Muzakire Midiya Dovleti - Wikipedia
Bu, Midiya dövləti məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
azerice wikipedia da mad devleti ve med şahları azeri türkleri kökenli olarak yazılmış. bilimsellikle alakası varmı? Med dili ile ozaman azeri türkçesi aynı olmalı. Eksik kalmış o madde güneş dil teorisini de eklerlerse madde tamamlanır.
bence azerilerin medlerle alakası asimile olmuş irani halklar ve iranı halklarla kaynaşan türklerdir. azeri ve azerbaycan kelimlerinin etimolojisine bakarsak da irani dillerden geliyor.Herejor 20:14, 1 noyabr 2009 (UTC)
mad devlatindan kalmış göstarilarla demak olar ki bular bir iranli halkimişlar.tarix da yazılıp ki mad lar devlati oğuz türklari galannan qabax qurulmuş va o zamanda azerbaycanda yaşianlar hammısi iran dilleriie danişirmişlar.İstifadəçi:H falcon 21:25, 6 noyabr 2010 (UTC)
Madaylar Azərbaycan türklərin əcdadları deyil Azərbaycan Türklərinin etnoqenezində rol oynamış bir xalqdır. --JameS RamireZ 15:41, 9 yanvar 2011 (UTC)
Britannica
redaktəMidiyalılar İrandilli olmuşlar. Müasir tarixdə onların türk olmasını irəli sürmək gülüncdür. Ancaq kim isə bu iddianı irəli sürürsə heç olmasa mənbələri dəqiq gəstərsin. Öz iranpərəs mövqeyi ilə seçilən Britannicada “Azərbaycan türklərinin Etnoqenezində iştirak edən xalqlardan biri” yazılmayıb, tam əksinə fars ideologiyasına uyğun olaraq Azərbaycanlıların etnik cəhətdən türk deyil qatışıq olduqlarını, sonradan türk dilini qəbul etmiş arilər olduğunu vurğulayır. "The Azerbaijani are of mixed ethnic origin, the oldest element deriving from the indigenous population of eastern Transcaucasia and possibly from the Medians of northern Persia. This population was Persianized during the period of the Sāsānian dynasty of Iran (3rd–7th century ce). Turkicization of the population can be dated from the region’s conquest by the Seljuq Turks in the 11th century". Xahiş edirəm mənbələri saxtalaşdırmayın. --Melikov Memmed⇒email 09:30, 2 fevral 2011 (UTC)
- Britannicada çox aydın şəkildə qeyd edilib ki, madaylar azərbaycanlıların etnogenezində iştirak edib. Mən də Madayların Azərbaycan türklərinin etnogenezində iştirak etməsi haqqında olan cümləyə mənbə kimi britannicanı göstərmişəm. Yazmamışam ki, Britannicada qeyd edilir ki, madaylar türkdü? Ona görə də iddianızın yersiz olduğunu düşünürəm. --sefer 19:34, 02 fevral 2011 (UTC)
- Müxtəlif ideologiyalara görə müasir azərbaycanlıların etnik mənsubiyyəti tam fərqlidir. Əsas iki iddia bir biri ilə mübarizə aparır, biri bunlar buraya köç etmiş türklərdir və bu halda onlar etnik olaraq da türkdürlər (Türkiyə variantı), ikincisi bunlar sonradan türkləşmiş yerli əhalidir və bu halda Sovet ideologiyasına görə türk deyil qədim qafqazlıdırlar (albanlar və s.), İran ideologiyasına görə isə sonradan türk dilini qəbul etmiş irandilli xalqlarıdandırlar. Britannica hər zaman sonuncu iddianın təbliğatçısı olmuşdur və Sizin istifadə etdiyiniz “The Azerbaijani are of mixed ethnic origin, the oldest element deriving from the indigenous population of eastern Transcaucasia and possibly from the Medians of northern Persia” cümləsində əgər bu “etnogenez” “ola bilsin ki” yazılaraq şübhə altına alınırsa, bu ərazinin bir fars torpağı olduğu (the Medians of northern Persia) və azərbaycanlıların da etnik olaraq qarışıq olmaları (The Azerbaijani are of mixed ethnic origin) Britannica üçün heç bir şübhə doğurmur. Bu mənbə əsasında midiyalıların “Azərbaycan türklərinin etnogenezində iştirak etməsi”ni yazmaq saxtakarlıqdır, Britannica görə azərbaycanlılar etnik olaraq qarışıqdır və onların bir hissəsi etnik olaraq iranlıdırlar və ola bilsin ki, midiyalılar da bu hissənin etnogenezində iştirak etmişlər. Britannicaya görə türklər buraya sonradan gəlmişlər və onun qədim midiyalıların hansısa türklərinin etnogenezində iştirak etməsini yazması bir “möcüzə” olardı, iranpərəst olsa da mötəbər bir ensiklopediyadır. Bu sadəcə şəxsən Sizin iddianızdır və bu səbəbdən tam tərəfli, mənim düzü məqalədə etdiyim düzəlişləri tez-tez yoxlayıb müdafiə etməyə vaxtım yoxdur, bu səbəbdən xahiş edirəm etdiyim düşəlişləri tez silib atmağa çalışmayın--Melikov Memmed⇒email 10:34, 3 fevral 2011 (UTC)
- Yazdıqlarınızı çox gözəl bilirəm və bütün bunları mənimçün təkrar etməyə ehtiyac yoxdu. Bu günkü Azərbaycan türklərinin bölgədəki müxtəlif tayfaların etnokonsolidasiyası nəticəsinidə meydana çıxması danılmazdır. Akademik səviyyədə bu birmənalı olaraq qəbul edilir. Mübahisə yalnız hansı tayfaların türk, hansıların fars dilli və sair olmasıdır. Azərbyacanın isə uzun tarixi dövr ərzində Şimal - Qərbi İran (Persia) adlandırılmasını sübut edən akademik mənbələr də kifayət qədərdi. Midiyalılar istər fars, istərsə də türk olsun onların bu gün Azərbaycan türkləri adlanan xalqın etnogenezində çox mühüm rol oynayan tayfa olmasını danmaq ən azı gülüncdür. Cümləyə başqa mənbələr də əlavə etdim. Xahiş edirəm məqaləyə kobud şəkildə müdaxilə edərək öz fikrinizin məhsulu olan (yazdığınız ifadələrə mənbə göstərmədiyinizdən bu cür qəbul edirəm) ifadələri məqaləyə daxil etməyəsiz. --sefer 15:03, 04 fevral 2011 (UTC)
- Çox qəribədir, "sübut edirsiniz" ki, Qafqaz albanları — Mənşəcə türkdür, Atropatenlilər - Azərbaycan türklərinin formalaşmasında mühüm rol oynamış türk tayfalasıdır, indi də bu məqaləni elə təqdim edirsiniz ki, adi oxucuda midiyalıları türk olduğu təəssüratı yaranacaq. Nəzərinizə çatdırım ki, bu iddalar bir necə adamın iddiasından başqa (o da yalnız Azərbaycanda) heç kim tərəfindən qəbul olunmamışdır, normal vikipediya qaydalarına görə əvvəlcə tarixdə qəbul olunmuş versiya verilməli, digər iddialar isə mənbə əsasında verilməlidir. Siz isə Azərbaycanca vikipediyadakı bütün tarixi məqalələri sadəcə bu cür iddialar əsasında yazırsınız, "yaxşı ki, çoxları Azərbaycanca bilmir" yoxsa elə düşünərdilər ki, Azərbaycanda tarix elmi elə bu gündədir, ancaq Siz də bilirsiniz ki, Sizin bu iddialar Azərbaycanda da birmənalı qəbul edilmiş məsələlər deyil, sadəcə Vikipediyada bu sahədə əsasən Sizin məqalələr olduğundan, bu məqalələr də bu cur tərəfli yazılmışdır. Vikipediya tərəfsiz olmalıdır və biz mütləq bu imici saxlamağa çalışmalıyıq.--Melikov Memmed⇒email 14:14, 4 fevral 2011 (UTC)
Midiya kimi bütün o dövrun tarixi dövlətləri həmişə mübahisələrə səbəb olub. Hansı millətin əcdadlarının dövləti yaratması, dili, ərazisi, digər dövlətlərlə sərhədi. Buna görədə hər ölkənin tarixçilərinin (hətta hər bir tarixçinin) fərqli mövqeyi var. Britannikada qeyd edilibki Midiyalılar Azərbaycanlıların etnoqenezində iştirak etmiş ən qədim xalqdır. O ki qaldı Qafqaz Albanlarına eramızdan əvvəl 1-ci əsrdə belə Qafqaz Albaniyası ərazisində türk tayfaları yaşamışlar. Azərbaycan xalqının türkləşməsi hələ bu dövrdən başlayır. --JameS RamireZ 14:26, 4 fevral 2011 (UTC)
