Muzakire Baki Fk - Wikipedia
Bu, Bakı FK məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Başlıqsız
redaktə"Bakı" adlı furbol klubu Bakıdan başqa hansı şəhəri təmsil edə bilərki?-- Emin ► 07:36, 20 İyun 2009 (UTC) Bakılı (Bakı) içinde benzer durum söz konusu olsada burda bulunduğu yerin adı eklenmiş.
Bu futbol klubları üçün qəbul olunmuş ümümi adlandırma şablondur (AzVikidə). Klubun adı və mötərizədə təmsil etdiyi şəhər. Məsələn, İnter (Bakı) - İnter (Milan). Və ya Spartak (Moskva) - Spartak (Nalçik) (səhv etmirəmsə). Və ya Dinamo (Moskva) - Dinamo (Kiyev) - Dinamo (Tbilisi) və s. və i. --Sortilegus 22:04, 20 İyun 2009 (UTC)
"Dinamo Bakı FK" məqaləsinin avtomatik bu səhifəyə yönləndirilməsi
redaktəAzərbaycan İkinci Liqasında çıxış edən "Dinamo Bakı FK" üçün məqalə yaratmaq istəyirəm. Ancaq axtarışda bu səhifənin mövcud olduğu görünür və bu səhifəyə redirect edilir. Ya hazırda mövcud olan məqalə yenidən adlandırılsın, ya da "Dinamo Bakı FK" məqaləsi bu məqalədən ayırılsın. Onu da deyim ki, klubun İdarə Heyyətinin rəhbəri müxtəlif vaxtlarda verdiyi müsahibələrdə ziddiyyətli fikirlər səsləndirmiş, gah klubun "Bakı FK" varisi kimi qəbul edildiyi[1], gah da qəbul edilmədiyini bildirib.[2] Sondan Sonuncu (müzakirə) 12:42, 28 sentyabr 2023 (UTC)
İstinadlar
- Salam, @Sondan Sonuncu. Bu məsələni bir az araşdırdım. İndiki məqalədə biz qeyd etmişik ki, Bakı FK Dinamo FK-nın varisi olub. Ona görə Dinamo Bakı FK məqaləsi bura istiqamətləndirilib. Qeyd etdiyiniz linklərə baxdım. Yaşar Seyidov qeyd edir ki, Bakı FK Dinamonun varisi deyil. İndiki Dinamo FK əvvəllər mövcud olmuş komandanın davamçısıdır. Ona görə Dinamo Bakının dəqiq yaradılma tarixini müəyyənləşdirib ayrıca məqalə yaratmaq lazımdır. Bakı FK-nın o kluba hüquqi olaraq bir bağlılığı yoxdur. Eminn (müzakirə) 15:42, 28 sentyabr 2023 (UTC)
- Hazırda fəaliyyət göstərən "Dinamo"nun yaradılma tarixi loqolarında 1997-ci il kimi göstərilir. "Bakı" klubunun yaradılma tarixi də məhz 1997-dir. Belə ki, bu komanda "Polis Akademiyası" və "Qartal-95" klublarının birləşməsi nəticəsində o vaxt "Dinamo bakı" adı ilə təsis olunmmuş, 2004-cü ildə həmin klub adını "Bakı" olaraq dəyişmişdir. Yəni əgər bu klub 1997-ci ildə yaranan "Dinamo"nun hüquqi varisidirsə, avtomatik "Bakı" klubunu yenidən ad dəyişdirmiş kimi qəbul etmək olar. Yox, bu komanda 1997-ci ili loqosuna elə-belə vurubsa və yaranma tarixi 2023-cü ildirsə, yeni klub üçün yeni məqalə yaradılmalı redirecting ləğv edilməlidir. Onu da deyim ki, bu klub DİN-in nəzdində fəaliyyət göstərir, eynilə 1997-ci ildə "Bakı" ilk yarananda olduğu kimi. İndi tam olaraq bunu necə aydınlaşdıra bilərik, bilmirəm. Ancaq bu məsələ ilə bağlı ən qısa zamanda baş verəcək hər hansısa yenulikdən xəbərdar olmaq istəyərəm. Sondan Sonuncu (müzakirə) 11:07, 29 sentyabr 2023 (UTC)
- PFL-ə məktub yazacam, cavabını gözləyərik. Məncə, hələlik ayrıca məqalə yaratmalıyıq. Bizim futbolda belə qarışıq məsələlər çox olur. Elə "Turan" klubu kimi. Hüquqi olaraq "Turan" dağıldı və "Turan Tovuz" yaradıldı, amma faktiki olaraq eyni klubdur. Eminn (müzakirə) 11:10, 29 sentyabr 2023 (UTC)
- rəsmi olaraq Dinamo Bakı Bakı FK-nın varisi elan olunub. məqalə da ona uyğunlaşdırılmalı və addəyişikliyi edilməlidir. @Sura Shukurlu maraqlı gəlsə nəzər yetirə bilərsiniz Atakhanli (müzakirə) 18:51, 9 noyabr 2024 (UTC)
- Razıyam. Demək olar bütün mənbələrdə bu klublar vahid tarixçə daxilində, bir-birinin varisləri olaraq qeyd edilib. Məqalənin sonuncu, 2023-cü ildə yaradılmış klubun adı ilə "Dinamo Bakı FK" adlandırılması doğrudur. Məqalə üzərində işləmək lazımdır, bu yaxınlarda işləyim, daha sonra ad dəyişikliyi edərik. Sura Shukurlu (müzakirə) 22:29, 9 noyabr 2024 (UTC)
- rəsmi olaraq Dinamo Bakı Bakı FK-nın varisi elan olunub. məqalə da ona uyğunlaşdırılmalı və addəyişikliyi edilməlidir. @Sura Shukurlu maraqlı gəlsə nəzər yetirə bilərsiniz Atakhanli (müzakirə) 18:51, 9 noyabr 2024 (UTC)
- @Atakhanli, bu barədə istinad göstərə bilərsiz? Bir ara maraqlanmışdım, məlumat tapa bilmədim. PFL-ə müraciət etmişdim, cavab vermədilər. Eminn (müzakirə) 11:23, 11 dekabr 2024 (UTC)