaləni oxuyacaq təbii ki. Məndən inciməyin, lap istəyirsiniz məni vikipediya istifadəçiliyindən çıxarın qərar sizin. Siz azəri kəliməsinin arxasında nəsə məqam güdürsünüz yəqin ki. Bu kəlimənin əlehinə olan tək mən yox əksər gənclikdir və burada da çox etiraz edən olub. Mən rəsmi sənədlərimdə türk olduğumu qeyd etmirmək üçün bir xeyli çalışıb və nail olmuşam. Sizinlə isə daha bu mübahisəyə girməyəcəm. Sizə son məsləhətim isə bu videoya baxın " https://www.youtube.com/watch?v=Y203IixGQxU " və görün azəri kimdi. Erzuman Rizvanoglu (müzakirə) 17:05, 28 iyun 2017 (UTC)
- Hansı sənədlərinizə türk yazdırmısınız? Kimlikdən söhbət getmir təbii ki, çünki kimlikdə milliyyət yazılmır. Əgər valideynlərinizdən kimsə Türkiyə, yaxud Osmanlı İmperiyasının vətəndaşı olubsa (fərqi yoxdur, üzr istəyirəm, lap erməni də olsa, kürd də olsa), yaxud qarapapaq tayfasından və s. tayfalardan olubsa hansısa sənəddə milliyyətinizi türk göstərə bilərsiniz, amma mən bilmirəm o nə sənəddir. Tirkiyə konstitusiyasına görə bütün Türkiyə vətəndaşları türkdür, valideynləri Türkiyə, yaxud Osmanlı vətəndaşlıarı olanlar da. Azəri məsələsində siz bir nəfərin subyektiv fikrini ortaya qoymusunuz, məqalədən sildiyiniz hissədə isə görün nə qədər mənbə var. Bu necə ola bilər? Bir nəfər haqlıdır, 10 nəfər haqlı deyil? O türk professoru getsin Türkiyə hökuməti ilə davasını etsin. Desin siz niyə azərbaycanlılara azəri deyirsiniz? Niyə azərbaycan dilinə azəri dili deyirsiniz? Faktiki olaraq bütün türk elmi mənbələri azərbaycanlıları azəri, azərbaycan dilini azəri dili kimi tanıyır. Baxın: tr:Azeriler, tr:Azerice. Dediyiniz video ciddi bir şeydirsə, türklər niyə bundan nəticə çıxarmırlar? yenə Azeri, Azərice yazmaqda davam edirlər? Türklər türk dilində olan bu videodan nəticə çıxarmırlarsa, biz niyə ona diqqət yetirməliyik?! Aydın Məmmədov (müzakirə) 18:20, 28 iyun 2017 (UTC)
Bilirsiz nə var? Qarabağın da Ermənistana aid olduğunu göstərən çoxsaylı kitab var. Hamısının da müəllifi haydı (ermənidi). Onda belə Qarabağın Ermənistana aid olduğunu göstərən bir məqalə yazın. Yəqin ki, siz bir gün o kitabları istinad gətirərək Qarabağ Ermənistanındır deyə bir məqalə yaradacaqsınız. Halbu ki, indiki Ermənistan özü də tarixi Azərbaycan torpaqlarındadı və Prezidentimiz İlah Əliyev bu sözü beynəxalq çıxışlarında açıq-aşkar qeyd edib. Bunu da istisna etsəniz day siz kimliynizi ortaya qoyacaqsınız. Nə itəyirsiz fikirləşin amma sizin fəalyyətiniz azvikidə tariximizi saxtalaşdırmaqdı. Məlumatı dəyişə bilərsiz qanı yox... Erzuman Rizvanoglu (müzakirə) 19:07, 28 iyun 2017 (UTC)