- Britannika "Azərbaycanlıların etnoqenezində iştirak etmiş" yazıb, "Azərbaycan türklərinin" yox, çünki Britannika görə Azərbaycanlılar etnik olarak türkdən çox iranlıdırlar, bu səbəbdən də qədim azərilər, atropatenlilər, midiyalılar və s. digər irandilli xalqlar da onların ulu babasıdır. Bu gün İranın da rəsmi ideologiyası budur. Məsələ bunrasındadır ki, biz bir əlimizdə iki qarpız tutmaq istəyirik, həm özümüzü türkdən çox türk sayırıq, həm də qədim ariləri öz ulu babamız hesab edirik. Belə çıxır ki, atan, anan fars özün türk. Bu kimin xoşuna gəlirsə qoy İran ideologiyasını qəbul etsin, yəni "baba bizim dilim türki, ancaq biz iranlıyıq". O ki, qaldı "həmişə mübahisələrə səbəb olub", elə problem də bundadır ki, Azərbaycanca Vikipediyada bu cur çox mübahisəli şeylər, çox qətiyyətlə sefer tərəfindən bir mənalı sübut olunmuş fakt kimi verilir. Ermənilər ilə "canbir olan" albanlar da, İran mədəniyyətinin daşıyıcıları olan midiyalılar da türkdür, vəssalam, kim başqa şey deyir, çox səhv edir. Bu tərəfsiz vikipediya yox, artıq bir ideologiyanı təbliğ edən sayt olur. Mənim düşüncələrimə görə Azərbaycanca vikipediya daha çox ölkə xaricində olan və Azərbaycan dilini bilənlər üçün nəzərdə tutulmalıdır, onlar isə bu cür gülünc şeyləri oxuduqdan sonra qalanlarına ehtiyac yoxdur. Bu Azərbaycan həqiqətlərini vikipediyada təbliğ etmək üçün olduqca böyük problemlər yaradır, bunu türkcə, rusca və s. vikipediyalarda olan hər bir azərbaycanlı çox gözəl hiss edir. Mən dəfələr yazmışam, ideoloji şeyləri təhsil sistemi, milli televiziya, konkret saytlar vasitəsi ilə etmək lazımdır, vikipediyanı bu şəkildə, bu iş üçün istifadə ediləndə nəinki heç bir xeyiri yoxdur, həm də tam əks təsir göstərir.--Melikov Memmed⇒email 06:07, 5 fevral 2011 (UTC)
Mümkünsə, "Britannica"ya istinad olunan konkret hissənin ingiliscə variantını qeyd edəydiniz, istifadəçilərdən dil bilənlər orijinaldan tərcümə edərdilər.--Vago 07:11, 5 fevral 2011 (UTC)
- The Azerbaijani are of mixed ethnic origin, the oldest element deriving from the indigenous population of eastern Transcaucasia and possibly from the Medians of northern Persia - Azərbaycanlıların etnik mənşəyi qarışıqdır, qədim kökləri şərqi Zaqafqaziyanın yerli əhalisidən və ola bilsin ki, şimali Persiya sakinləri midiyalılardan gəlir. Sonra yazır, Bu əhali ... Sasanilər zamanı farslaşmışlar. Onların türkləşmə tarixini XI əsrdən ... götürmək olar. --Melikov Memmed⇒email 08:15, 5 fevral 2011 (UTC)
Sefer, Siz də Melikov Memmedin ingiliscə göstərdiyi istinadı nəzərdə tutursunuz? --Vago 08:49, 5 fevral 2011 (UTC)
- Sözün düzü ingiliscə o qədər də bilmədiyimə görə, İradə xanımdan xahiş etdim, o da tərcüməni bu cür verib, məncə neytral bir istifadəçi kimi hamımız İradə xanıma etimad edə bilərik (Əgər tərcümədə şübhəli yer varsa, bildirmənizi xahiş edirəm):
- İngiliscə: "The Azerbaijani are of mixed ethnic origin, the oldest element deriving from the indigenous population of eastern Transcaucasia and possibly from the Medians of northern Persia"
- Sözün düzü ingiliscə o qədər də bilmədiyimə görə, İradə xanımdan xahiş etdim, o da tərcüməni bu cür verib, məncə neytral bir istifadəçi kimi hamımız İradə xanıma etimad edə bilərik (Əgər tərcümədə şübhəli yer varsa, bildirmənizi xahiş edirəm):
- Azərbaycan dilində: "Azərbaycanlılar etnik qrupların qarışığından yaranmışdır, Zaqafqaziya ərazisində yaşayan aborigen xalqlardan və çox güman ki, şimali Fars (indiki İran) torpaqlarındakı midiyalılardan."
- Hörmətli, Melikov Memmed və sefer azeri. Mən tarixçi də deyiləm ki, bunlara münasibət bildirəm, sadəcə mənbəyə istinad olunacaqsa, onun doğru olub-olmadığını deyə bilərəm və burada ədaləti gözləmək haqqınızı ikiniz də mənə etimad göstərərək üzərimə qoymusunuz. Məncə İradə xanımın tərcüməsini əsas götürüb, ədalətə riayət etməklə, məqalədə nəyi yazıb, nəyi pozmaq lazım olduğunu məqaləyə bələd olan tarixçilər kimi özünüz məndən yaxşı bilirsiniz. Hər ikinizə təşəkkür edirəm. --→VagoMüzakirə 15:55, 6 fevral 2011 (UTC)
Lazımsız müdaxilə
redaktə- Hörmətli Melikov Memmed ağlınıza gələn hər şeyi cılız istinadlara (mənbə adlandırdığınız) məqaləyə daxil etməyə çalışmayın. İstinad etdiyiniz ədəbiyyatların bu gün üçün nə qədər aktiv olmasına və bizim maraqlarımıza cavab verməsinə diqqət edin. Düzü etdiyiniz əlavələri məqaləni korlamağa cəd kimi qiymətləndirirəm. Hər dəfə mən əziyyət çəkib məqalə hazırladıqdan sonra siz gəlib onu xarablamağa, ürəyiniz istəyən dəyişiklikləri etməyə çalışırsız. Lütfən bu cür fəaliyyətdən əl çəkin. Vikilüğətdə bu cür fəaliyyət göstərən istifadəçilər vikitroll adlanır. Yaxşı olar ki, özünüz heç olmasa bu məqalənin yarısı səviyyəsində bir məqalə işləyib ortaya qoyun. --sefer 13:50, 12 fevral 2011 (UTC)
- Çox qəribədir, Siz nəyin lüzumlu, nəyin lüzumsuz olduğuna necə qərar verə bilərsiniz. Sizə birdən elə gəlir ki, Azərbaycanca Vikipediyanın tarix hissəsini "özəlləşdırmisiniz", əks halda bütün dünyada olduğu kimi ümumi vikipediya qaydalarına uyğun edilən düzəlişlərə qarşı bu çürə mudaxilə etməzdiniz. "Bizim maraqlarımız" həqiqət olmalıdır, vəssalam. Bir daha xahiş edirəm, bu cürə vandaliz hesab olunan geri almaları istifadə etməyin, digər fikirlərə də hörmətlə yanaşın, Vikipediya heç kimə xidmət etməməlidir. Üstəlik, bu mənbələrin hər biri akademik nəşrlərə dayanır, siz isə tək bir belə mənbə göstərə bilmirsiniz, Sadəcə "Burda mən, Bağdadda xor xəlifə" prinsipi ilə məqalə yazırsınız. Özü də bütün dünyanı bizə güldürəcək şeylər. --Melikov Memmed⇒email 10:06, 11 fevral 2011 (UTC)
Mənbələrin silinməsi
redaktəTarixşünaslıqda İrandilli olduqları qəbul edilmiş Midiyanı Vikipediyada yenidən 40-cı illərdə Bağırovun ortaya atdığı “Midiya azərbaycanlıların ulu babasıdır” kimi göstərmək cəhdi təəssüf doğurur. Üstəlik o vaxt bu əsl ulu babalarımız türkləri “vəhşi və qarətçi” göstərmək üçün edilirdisə, indi daha qabağa gedilərək Midiyalıların ümumiyyətlə türk olduğu “sübut olunur”. Məqalə bu mənada heç bir ciddi tarixciyə istinad etmədən tam tərəfli yazılması bir yana, digər fikirlər, həm də bütün əksəriyyət tərfindən qəbul olunmuş və mötəbər mənbələr əsasında verilən fikirlər məqalədən silinir. Bir daha bildirirəm ki, Vikipediya qaydalarına görə mötəbər mənbə göstərilən fakları silmək olmaz. --Melikov Memmed⇒email 06:00, 14 fevral 2011 (UTC)
Vandalizm
redaktəMəqalədə vandalizm yolverilməzdir. müharibəsi çox çəkdi. Hər iki tərəfin qeydləri əlavə edilərək bütün tərəflərin fikirləri məqalədə öz əksini tapır. Yeni redaktə müharibəsinin qarşısını almaq üçün məqalə mühafizə edildi. --Proger danış 16:13, 14 fevral 2011 (UTC)
