Muzakire Heseneli Qaraqoyunlu - Wikipedia
Muzakire Heseneli Qaraqoyunlu - Wikipedia - Haqqında Məlumat
Bu, Həsən Əli (Qaraqoyunlu) məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Məqalə adı
redaktəSalam. Bir çox Həsənəli var. Onlardan biri də Qaraqoyunlu hökmdarı Həsənəlidir. Aydın olsun deyə mən də o məqalənin adını Həsənəli (Qaraqoyunlu) etmişdim. Siz nə səbəbə və hansı mənbəyə, istinada əsasən o məqalənin adından mötərizələri götürmüsüz?--samral müzakirə 21:21, 20 fevral 2016 (UTC)
- Əleyküm salam həmkar. Həsənəli (Qaraqoyunlu) — > Həsənəli Qaraqoyunlu dəyişikliyini etmişəm. Hökmdar olmuş çox Həsənəli adlı tarixi şəxs ola bilər: amma Qaraqoyunlu ulusu içində sultan titulu daşıyan şəxs cəmi bircə dənədir. Adın o şəkildə işlənilməsi Kitab-i Diyarbəkriyyədə müşahidə olunur. Kitabın Bakı və Ankara (2014) nəşrindən həmin şəxslə əlaqədar hissələri məqaləyə daxil edəcəm.--Asparux Xan Bulqar (müzakirə) 21:35, 20 fevral 2016 (UTC)
- Kitab-i Diyarbəkriyyə tarixi və önəmli mənbədir. Düzdür. Biz bunu inkar etmirik. Lakin 1-2 tarixi kitabdakı adlandırma ilə məqalə adı dəyişməzlər. Məqalə adı dəqiq və geniş yayılan olmalıdır. Qaraqoyunlu xanədanlığının Azərbaycan və İrandakı son hakimi Həsənəlinin geniş yayılan adı elə Həsənəli, dəqiqləşmə üçün də ən uyğun variant mötərizədə Qaraqoyunlu yazılmasıdır. Əbu Səid kimi.--samral müzakirə 00:31, 21 fevral 2016 (UTC)
- Əlbəttə eyni tələbi mən də sizin isararınız üçün istəyə bilərəm. Mümkünsə müzakirəni məqalənin müvafiq müzakirə səhifəsinə köçürüm. İradlarınızı mənbələri ilə orda qeyd edin. İntervikilər birinci dərəcəli yox ikinci dərəcəli yamsılama istinadlarıdır. Çünki adlandırma məsələsində qaydalar bizə öz elmi ədəbiyyatımıza öncül yer ayırmağı "tövsiyyə" edir.--Asparux Xan Bulqar (müzakirə) 07:15, 21 fevral 2016 (UTC)