- Erzuman Rizvanoglu, siz Azəridən başladınız, sonra keçdiniz Qarabağa. Məqaləyə Azəri sözünü mən daxil etmədiyim kimi, mən də silə bilmərəm. Siz də silə bilməzsiniz. Vikipediya elə yer deyil ki kim ürəyi istəyəni silə bilsin. Keçin 5-10 dəqiqəlik türkcə vikiyə, Azəricəni türkcə edin, Azəriləri türk edin, görün nə reaksiya olacaqdır. Sonrası da kı, mən niyə Qarabağ Ermənistanındır deyə məqalə yaratmalıyam? Açıq aşkar görünür ki nə yolla olursa olsun qarşınızdakını şantaj etmək istəyirsiniz. Sübüt edə bilərsinizmi ki, mən dediyiniz məqaləni yaratmaq istəyirəm? İstifadəçilər bir birlərinə qarşı belə ittihamlar irəli sürə bilərlər, amma dediklərini sübut edə bilməsələr bloklanmalıdırlar. Bunu da nəzərə alın. Aydın Məmmədov (müzakirə) 19:28, 28 iyun 2017 (UTC)
Başqası bizə azəri tatar monqol azərbaycanlı vs..... deyə bilər ancaq digər etnik qruplarıda nəzərə alaraq hər nə qədər azərbaycanlı deyəndə türk ləzgi kürd tat rus bu qarşıq etnoslar azerbaycanlı adı altında bir milliyət kimi göstərilməyə çalışılsada bir ləzgi heç vaxt özünə azərbaycanlı deməz həmin şey digər etnoslar üçündə keçərlidir yəni demək istədiyim azerbaycanlı sözü yenə bizim üstümüze qalır,
biz azerbaycan dövlətinin ümumi toplumu olaraq türkük, bilirsiniz ki azərbaycan müstəqilliyini qazananda əbülfəz elçibəyin hakimiyəti dövründə rəsmi dövlət dili türk dili idi vəya azərbaycan türkcəsi , heydər əliyev məqama gəldikdən sonra dilimizin adını dəyişibdir azərbaycan dili olaraq ,millətimizədə azərbaycanlı deyibdir buna digər etnoslarda daxil ,
20 inci əsrə qədər azərbaycanlı və azəri deyə bir millət yoxuydu, Azərbaycan coğrafiyasında yaşayan xalq türk bilinirdi və azərbaycan qədimdən bəri türk yurdu olubdur , deyirsiniz ki türkiyədə bizə azəri deyirlər yalnız birşeyi unudursunuz , türkçe vikipedde , haqqımızda türk vikipedler de bizi azerbaycan türkü kimi tanıdırlar oxuyucularına və bizim türk olduğumuzu hər fürsəttə vurğulayırlar . Bayrağımızın mavi rəngi hər nə qədər türkçülüyü təmsil etsədə dilimizin adının azərbaycan dili olaraq dəyişdirilməsi elədə bizə azəri demək üçün kifayətdir , ancaq biz bilirik ki türk nəsliyik milli dəyərlərimizə dövlət statusunda rəsmilik qazandırılmadıqca ümid etmirəm ki bizə türk desinlər onsuzda başqasının mənə nə dediyi çox da maraqlandırmır lakin öz xalqımız özünü tarixini və türk əcdadlarını nəzərə alaraq bilməlidir ki bu xalq türkdür. Ronald.ibr (müzakirə) 00:34, 4 may 2018 (UTC)
Qondarma Türkləşmə nəzəriyyəsi
Əgər fikir vermisinizsə bizim etnik mənşəyimiz haqqında yazan tarixçilərin hamısı Avroplalıdır. Ömürlərində bir dəfədə olsun Azərbaycanda olmayıb, azərbaycanlı görməyib, okeanın o tayında oturub bizim mənşəyimiz, tariximiz haqqında uydurma, qondarma şeylər yazırlar. Deyirlər ki Azərbaycan səlcuqilərin zamanında Türkləşməyə başladı. Çox maraqlıdır, rəsmi dili Farsca olan Səlcuqilər niyə Azərbaycanı türkləşdirib? necə Türkləşdirib?. Görəsən şəhərlərdə və kəndlərdə Türk dili kursları mı açırdırlar? Bu uydurmalara inananların məntiqinə şübhə edirəm.