- Hörmətli Proger danış , məqaləni qoruma altına almaq ən son tədbir olmalıdır, tamalilə saxtalaşma olan bu məqaləni redaktə etmək üçün imkan olmalıdır. Səfərin mənbələri silməsi tamamilə yolverilməzdir, üstəlik, Sizin mənim düzəlişlər silindikdən sonra məqaləni qoruma altına almağınız nəticəsində maqalə bu birtərəfli və əsassız iddialar ilə qalıb, xahiş edirəm qorumanı qaldırın ki, məqaləni redaktə edək. "Midiya tezi" Azərbayacan tarixçiliyində antitürk mənada ən xoşagəlməz anlardandır, bu tezin yenidən xortlaması özünü türk sayan hər kəsi narahat etməlidir. Midiya haqqında ilk böyük kitabı yazan И.М. Дьяконов 90-cı illərdə öz Книга воспоминаний kitabında yazır:
... Но на одну эрмитажную зарплату было не прожить с семьей, даже с тем, что зарабатывала Нина, и я, по совету ученика моего брата Миши, Лени Брстаницкого, подрядился написать для Азербайджана «Историю Мидии». Все тогда искали предков познатнсс и подревнее, и азербайджанцы надеялись, что мидяне – их древние предки. Коллектив Института истории Азербайджана представлял собой хороший паноптикум. С социальным происхождением и партийностью у всех было все в порядке (или так считалось); кое-кто мог объясниться по-персидски, но в основном они были заняты взаимным поеданием. ... К науке большинство сотрудников института имело довольно косвенное отношение. ... Доказать азербайджанцам, что мидяне – их предки, я не смог, потому что это все-таки не так. Но «Историю Мидии» написал – большой, толстый, подробно аргументированный том. [1]
Ən əsası bu saxtakarlığı etmək üçün məqalədə tək bir tarixçiyə istinad edilmir və ya mənbələr saxtalaşırılır (redaktə imkanı olanda göstərəcəm).--Melikov Memmed⇒email 06:06, 15 fevral 2011 (UTC)
- Madayları irandilli sayan tarixçilərin olması danılmazdır. Lakin nəzərə almaq lazımdır ki, onlar hamısı iranşünaslardır və bu alimlərin fikrincə İran ərazisində yaşamış və yaşayan bütün xalqlar farsdillilərdir, o cümlədən azərbaycanlılar və özbəklər də. Məqaləni isə bu cür fikirlər üzərində qurmaq lazımsızdır. Bununla belə tərəfsizlik şərtinin gözlənməsi naminə həmin iranşünas alimlərin fikirləri də məqalədə verilib və sizin göstərdiyiniz mənbələrdə silinmədən, həmin hissəyə köçürülüb. Preambulada isə madayların irandilli xalq olmasıyla bağlı fikirlərin qeyd edilməsinin lüzumsuz olduğunu düşünürəm. Çünki həmin hissədə madayların türkdilli xalq olması qeyd edilməyib. Sadəcə onların Azərbaycan türklərinin etnogenezində iştirak etməsi göstərilib ki, bunu da madayların həm irandilli, həm də farsdilli xalq olmasını iddia edən alimlər qəbul edirlər. Əgər preambulada madayların irandilli olmasıyla bağlı hansısa iddiaya yer veriləcəksə o zaman türkdilli olmasını iddia edən alimlərin də fikirləri qeyd edilməlidir. İndiki halda tərəfsizlik prinsipinin pozulduğunu düşünürəm. Ümumiyyətlə isə madayların etnik mənşəyi ilə bağlı hansısa fikirlərin preambulada verilməsini düzgün saymıram. Çünki bu məqalə madaylar haqqında yox, onların qurduğu Midiya dövləti haqqındadır. Həmin fikirləri isə Madaylar məqaləsinin preambulasında qeyd etmək olar. Bu məqalədə isə madayların etnik mənşəyi haqqında fikirlərin "Əhalisi" bölməsində çox qısa şəkildə verilməsinin doğru olacağını düşünürəm. Melikov Memmed bəyin gətirdiyi mənbələr də orda qeyd edilə bilər, lakin preambulada yox. O ki qaldı madayların Azərbaycanı işğal etmsəi məsələsinə, bu cür iddia ən azı gülüş doğurur. Heç olmasa əvvəlcə Madayların vətəni bölməsini oxuyun, sonra nəsə əlavə edin. Axı Madaylar elə Azərbaycanda yaşayırdı. Öz yaşadıqları yeri necə işğal edə bilərlər. Bütün bunlar madayları irandilli sayan alimlərin, konkret olara isə sizin gətirdiyiniz sitatda Yeddi cildlik Azərbaycan tarixi kitabının I cildini elmi redaktoru olan İqrar Əliyevin uydurmasından başqa bir şey deyil. Farsdillilərin İran ərazisinə gəlmə olması birmənalı olaraq sübut edilmişdir. Bu nəzəriyyəyə əsasən isə madaylar da gəlmə xalq olmalı və Azərbaycanı işğal etməli idi. Lakin həm Assur mənbələri, həm də Herodot, madayların farsların gəlişindən xeyli əvvəl, hələ Manna dövlətinin mövcudluğu dövründə Mannanın hakimiyyəti altında Cənubi Azərbaycanın Qızılüzən çayı sahillərində yaşamsını qeyd edirlər. Üstəlik Midiya dövlətinin əsasını qoyan Deyok da əvvəl Manna canişini olub. Burdan da çox sadə məntiqlə anlamaq olar ki, 1.madaylar gəlmə deyil, Azərbaycanın avtoxton əhalisidir, 2. madaylar Azərbaycanı işğal etməyib, 3. madaylar iddia olunduğu kimi farsdillilərlə birgə gəlmə olmadığına görə deməli heç farsdilli də deyil. Madayların farslara olan münasibəti də onların farsdilli olmadığını sübut edir. Konkret faktlar üçün Madaylar məqaləsinin "Mənbələrdə" hissəsinə baxa bilərsiz. Sonda madayların irandilli olmasıyla bağlı iddianın preambuladan çıxarılaraq "Əhalisi" hissəsinə köçürülməsini təklif edirəm.--sefer17:51, 15 fevral 2011 (UTC)
Yenə də söz oyunu ilə məsələni dolaşdırırsınız, "Azərbaycanı işğal etmsəsi" yox "Mannanı işğal etməsi" yazılıb. Sizin iddianıza görə, yəni bu işğalın olmaması üçün Manna və Midiya eyni ərazidə (iki dövlət bir ərazi) olmalı idi, bu isə hətta Sizin özünüzün göstərdiyiniz xəritələr ilə rədd edilir. Birmənalı idda edirsiniz ki, Midiya ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaranıb, ancaq mənbədə (Britannıka) İranın şimal-qərbində, müasir Azərbaycan, Kürdistan və Kermanşahin bir hissəsində (ancient country of northwestern Iran, generally corresponding to the modern regions of Azerbaijan, Kurdistan, and parts of Kermanshah) yazlılıb. Ümumiyyətlə Midiya haqqında hər şey elə dolaşıqdır ki, onun haqqında konkret az şey demək olar. Sübut kimi məqalədə Sizin öz fikrinizi göstərim: "1. Midiya Mannadan cənub-şərqdə, Güney Azərbaycan ərazisində yerləşirdi. 2. Assur mənbələrində madayların mannaların cənub-qərb sərhəddində, Parsua vilayətinin şimal – qərbində məskunlaşması göstərilir." Həm Mannadan cənub-şərqdə həm də Mannanın cənub-qərb sərhəddində yerləşir. Çünki "Midiya Mannadan cənub-şərqdə, Güney Azərbaycan ərazisində yerləşirdi. Midiya dövlətinin paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi" mənbəyə əsaslanmır (Herodot, III, 92), öz fikrinizi yalandan mənbə göstərərək yazırsınız və səhv edirsiniz.
Herodot, III, 92.1. From Babylon and the rest of Assyria came to Darius a thousand talents of silver and five hundred castrated boys; this was the ninth province; Ecbatana and the rest of Media, with the Paricanians and Orthocorybantians, paid four hundred and fifty talents, and was the tenth province.
Məqalədə mənbələrin bu cür saxtalaşdırılması çoxdur, bu da sadəcə öz isdədiyinizi həqiqət kimi göstərmək çəhdidir və yolverilməzdir --Melikov Memmed⇒email 07:37, 16 fevral 2011 (UTC)
- Siz sözləri tərsinə başa düşürsüz deyəsən. Demək istədiyim odur ki, mannalar da madaylar da Azərbaycanda yaşayan yerli tayfalar idilərsə, o zaman madayların Azərbaycanı işğal etməsindən danışmaq gülüncdür. sadəcə Onların Azərbaycanı birləşdirməsindən - Manna ərazisini özlərinə tabe etmələrindən danışıla bilinər bu halda. Herodotdan gətirdiyiniz sitatın hansı halda saxtalaşdırılması isə anlaşılmazdır. --sefer23:37, 16 fevral 2011 (UTC)
- Hörmətli, Səfər, bir şeyi qəbul edin ki, mənbə əsasında verilmiş bir faktı Siz "gülücdür" yazaraq silməməlisiniz, Sizin üçün gülüncdür, akademik İqrar Əliyev üçün isə belədir, maqalədə də məhz Sizin yox İqrar Əliyev fikiri yazıla bilər. Əgər mənbə varsa göstərin ki, "tarixçi filankəs bunu təkzib edərək, bunu yazmışdır". Herodotd gəldikdə, məndə mənbə ingliscə olduğundan elə də vermişəm. "Midiya Mannadan cənub-şərqdə, Güney Azərbaycan ərazisində yerləşirdi. Midiya dövlətinin paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi" Mənbədə nəinki Manna və Güney Azərbaycan haqqında heç nə yoxdur, orada heç Ekbatan paytaxt olması haqqında da bir kəlmə yoxdur. Məlumat üçün yazım ki, paytaxtı Ekbatan idi yazmaq üçün Britannikaya müraciət edə bilərsiniz. Gördüyünüz kimi göstərdiyiniz mənbə tam yanlışdır, digər mənbələr də bu cür halların olması onu göstərir ki, məqalədə öz fikirlərinizi yazmağa çalışırsınız, bu isə doğru deyil. Mənbələrə ciddi yanaşmaq lazəmdır--Melikov Memmed⇒email 06:39, 17 fevral 2011 (UTC)
Mədəniyyət, İncəsənət, Memarlıq
redaktəTəkilf edirəm bu bölmələr üçün ayrıca bir məqalə yaradılsın (məsələn, Midiyada mədəniyyət, incəsənət və memarlıq) və orada verilsin.--Melikov Memmed⇒email 08:15, 21 fevral 2011 (UTC)
Çox gözəl təklifdir. Gələcəkdə Midiya portalını da yaratmaq olar. --Cek Li Taran 08:18, 21 fevral 2011 (UTC)
Tarixi Azərbaycan ərazisi
redaktəVikipediya qaydası ilə bu cür yazılış yolverilməzdir və tərəfli hesab olunur. “Tarixi Azərbaycan ərazisi” nə deməkdir? Məsələn, mənə görə, “Tarixi Azərbaycan ərazisi” müasir Ermənistan ərazisidir və burada da Midiya yaranmayıb. Kim əksini sübut edə bilər? Vikipediyada mənası dəqiqləşdirilməyən sözlərdən istifadə etmək olmaz.--Melikov Memmed⇒email 11:04, 21 fevral 2011 (UTC)
- Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı (Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, I cild, səh 182). --Melikov Memmed⇒email 11:08, 21 fevral 2011 (UTC)
Tarixi Azərbaycan ərazisi Ermənistan, (bununla bərabər Borçalı və Dərbənd mahalı) Qərbi, Şərqi Azərbaycan, Ərdəbil, Həmədan və Zəncandır. Bəzi mənbələr Qəzvini də əlavə edir. Kim əksini sübut edər? --Proger danış 01:37, 22 fevral 2011 (UTC)
- Proger danış , Siz idarəçi statusu almış istifadəçisiniz, Vikipediyada mənası dəqiqləşdirilməyən sözlərdən istifadə etmək olmaz, bunu Siz digər istifadəçılərdən tələb etmək əvəzinə, özünüz belə şeyləri "əsaslandırırsız". Təəssüf ki, AzVikidə reallıq budur. Babək kinosuna baxın, "Mən Azərbaycana cavabdehəm, Həmədəna əlim çatmır", ən azı ssenarist belə Həmədanı Azərbaycan hesab etmir, bu mənada Vikipediya müdrik yol seçib, "mənası dəqiqləşdirilməyən sözlərdən istifadə etməmək". --Melikov Memmed⇒email 05:28, 22 fevral 2011 (UTC
- Tarixi Azərbaycan ərazisinin mübahisəli olduğunu iddia etməniz anlaşılmazdır. Müxtəlif mənbələrdə Azərbaycanın Dərbənddən Həmədana (həmçinin əksər ərəb mənbələrində Arazdan Həmədana Azərbaycan və ya Aşağı Azərbaycan Arazdan yuxarı isə Arran və ya Yuxarı Azərbaycan deyilməsi də məlumdur) qədər olan ərazini əhatə etməsi bəllidir. Midiya dövləti isə məhz tarixi Azərbaycan ərazisində formalaşmışdır. Məqalədə Tarixi Azərbaycan ərazisi anlayışına keçid verilmişdir. Maraqlanan kəs keçib həmin hissədən Tarixi Azərbaycan ərazisinin hansı ərazilər olması haqqında öyrənə biləcək. Yarımçıq halda olan Azərbaycan (tarixi ərazi) məqaləsini isə yaxın günlərdə tamamlayacam. --sefer 17:53, 22 fevral 2011 (UTC)
- Azərbayanın ərazisi ilə bağlı hər şey aydındır. “Azərbaycan” sözü ilk yaranışdan elə Cənubi Azərbaycan ərazisini bildirib, ADR yarandıqdan bu günə qədər də müasir Azərbaycan Respublikasının ərazisi də Azərbaycan adlanır. Yəni bu gün Azərbaycan dedikdə Azərbaycan Respublikası və Cənubi Azərbaycan kimi ikiyə bölünmüş vahid ərazi düşünülür. Bu məsələnin rəsmi tərəfi. Bir də bizim üçün daha geniş bir Azərbaycan var, azərbaycanlıların dədə-baba yurdu olmuş və olan hər yer, ancaq bunu Vikipediyada yerləşdirmək düz deyil. Siz Midiyanın Azərbaycanda yerləşdiyini sübut etmək üçün bu cür məqalə yaratmısınız. Öz iddianıza görə belə vasitələrə əl atmaq düz deyil, AzVikidə Azərbaycan ərazisinə Azərbaycan Respublikası və Cənubi Azərbaycandan əlavə ərazilər salınması (Borçalı, Dərbənd, Kars, Kərkürk və s.) problemlər yaradacaq. Rəsimi qaydada biz hətta azərbaycanlıların dədə-baba yurdu olan Ermənistan torpaqlarına iddia etmədiyimizi dəfələrlə bildirmişik. Diqqət edin “Lakin ərəblər çox vaxt üç tarixi -coğrafi ərazini – Azərbaycan, Arran və Ermənistanı bir inzibati vahiddə birləşdirərək, bir canişinlik yaradır və bunu bəzən "Erməniyyə", bəzən də "Azərbaycan" adlandırırdılar.” yazırsızız, onda bir “Erməniyyə (tarixi ərazi)” məqaləsi yaradın Azərbaycan Respublikası və Cənubi Azərbaycanı salın oraya, Sizin beş-altı ərəb tarixçinizə qarşı onlarla xilafət sənədi çıxar. Vikipediyada Şəxsi tədqiqatlar olmamalıdır. İdarəçilərdən da xahiş edirəm ki, yuxardakıları nəzərə alaraq Azərbaycan (tarixi ərazi) məqaləsi silinsin--Melikov Memmed⇒email 07:44, 23 fevral 2011 (UTC)
History of Herodotus (7.62)
redaktəSəfər iddia edir ki, “Herodotun adını çəkdiyi altı Midiya tayfasının adının İran dilləri vasitəsiylə şərh olunmasına cəhdlər edilmiş, lakin yenə də heç bir uğurlu nəticə əldə edilməmişdir” Lakin, Herodot konkret Midiyalıların qədimdə Arilər adlandığını yazır (“В древности все называли их ариями”), onların farslara yaxın olduğunu göstərir ("Мидяне же носят в походе такое же вооружение, как и персы (вооружение это, собственно, мидийское, а не персидское), başçıları da Tiqran, məncə türkdən daha çox, erməni adına oxşayır (“Предводителем мидян был Тигран из [рода] Ахеменидов”).
Herodotus, The Histories. 7.62.1. “The Medes in the army were equipped like the Persians; indeed, that fashion of armor is Median, not Persian. Their commander was Tigranes, an Achaemenid. The Medes were formerly called by everyone Arians, but when the Colchian woman Medea came from Athens to the Arians they changed their name, like the Persians. This is the Medes' own account of themselves.” — Bu imzasız yazı Melikov Memmed (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 15:25, 21 fevral 2011 (UTC)
- Mən heç nə iddia etmirəm. Yazdığım fikrin mənbəsini göstərmişəm. Əgər maday tayfalarının adlarının iran dilləri vasitəsiylə hər hansı uğurlu şərhi sizə məlumdursa buyurun yazın. Herodotun midiyalıları arilər adlandırması məsələsinə gəlincə, Herodot özü, eləcə də bir çox antik tarixçilər və assur yazıları madayların Qızılüzən çayı sahilində yaşadığını, perslərin isə Persia ərazisinə, kanqarların və elamlıların torpaqğına gəlmə olduğunu qeyd edir. Həm də farsların (arilərin) İran ərazisinə köç dövründə azərbaycanda artıq Manna dövləti mövcud idi. Mənbələr isə Madaylar və mannaların qonşuluqda yaşadığını qeyd edir. Madayların gəlmə olmasına dair bir dənə də olsun sübut yoxdur. Halbuki arilərin gəlmə olması mübahisəsizdir.--sefer 18:27, 22 fevral 2011 (UTC)
- İqrar Əliyev yazır (Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild), “Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (860-825) onların ölkəsini Amadai adlandırır. Sonralar Matai formalarına rast gəlinir ki, bu da həm "madalılar", həm də "Mada" deməkdir.” Yəni söhbət “madaylar” yox, madalılardan gedir, onları da Herodot midiyalılar adlandırır, o da, özünüz yazmışsınız, “Midiyanın adı qədim yunan əfsanəsi olan “Yason və Arqonavtlar haqqında əfsanədə” Kolxida hökmdarı Eetin cadugər qızı Medeanın adından götürülmüşdür”. Hətta aydın deyil Siz “madaylar” yazanda bu “Matai” sözünü nəzərdə tutursunus, yoxsa madalılardan fərqli başqa bir xalqı.--Melikov Memmed⇒email 11:03, 26 fevral 2011 (UTC)
- İqrar Əliyev məsləyə ümumi yanaşmışdır. Yəni midiyalılar ümumi anlayışdır. Qeybullayev isə sanki, nə vaxtsa bu cür problemlə qarşılaşacağımızı əvvəlcədən görərək bu anlayışları dəqiqləşdirmişdir: "bəzi müəlliflər isə midiyalı və maday anlayışlarını qarışdıraraq bütün midiyalıların İrandillilər olmasını yazmışlar." Yəni Midiyaya tabe edildikdən sonra Cənubdakı Persia ərazisində məskunlaşmış perslər (sonralar ərəblər onları farslar adlandırdı) də ümumi mənada midiyalı idilər lakin maday (assur yazısında etnosun adı madai, urartu yazılarında matai şəklində qeyd edilir, Moisey Kalankatlı isə onları madaylar adlandırır(Alban tarixi, I kitab 2-ci fəsil)) deyildirlər. Herodotun midiyalılar ifadəsinə gəlincə, Herodotun bu ifadə altında Midiyada yaşayan hansı xalqı nəzərdə tutaraq ari adlandırması məlum deyil. Çünki Herodot eyni zamanda madayları farslardan fərqləndirən və hətta düşmən etnos olduqlarını göstərən məlumatlar vermişdir:
"Midiya çarı Fraorta atası Deyokdan sonra təkcə midiyalılar üzərində hakimiyyətlə kifayətlənmədi və farsların üstünə hücum edərək onları tabe etdi. Bu iki xalqa (deməli, madaylar və farslar müstəqil xalqlar kimi qeyd olunur) yiyələndikdən sonra çar Asiyanın başqa xalqlarının üstünə getdi."