Azərbaycanın Türk yurduna çevrilməsi Hülakü xanla bağlıdır. Azərbaycanın yerli əhalisi olan İran dilli və Qafqaz dilli xalqlar Tatar (Türk-Monqol) ordusu tərəfindən 13-cü əsrdə sistematik şəkildə məhv edildi və Türklər (Oğuzlar) buraya yerləşdirildi. Adicə 1220-1223 cü illərdəki birinci Monqol yürüşündə Beyləqan, Marağa, Gəncə, Ərdəbil, Həmədan, Naxçıvan, Şamaxı, Şamxor və digər şəhərlərin əhalisi qadın-uşaq demədən məhv edildi. O dövrdə yaşamış Monqolların rəsmi tarixçiləri Cüveyni, Fəzlullah Rəşidəddin Avropanın küncündə oturan qondarma "tarixçilərdən" fərqli olaraq bu haqda öz əsərlərində təfərüatlı və düzgün yazıblar.
Biz Azərbaycan türküyük. Qafqaz dilli albanların, iran dilli azarilərin nəslindən gəlmirik. Bizim atalarımız onların nəslini 13-cü əsrdə kəsib. Artıq dərəcədə xahiş edirəm. Avropalıların bizim mənşəyimiz, tariximiz haqıında uydurmalarını məqaləyə əlavə etməyin. 185.118.48.146 06:54, 10 aprel 2018 (UTC)
DNA diye bir şey var. Xalq veya millet siyasi termindi eslinde. Azerbaycan xalqi dunen yaramıyib, ferqli etnoslar ferqli medeniyetler neticesinde emele gelib Aserbaidschaner (müzakirə) 01:23, 31 oktyabr 2019 (UTC)
"Dindar" ne demekdi?
Bu sözün işledilmesi yanlıştı çünkü Azerbaycandanlılar müslüman xalqdı. Çoxu veyaxud ekseriyeti yazarsak daha doğru olur mence. Aserbaidschaner (müzakirə) 13:07, 31 oktyabr 2019 (UTC)
Azərbaycanlı və Azərbaycan türkü
Azərbaycanlıların ikinci adı Azərbaycan türkdü olduğunu hamımız bilirik. Bu özünü adlandırma digər dillərdə (ingilis məsələn) göstərdiyi halda bizdə yığışdırılmışdır. Düşünürəm ki, Azərbaycanlı adı ilə yanaşı Azərbaycan türkü adının qeyd edilməsi doğru olardı. Diqqətinizə görə sağolun. Elnurxanrzali (müzakirə) 06:27, 9 yanvar 2021 (UTC)
Azerbaycan Türk'ü termini edaletsiz olar tarixe qarşi, çünkü Azerbaycanlıların etnogenezinde sadece Türkler daha doğrusu Oğuz Türkmenleri olmuyub, elecede Albanlar, Midler ve sayr milletlerin bir biri ile qaynaşması neticesinde indiki Azerbaycan milleti yaranıb. Cahilliye, radikalizme, şovinizme doğru getmeyek, biraz real yanaşaq. Hele adı her yerde kecmeyen Azerbaycana Şamdan kocurulen ereb tayfanını heç demirem. Aserbaidschaner (müzakirə) 19:48, 25 may 2021 (UTC)
Sayı
Azerbaycanlıların sayı max 35-45 milyon deyl, 50-60 milyondur. Adice ordaki olkelerdeki nüfusu sayın, tekçe İran'da 35 milyon var. Məncə bu düzeltmelidir Aserbaidschaner (müzakirə) 19:43, 25 may 2021 (UTC)
- Mənbə? NMW03 (müzakirə) 19:44, 25 may 2021 (UTC)
Kommunistlər
Salam, V.N.Ali, niyə sırf kommunist şəxsiyyətləri silirsiniz şablondan? --► Hörmətlə: SolaVirum 08:42, 7 sentyabr 2023 (UTC)
- mən ümumiyyətlə, oranı silib vahid şəkil ilə əvəz etdim. Bu qədər şəxsiyyətin olması mənasızdır və heç bir digər vikidə tətbiq olunmur. Həmçinin, kimin bura uyğun olub-olmaması haqqında kriteriya yoxdur. --► Hörmətlə: SolaVirum 08:44, 7 sentyabr 2023 (UTC)