— Herodot, I, 102
"Midiya çarı Deyokun oğlu Fraorta parsların üstünə getmiş və düşmənini özünə tabe etmişdir."
— Herodot, I, 101
Təmizləmə
redaktəMəqalənin Qaumata üsyanı, Din , Politeizm, Zərdüştülük, Midiya mədəniyyəti , Etnoqrafik xüsusiyyətlər, İncəsənət , Dekorativ sənətlər, Heykəltəraşlıq, Memarlıq bölmələrində Midiya ilə birbaşa əlaqəsi olmayan və ya önəmsiz və qeyri-ensiklopedik yazılar təmizlənməlidir.--Melikov Memmed⇒email 07:07, 2 mart 2011 (UTC)
- Düşünürəm sırayla əvvəlcə neytrallıq məsələsini müzakirə edib, qaydasına salaq, sonra təmizləmə məsələsini müzakirə edərik. Anladığım qədəriylə məqalənin "Adı" hissəsində Q. Qeybullayevin kitabından gətirdiyim istinadda (“Maday (Matay) əvvəlcə türk mənşəli müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və eramızdan əvvəl 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir. Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş midiyalı adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, Altay, yaxud türkmənşəli olduğunu göstərmişdir. Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapcaqay Matay,Gəncə-Matay, Tuvada hələ XIII əsrdə Madı (türk dillərində a-ı əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat, Sibirdə və Altayda Maadı, Madar və Maxtar (Mada, Mata və turkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar,ər- kişi, igid, döyüşçü sözlərindən) tayfalarının mövcud olmasıdır.")neytrallığın pozulmasını düşünürsüz. Lakin əgər fikir versəniz məqalədə həmin üç cümlə ümumi mətndən fərqlənməsi üçün kursiv yazı ilə verilib və yuxarısında yazılıb: "Q. Qeybullayev isə yazır:" yəni bütün mümkün vasitələrlə bu cümlələrin bir alimin fikri olması göstərilib və həmin üç cümlə ümumqəbul edilmiş fikir kimi verilmir. Məncə burda hansısa neytrallığın pozulmasından danışmaq düzgün deyil. Çünki həmin fikirlər məqaləni yazana (yəni mənə) aid deyil və kitabdan birbaşa istinaddır ki, istinadı a göstərilib. Ona görə də düşünürəm ki, "neytralıq?" yazısını həmin hissədən çıxarmaq olar. --sefer17:44, 3 mart 2011 (UTC)
1."Tarixi Azərbaycan ərazisi". Vikipediyada mənası dəqiqləşdirilməyən sözlərdən istifadə etmək olmaz. 2. Mənbələrdən istifadə. Birincisi, "ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da" üçün göstərdiyiniz mənbələrdə bu fikir yoxdur, Midiya üçün tək Azərbaycanda deyil Azərbaycan da daxil olmaqla daha geniş ərazilər göstərilir. İkincisi, belə bir etibarsız mənbə olsa da preambulada verilə bilməz. Hətta etibarlı sayıla biləcək bir mənbə olsa belə preambulada yox, məqalədə uyğun bir yerdə yazmaq olar ki, "Filankısə görə Midiya ilkin dövrdə Azərbaycan ərazisində yaranmış və sonra genişlənərək ..." Üçüncüsü, hətta çox sayda etibarlı mənbə əsasən yazanız ki, "Midiya ilkin dövrdə Azərbaycan ərazisində yaranmışdır" yenə problem var, istər mətindəki Sizin göstərdiyiniz mənbələr və istərsə də elə Sizin göstərdiyiniz xəritələr bunun belə olmadığını göstərir.
--Melikov Memmed⇒email 06:49, 4 mart 2011 (UTC)
Məqaləni oxudum. Midiya məqaləsi yaxşı hazırlanıb.
- Hörmətli Melikov Memmed mən sizin bu məqalədə nəyə etiraz etdiyinizi dəqiqləşdirə bilmədim. Xahiş edirəm konkret olaraq hansı məsələyə etiraz edirsinizsə burda qeyd edin və öz variantınızı yazın.
- Midiyalılar məqaləsi isə elə yazılıb ki, bu məqaləni oxuduqdan sonra "midiyalılar"ın ermənilər olduğu anlaşılır. Xahiş edirəm midiyalı dedikdə Melikov Mamed və sefer siz hansı qədim tayfaları nəzərdə tutursunuz burada qeyd edin.--Zergeroglu 07:20, 4 mart 2011 (UTC)
- Midiyalılar məqaləsi elə yazılmayıb, Strabon midiyalılar haqqında elə yazıb. Məncə rusca oxuyursunuz, mənbəni araşdıra bilərsiniz. Məqalədə nəyə etiraz etdiyimi soruşursunuz, xahiş edirəm yuxarıları oxuyun və məqalə tarixçəsini araşdırın, sualınızın cavabları oralarda var. --Melikov Memmed⇒email 08:26, 4 mart 2011 (UTC)
- Strabon yazısında müasir ermənilərə keçid verməyib. --Zergeroglu 08:47, 4 mart 2011 (UTC)
Yəqin yaddından çıxıb, Allah qoysa gələcəkdə öz səhvin düzəldər. Sizin üçün Midiya məqaləsi üçün öz variantımı verirəm İstifadəçi_müzakirəsi:Melikov_Memmed/Midiya--Melikov Memmed⇒email 08:53, 4 mart 2011 (UTC)
- Hörmətli Melikov Memmed. Bu mənim şəxsi fikrimdir. Etiraz edə birərsiniz. Mən Səfərin yazdığı məqaləni bəyəndim. Orda qərəzli bir yazı görmürəm. Bu məqalənin üstünə belə hücumu başa düşmürəm. O özündən bir şey yazmayıb. Sizin sözlərinizlə o bütün məqaləni silməlidir. Siz konkret iradınızı bildirmirsiniz. Ümumi danışırsınız. Midiyanın əhalisi fars dilli bir xalqdır yazmısınız. Bu olduqca gülməlidir. Midiya dövrünün imperiyası olub. Heredotun yazdığına görə altı tayfadan ibarət olub. Deməli imperiyanın əhalisi həm fars dilli, həm də digər dillərdə danışan xalqlar olub. Bütün mənbələr bunu deyir. --Zergeroglu 09:53, 4 mart 2011 (UTC)
Məlumat üçün sağ olun, "Midiya dövrünün imperiyası olub. Heredotun yazdığına görə altı tayfadan ibarət olub. Deməli imperiyanın əhalisi həm fars dilli, həm də digər dillərdə danışan xalqlar olub." yazmısınız indi bildim ki, Heredotun yazmasa idi, kim bilərdi, bu imperiya çoxmillətli olub ya yox. Ümumiyyətlə, Midiya "kabuş İmperiyadır", onun haqaında heç nə məlum deyil, məncə gücümüzü möhtəşəm Sasani imperiyasını "özəlləşdirməyə" yönəltsək daha məsləhətdir. Bu da mənim şəxsi fikrimdir--Melikov Memmed⇒email 10:07, 4 mart 2011 (UTC)
Özəlləşdirməyə ehtiyac yoxdur. Sasani İmperiyasından tutmuş günü bü günə kimi bu ərazilərdə qurulmuş bütün imperiya və dövlətlərin yaranmasında indiki azərbaycanlıların ulu əcdadlarının rolu danılmazdır.--Zergeroglu 10:20, 4 mart 2011 (UTC)
- Sözsüz. Ancaq bu danılmaz faktları mənbə ilə gücləndirək ki, "analoqu olmayan danılmaz faktlar" olsun ki, Vikipediyada verə bilək. Uğurlar--Melikov Memmed⇒email 10:26, 4 mart 2011 (UTC)
- Əvvəlcə onu qeyd edim ki, bizim kiminsə tarixini oğurlamağa ehtiyacımız yoxdur, biz erməni deyilik ki!Özümüzün elə şanlı tariximiz var ki, başqa heç nəyə ehtiyacımız yoxdur. Mənası dəqiqləşdirilməyən söz dedikdə nəyi nəzərdə tutduğunuzu aydın yazmamısız, amma əgər məqalənin preambulasında yerləşdirilən "tarixi Azərbaycan ərazisi" ifadəsini nəzərdə tutmusuzsa mənası dəqiq olmayan bir anlayışa keçid verə bilməzdik hər halda. Lütfən keçin həmin məqalədən (hələ yarımçıq olsa da) tarixi Azərbaycan ərazisi deyildikdə konkret hansı ərazinin nəzərdə tutulmasını dəqiqləşdirin. Orda buna imkan verən kifayət qədər faktlar var:
"Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazısi Həmədan, Əzhər, Zəncandan tutmuş Dərbəndədək uzanırdı."
— Dərbəndnamə, səh. 25
"Azərbaycan böyük ölkə olub, cənubunda Həmədan, şimalında isə Dərbənd yerləşir."
— Chronique de Tabari..., p. 494.
və sair onlarla bu cür sitat göstərmək olar. Xəritələrə yaxşı baxın birinci xəritədə tünd yaşıl, ikinci xəritədə isə tünd qəhvəyi rənglə göstərilib Midiyanın ilkin yaranma ərazisi. Tamamilə tarixi Azərbaycan sınırları daxilində olan bir bölgədir. Kitablarda nə yazılmasına gəlincə cümlə şəklində istinadlarda göstərilib buyurun baxın. Yenə göstərdiyim mənbələri etibarsız adlandırırsız. Artıq məndə belə bir təəssürat yaranmağa başlayır ki, əhatə olunduğum bütün kitablar hamısı etibarsızdır. Sizcə bu kitab - İqrar Əliyev – Tarixi Azərbaycan ərazisində qədim dövlət – Midiya - etibarsızdır? Və ya Brokhauz və Efronun ensiklopediyası, İranika ensiklopediyası, Q eybullayevin əsəri bütün bunlar etibarsızdır? Hətta iranpərəs mövqeyiylə seçilən İranik ensiklopediyasında belə konkret olaraq Azərbaycan adı çəkilməsə də Qərbi İran adıyla dövlətin yaranma yeri dəqiq göstərilib. Qərbi Azərbaycan dedikdə haranın nəzərdə tutulmasını isə izah etməmə ehtiyac yodur düşünürəm. Midiyanın tarixi Azərbaycan ərazisində yaranmasının məqalənin preambulada verilməsinə gəlincə bu nəhəng imperiyanın Azərbaycan dövlətçilik tarixinin bir parçası olması və sonrakı Azərbaycan dövlətlərinin məhz hansı özül, dövlətçilik ənənələri əasaında yaranmasını göstərmək məqsədiylə belə edilmişdir. Yuxarıda yadığım fikirlərə münasibət bildirməmisiz (ilk mənbə və etibarlı mənbə) hər halda fikirlərimlə razılaşdığınızı güman edərək neytrallığın pozulması haqqında əlavələrinizi məqalədən çıxarıram. Əgər əks arqumentlərlə fikrinizi əsaslandırsanız yenidən əlavə edərik.
"Ümumiyyətlə, Midiya "kabuş İmperiyadır", onun haqaında heç nə məlum deyil, məncə gücümüzü möhtəşəm Sasani imperiyasını "özəlləşdirməyə" yönəltsək daha məsləhətdir." cümlənizlə isə məqalə üzərində əziyyət çəkən üç istifadəçini (ikisi həm də idarəçidir), xüsusilə yazı mətninin hazırlanmasına bir aydan artıq vaxt çəkmiş məni təhqir edirsiz. Nəyisə özəlləşdirməyə cəhd etdiyimizi iddia edirsiz. Bütün ümumiləşdirici Azərbaycan tarixi kitablarında, hətta qərəzliliyi ilə seçilən və Azərbaycan elmi ictimaiyyəti tərəfindən birmənalı olaraq pislənən və tənqid edilən Yeddi cildlik Azərbaycan tarixinin ikinci cildində də Midiya dövləti Azərbaycan tarixinin və dövlətçiliyinin bir hissəsi kimi verilib. Yəni bunu danmaq mümkün deyil. Əks haıda niyə bütün Azərbaycan tarixi kitablarında ayrıca Midiya fəsilləri yaradılmalı idi? Əhəmənilər, Sasanilər və Azərbaycanı işğal etmiş digər imperiyalar kimi iki səhifəlik yazıyla da keçinmək olardı axı bu halda.
Təmizlənmə məsələsinə gəlincə, məncə bunaikimiz qərar verə bilməyəcəyik. Məqalənin sizin təklif etdiyiniz formaya [2] salınmasına isə şəxsən mən razıyam. Amma buna vikicəmiyyət qərar versə daha yaxşı olar. Sizin təklif etdiyiniz versiyada isə məqalə nəinki seçilmiş heç yaxşı məqalə statusuna da layiq deyil. Bu mənim şəxsi fikrimdir və əsaslandıra bilərəm.
Hörmətli həmkarımız Zergeroglu "Xahiş edirəm midiyalı dedikdə Melikov Mamed və sefer siz hansı qədim tayfaları nəzərdə tutursunuz burada qeyd edin" şəklində bizə ünvanladığı suala gəlincə midiyaılaradlı xalq olmayıb və mixi yazılı mənbələrdə belə bir xalqın adı çəkilmir. Yalnız yunan dilli müəlliflərdə (Herodotda iki, Strabonda bir yerdə) midiyalılar anlamına gələn "Μίδίαήε" ifadəsi işlədilib ki, bunu da mütəxəssislər hansısa konkret xalqın adı yox, ümumən Midiya ərazisində yaşamış xalqların adlandırılması hesab edirlər. Yəni Midiya ərazisində yaşayan bütün xalqlar (irandilli, türkdilli, qafqazdilli və sair) hamısı midiyalılar idi. Midiyada hakim olan və dövlət quran tayfa isə assur mənbələrində madai, Urartu mənbələrində isə Matai adlandırılır ki, bu da Madaylar - Madalar (bəzi müəlliflər "y" (mixi yazılarda -i kimi qeyd edilir) səsinin digər dillərdə ada əlavə olunanhissəcik hesab edirlər.) anlamına gəlir. --sefer22:40, 3 mart 2011 (UTC)
- Məncə bundan başlayaq ki, "Məqalənin sizin təklif etdiyiniz formaya [3] salınmasına isə şəxsən mən razıyam. ...Sizin təklif etdiyiniz versiyada isə məqalə nəinki seçilmiş heç yaxşı məqalə statusuna da layiq deyil..." Tam razıyam, nəzərə alın ki, bu variant alternativ məqalə kimi yaradılmayıb, sadəcə yazdıqlarım silindiyi üçün öz səhifəmə köçürmüşdüm, əgər razılıq olarsa bunu əsas maqalə kimi götürüb digər hissələri də müzakirə edəd-edə oraya artıra bilərik. Sonra "Yeddi cildlik Azərbaycan tarixinin ikinci cildində də Midiya dövləti Azərbaycan tarixinin və dövlətçiliyinin bir hissəsi kimi verilib". Bəli Azərbaycan Midiya tərkibində olub, bundan başqa Azərbaycan bir necə imperiyaların tərkibində olub, ancaq bunu belə də yazmaq olar. Azərbaycan Respublikasının əksər sahələr Sovet dövləti ilə əlaqədardır, ancaq bu bizə əsas vermir ki, yazaq SSRI Azərbaycan dövləti olub və ya yazmaq olar ki, "SSRİ Azərbaycan ərazisini də əhatə edirdi", ancaq yazmaq ki, "SSRİ Azərbaycan ərazisini əhatə edirdi" olmaz, Siz məhz mənbələri bələ dəyişirsiniz. Midiya və Fars imperiyası "ətlə-dırnaq kimi" bir şeydir, məqalədəki özünüz qoyduğunuz şəkillərə baxın, bu insanlara irandilli deyillər yazmaq olarmı? --Melikov Memmed⇒email 05:54, 5 mart 2011 (UTC)
- Əvvəlcə qeyd edim ki, hazır məqaləni qoyub yenidən məqalə işləməyi lazımsız hesab edirəm. Əgər vikicəmiyyət Proger, Pərviz və mənim hazırladığımız bu məaləni kəsib doğrayıb, belə [4] vəziyyətə salmanıza razılıq versə etiraz etməyəcəm. Sadəcə aktiv istifadəçilər və idarəçilər münasibət bildirsinlər. Açıq bildirim ki, Tarix, Din, Mədəniyyət, İncəsənət bölmələrindən nəyinsə ixtisar edilməsinə birmənalı olaraq qarşıyam. Hansısa iradınız varsa deyin düzəldək. Daha yerləşdirdiyim məlumatları silmək nəyə lazımdır ki? Hər bir dövlət haqqında məlumat verərəkən onun mədəniyyəti, Dini, İncəsənəti haqqında da məlumat verilməlidi. Sizin təqdim etdiyiniz versiyada olduğu kimi, dövlət haqqında məlumat onun tarixi haqqında məlumatla bitmir axı.
Midiyanın elə də böyük bir tarixi yoxdu (cəmi 179 il mövcud olub), amma böyük mədəni təsiri olan dövlət olub. Xüsusilə Azərbaycana, sonrakı dövrdə Atropatena və Qafqaz Albaniyasında müşahidə etdiyimiz böyük mədəniyyət məhz Midiya mədəniyyətinin özülləri üstündə ucalmışdı. Azərbaycan çox imperiyaların tərkibində olub, lakin onlar heç də Azərbaycan dövlətçilik ənənəsinə aid deyil. Çünki, onlar Azərbaycanı işğal etmiş yad sülalələrin idarə tdiyi dövlətlər olub. Midiya isə azərbaycanlıların etnik mənşəyinin formalaşmasında iştirak etmiş bir tayfa tərəfindən, Azərbaycanda qurulmuş və Mananın birləşdirilməsindən (işğalından yox!) sonra ətraf ərazilərin işğalı ilə imperiyaya çevrilmişdir. Persia ərazisinin işğalı ilə farslar da Midiyaya tabe olmuşdur. Əks halda Midiya haqqında da belə bir [5] məqalə yaratmaqla kifayətlənərdim. Yenə mənbələri saxtalaşdırmaqda suçlamaqla məni təhqir edirsiz, lütfən axı xahiş etmişdim.
Midiya tayfalarından biri olan maqlar sonuncu Midiya çarı Astiaqa demişlər: "Əgər Maday dövləti bu fars oğluna (Persia əyalətinin hakimi Kir nəzərdə tutulur) keçsə biz midiyalılar da qul olacayıq, farslar bizə yadellilər kimi alçaq nəzərlə baxacaqlar."
— Herodot, I, 114
Bu sözlərdən sonra nəyə əsasən farsalar və madayların ətlə - dırnaq kimi olduğunu deyirsiz anlaşılan deyil.--sefer16:59, 5 mart 2011 (UTC)
- Məqalə neytral deyil, mülahizələrə yer verilir, arzu olunanlar reallıq kimi göstərilir. Mən hər dəfə konkret iradlarımı yazıram ancaq nəiniki müzakirə olunmur, hətta şablonlar belə silinir. Məsələn, mən tərəfli şablonu qoymuşdum. İdarəçilər də daxil olmaqla hər kəs bu şablonu silmək üçün əvvəlcə Vikipediyada mənası dəqiqləşdirilməyən sözlərdən istifadə etməyin mümkün olduğunu, Midiyanın Azərbaycan da daxil olmaqla daha geniş ərazilərdə deyil, məhz Azərbaycan ərazisində yarandığını gəstərən etibarlə faktlar göstərməli idi. Başa düşün, yersiz şablon yerləşdirənlərə xəbərdarlıq edilməlidir, əks halda şablonda tələb olunan hallar aydınlaşdırılmamış onları silmək olmaz. Təmizləmə şablonu qoyulub və Məqalənin Qaumata üsyanı, Din , Politeizm, Zərdüştülük, Midiya mədəniyyəti , Etnoqrafik xüsusiyyətlər, İncəsənət , Dekorativ sənətlər, Heykəltəraşlıq, Memarlıq bölmələrində Midiya ilə birbaşa əlaqəsi olmayan və ya önəmsiz və qeyri-ensiklopedik yazılar təmizlənməsi xahiş olunub. Konkret nəyin təmizləməsini də yazım, Vikipediyada faktlar verilməlidir, mülahizələrə isə qətiyyətlə yer yoxdur. Məsələn "İncəsənət" bölməsində fakt göstərən tək bir cümlə göstərin, başdan-baş mülahizələr. Bu nəinki, seçilmiş məqalə, hətta istənilən Vikipediya məqalə üçün yolverilməzdir--Melikov Memmed⇒email 10:24, 7 mart 2011 (UTC)
- Məsələn arzu olunan nə məqalədə reallıq kimi göstərilib? Konkret faktları qeyd edin düzəldim. Tərəfli şablonunu neytrallığın pozulması iddiası ilə qoymuşdunuz yuxarıda müzakirə olundu və o səbəbdən şablonu çıxardım. Deyəsən siz heç yazdıqlarmı oxumursuz axı. Əks halda müzakirə olunmuş məsələləri yenidən gündəmə gətirməz və artıq fikrimi bildirdiyim məsələləri yenidən sual kimi ortaya atmazdız. Mənası dəqiqləşdirilməyən ifadə kimi Tarixi Azərbaycan ərazisi ifadəsini nəzərdə tutursunuzsa həmin ifadə konkret məqaləyə yönəldilib. Kiminçünsə həmin ifadənin anlamı aydın deyilsə, keçib həmin məqaləni oxusun. Midiya dövləti Azərbaycan da daxil olmaqla genişə ərazilərdə yaranmayıb! Qızılüzən çayının hövzəsində formalaşan Midiya dövləti, ilk növbədə Midiyanı özünə tabe edib, daha sonra Urartu, Assuriya işğal edilib, Lidiya ilə Halis döyüşündən sonra Şərq sərhədlərini Halis (Qızılirmaq) çayına qədər genişləndirib. Bundan sonra Cənubda yerləşən Persia vilayəti (farslar) tabe edilib və daha sonra ölkənin sərhəddləri bir qədər də şərqə doğru genişləndirilib. Təmizləmə şablonuna gəlincə Qaumata üsyanı Midiyalı maq tərəfindən maday sülaləsinin hakimiyyətini bərpa etmək üçün farslara qarşı edilmiş üsyan idi. Ona görə də mütləq məqalənin tarixi bölməsində göstərilməlidi. Digər bölmələrə gəlincə artıq neçənci dəfədi eyni şeyi yazıram, siz eyni sualı təkrar edirsiz. Dövlət haqqında məlumat onun tarixi haqqında məlumatla yekunlaşmır, həmin dövlətn dini həyatı, mədəniyyəti və incəsənəti haqqında da məlumat verilməlidi! Konkret olaraq Din bölməsində iki qısa başlıq altında Midiyada erkən dövrdə yayılmış Politeizm və sonrakı dövrdə yayılmış Zərdüştülük haqqında, onların midiya mədəniyyətinə təsiri haqqında qısa məlumat verilib. Midiya mədəniyyəti bölməsində iki başlıq altında Midiyada yazı mədəniyyəti və Midiyalıların etnoqrafik xüsusiyyətləri (geyimləri, adətləri) haqqında məlumat verilib. İncəsənəti bölməsində isə üç başlıq altında Midiyada inkişaf etmiş incəsənət növləri konkret faktlar və nümunələrlə göstərilib. dekorativ sənətlər bölməsində bu gün də dünyanın bir çox muzeylərinin dəyərli eksponatı kimi sərgilənən Midiya maddi - mədəniyyət nümunələri haqqında bəhs edilib. Memarlıq bölməsində Midiyanın məşhur memarlıq abidələri haqqında məlumat verilib. Heykəltəraşlıq bölməsində isə Midiya heykəltəraşlıq nümunələrindən bəhs edilib. Burda artıq olan, məsələylə birbaşa əlaqəsi olmayan və təmizlənməli olan nədir. Konkret danışdığınız yazırsız amma ümumi sözləri təkrar - təkrar qeyd edirsiz. Lütfən konkret hansı faktların məqalədən çıxarılmalı olduğunu düşündüyünüzü qeyd edin. En Vikidəki Roma imperiyası məqaləsinə baxın lütfən. [6] Nəinki mədəniyyət, incəsənət və Din haqqında məlumat verilib, üstəlik, demoqrafiya, iqtisadiyyat və sair haqqında da məlumatlar var. Özüdə Midiya məqaləsindəki məlumatlardan dəfələrlə geniş!--sefer23:55, 7 mart 2011 (UTC)
Bu məqalədə Vikipediya meyarlarına uyğun olmadığı üçün təmizləmə ehtiyacı olan hissələr var Bu yazı məqalədən çıxarılmalıdır. Məqalədə yazılanlar Vikipediya meyarlarını pozmur. Bu tarixi məqalədir. Faktlar varsa mədəniyyət, incəsənət və din haqqında məlumat , üstəlik, demoqrafiya, iqtisadiyyat və sair haqqında məlumatlar verilə birər. Bu məqaləni daha baxımlı edir.--Zergeroglu 20:15, 7 mart 2011 (UTC)
- Midiya haqqında müzakirə onu göstərir ki, neytrallıq, tərəfsizlik, müzakirə nə olan şeydir aydınlaşdırmamız lazımdır. Məsələn “qatıq qaradır”, bildirəndə ki, bu neytral deyil, yazırsınız “filankəsə görə qatıq qaradır” və sizə elə gəlir ki, neytrallıq təmin olundu. Tərəfsiz olmadığı iddia edilən iddialara mənbə verirsiniz və sizə görə məsələ həll olundu, ancaq qarşı tərəfin sizin mənbəni etibarlı hesab edib-etmədiyi sizə maraqlı deyil, istifadəçi nəyə isə şübhə edirsə məhz ona, ya onun bu şübhəsinin əsassız olduğu sübut edilməli, ya da onun yerləşdiyi şablon silinməməlidir. Belə bir hal olubmu? Yazırsınız “Əks halda müzakirə olunmuş məsələləri yenidən gündəmə gətirməz və artıq fikrimi bildirdiyim məsələləri yenidən sual kimi ortaya atmazdız.”, məsələn hansı “müzakirə olunmuş”, bu müzakirədə kimlər iştirak etdi və nə vaxt tam əksəriyyət sinin haqlı olmanız haqqında mənbələr göstərdi. Sizin fikir isə elə sizin fikirdir, mənə maraqlı deyil. İddia edirsiniz ki, güya mən bəzi bölmələrin verilməməsini istəyirəm, hətta En Vikidəki Roma imperiyası məqaləsinə baxın belə bölmələr var yazırsınız. Məncə elə bu məqaləyə siz də baxın, hətta ən mübahisəsiz şeylər də mənblərlə necə gözəl verilib, mübahisə yaradan tək bir mülahizə varmı. Midiya məqaləsində bu bölmalədə isə tək bir fakt yoxdur, ümumi mülahizələr, söz oyunu, məsələn, “Bu zonanın e.ə. IX-VIII əsrlərə aid olan onomastikasında spesifik mazdaistik anlayışlar mövcuddur. Bu cəhət erkən Mada vilayətlərində və ona qərbdən bitişik olan vilayətlərdə mazdaizm və yaxud bir sıra mazdaistik təlimlərinin yayılması haqqında alimlərə fikir söyləməyə imkan verir.” İmkan verir qoy söyləsinlər, bundan AzVikidəki Midiya məqaləsinə nə? Məqalədə siz də nəinki mədəniyyət, incəsənət və Din haqqında məlumat verin, üstəlik, nə qədər imkanınız var geniş verin, ancaq mülahizələrə, Midiya məqaləsi üçün tam önəmsiz araşdırmalara yer verməyin. Bunlar tam fərqli şeylərdir. --Melikov Memmed⇒email 08:04, 9 mart 2011 (UTC)
- Özünüz qeyd edirsiz, mən nəyinsə necə olmasını bildirmirəm. Sadəcə filankəsin apardığı tədqiqatlar nəticəsində filan şeyin məhz filan cür olduğunu iddia etdiyini yazmışam. Burda nə tərəfsizlik nə də neytrallıq pozulmur. Çünki fikir ümumi qəbul edilmiş mövqe kimi verilmir. Bir tərəfin mövqeyi olduğu göstərilir. Hansı ki, bir abzas yuxarıda isə digər tərəflərin də mövqeyi eyni şəkildə göstərilib. Tərəfsizlik və neytrallıq o halda pozulardı ki, yalnız bir tərəfin düşüncəsi verilər, məqalədə hansısa tərəfin mövqeyi müdafiə edilər və qarşı tərəfin fikirləri qeyd edilməzdi. Bu məqalədə isə bu cür hal yoxdur. Məqalədə isə bir dənə də olsun mənim fikrim yoxdu. Bütün iddiaların mənbəsi göstərilib. Məqalədən verdiyiniz sitata gəlincə, cümləni və məqaləni diqqətlə oxusanız, Midiyaya nə dəxli olduğu aydın olar. Yazırsız, "İddia edirsiniz ki, güya mən bəzi bölmələrin verilməməsini istəyirəm", mən iddia etmirəm, təklif etdiyiniz forma budur.[7] Artıq neçənci dəfədir, kənd meydanında və müzakirə səhifələrində aylarla əziyyət və axtarışlar sayəsində ərsəyə gətirdiyimiz məqalələri "söz yığını", "söz oyunu" adlandıraraq bizi təhqir edirsiz. Bu cür hallara yol verməyin lütfən!--sefer 23:41, 9 mart 2011 (UTC)
Belə çıxır ki, məsələn, bir tarix elmləri doktoru bir kitab çap etdirib, orda yazsa ki, "Napoleon azərbaycanlıdır", AzVikidə Napoleon məqaləsində biz də yazmalıyıq ki, "Filankəsə görə Napoleon azərbaycanlıdır". Etibarlı mənbə məsələsi var, Vikipediyada kim nə deyib yazılmamalıdır ki, bura bloq deyil. Yazırsınız "təklif etdiyiniz forma budur", ancaq mən sizə aydın yazmışdım, ola bilsin heç oxumursunuz, bu sadəcə silinməməsi üçün saxladığım yazılarımdır, tam əksinə, sizin təklif əsasında bunu əsas götürərək əlavələr edilməsini təkllif etmişdim. Sonda bir şey bildirmək istəyirəm, artıq 3-cü dəfədir, siz, məsələn, "yazdıqlarımızı "söz oyunu" adlandıraraq bizi təhqir edirsiz" kimi yazılar yazaraq güya siz təhqir etdiyimi yazırsınız, "təhqir" ağır sözdür və mən də heç vaxt kimi isə təhqir etməyi özümə rəva bilmərəm. Mənim öz fikirimi yazmağım da kimin üçün isə təhqir ola bilməz. Şəxsən mən bizim türk əcdadlarımızı "tarixin tör-töküntüləri" ilə çalaq etməyi bir türk kimi özümə təhqir hesab edirəm, ancaq heç vaxt sizə, məsələn, "5 kişidən az əri olanda özünü bədbəxt hesab edən midiyalı qadına "türk" demək türk qadınını təhqir etməkdir" kimi sözlər yazmamışam, Vikipediyada bu cür şəxsi münasibətlərdən uzaq durmaq lazımdır və xahiş edirəm gələcək də bu cür metodlardan istifadə etməyəsiniz--Melikov Memmed⇒email 06:56, 10 mart 2011 (UTC)
- Əgər həmin tarix elmləri doktorunun əsəri etibarlı mənbədirsə, həmin tarixçi tanınmış və nüfuzlu alimdirsə, bəli, mövqelərdən biri kimi verilə bilər. Ən azı tərəfsizlik üçün bu lazımdı. Sizin o yazınızda olan informasiyala bu və ya digər şəkildə müxtəlif başlıqlar altında bu məqalədə əks olunub. Niyə axı təzdən biz burdakı yazıları ora köçürməliyik axı. Şəxsən mənim təzədən məqalə işləməyə nə vaxtım, nə də həvəsim yoxdu. Enerjimi yeni məqalələrin hazırlanmasına sərf etməyi daha üstün sayıram. Mən şəxsən əziyyət çəkərək hazırladığım məqalələrin "söz oyunu", söz yığını" adlandırılmasını özümə təhqir sayıram. Siz isə bu cür ifadələri gen - bol işlədirsiz. "Şəxsən mən bizim türk əcdadlarımızı "tarixin tör-töküntüləri" ilə çalaq etməyi bir türk kimi özümə təhqir hesab edirəm" fikrinizə gəlincə, birincisi mən heç nəyi calaq etmirəm. Mənbələrdə yazılan məlumatlar və tədqiqatçıların fikirləri əsasında məqalə yazmışam. İkincisi madayları "tarixin tör-töküntüləri" adlandırmağın siz tərəfdən böyük hörmətsizlik olduğunu düşünürəm. Midiya dövləti böyük mədəniyyəti və şanlı tarixi olan dövlətdir!--sefer 11:06, 10 mart 2011 (UTC)
- Məncə "böyük mədəniyyət" və "şanlı tarix" əvəzinə özləri haqqında bir abzas məlumat qoyub getsə idilər daha yaxşı olardı. Məlumat üçün, bunlar da mənası dəqiqləşdirilməmiş ifadələrdir, Vikipediya çox müdrikdir, "şanlı tarix" nədir, sizə görə midiyalalar özlərindən sonra şanlı tarix qoyublar, mənə görə isə demək olar ki, heç bir şey. Mən öz türk əcdadlarıma hörmət eləyirəm ki, öz qılıcları ilə tarix yazıb, onlarla imperiya qurub, bir çox şanlı tarixi olan millətləri tabe edib, öz dövlətinə qatıb və 1000 ildən çoxdur ki, bu torpaqların tək sahibidir. Daha niyə yazım ki, buralarda adı keçən bütün xalqlar Azərbaycan türklərinin ulu-babasıdır, əksinə Azərbaycan türkləri hamının babası olub ki, indi bu torpaqda yaşayanların çoxu türkdür. Ən böyük hörmətsizlik bir-necə qeyri-türkün öz ulu babasını "türk" adlandıraraq Azərbaycan türklərinin ulu babası kimi göstərməsidir.--Melikov Memmed⇒email 09:13, 10 mart 2011 (UTC)
- Səhv eləmirəmsə Ziya Göyalp demişdi "türklər tarix yaradıblar, amma yazmağı unudublar" və sizin dediyiniz "öz qılıcları ilə tarix yazıb, onlarla imperiya qurub, bir çox şanlı tarixi olan millətləri tabe edib, öz dövlətinə qatıb" hamısını Midiyaya və madaylara da aid etmək olar. Məlumat üçün Qeybullayev Midiyanı ilk türk imperiyası sayır. "Ən böyük hörmətsizlik bir-necə qeyri-türkün öz ulu babasını "türk" adlandıraraq Azərbaycan türklərinin ulu babası kimi göstərməsidir." ifadənizi mənə yönəltmisinizsə, mən də türkəm, nəsil şəcərəmiz də bəllidir! Əgər bu sözləri mənə qarşı deyirsizsə, xahiş edirəm, kobudluq və hörmətsizlik etməyin. Bir də bizim müzakirəmiz artıq məqalənin çərçivələrini aşaraq ümumi məsələlər ətrafında dövr etməkdədir. Ona görə də burdakı müzakirələri yekunlaşdıraraq Midiyalılar və Madaylar məqaləsinin müzakirələrini davam etdirməyi təklif edirəm. Bu məqalədə artıq müzakirə edilsə bir şey qalmadığını düşünürəm. --sefer 22:31, 10 mart 2011 (UTC)
- "Qeybullayev Midiyanı ilk türk imperiyası sayır" yazırsınız, ancaq birincisi inadla qulaqardı etməyinmizə baxmayaraq bir daha yazıram Qeybullayev "türk" yazanda Vikipediya oxucusunun anladığı türkləri nəzərdə tutmur və birmənalı onun Vikipediyada mənbə kimi istifadəsi yolverilməzdir. İkincisi, əlbəttə sizi nəzərdə tutmuram, ancaq Azərbaycanda türklərlə birlikdə kürdlər, tatlar, talışlar da yaşayır, midiyalılar da sözüz onların bəzilərinin ulu babası ola bilər və ancaq midiyalıları Azərbaycan tarixinə "türk" edərək salmaq lazım deyil, türkün türk tarixi var. Ümumiyyətlə Vikipediyada gərək milli məsələləri bu cür müzakirə etməyək, mən öz tərəfimdən gələcəkdə buna əməl edəcəm --Melikov Memmed⇒email 05:42, 11 mart 2011 (UTC)
Neytrallıq
redaktəMəqalədə yer verilən güya Midiyalıların türk olması və Midiyanın da bir Azərbaycan dövləti olması fikri neytrallığı pozur, tərəflidir.--Melikov Memmed⇒email 07:00, 11 mart 2011 (UTC)
- Məqalədə midiyalıları türk mənşəli sayan və iran mənşəli sayan mütəxəssislərin fikirləri verilib. Ona görə də, iddianız yersizdir. Azərbaycan dövləti məsələsinə gəlincə, fikir mənbələrlə əsaslandırılıb. Azərbaycan ərazisində yaranmış bir dövlət başqa nə dövləti ola bilər ki?!--sefer18:54, 11 mart 2011 (UTC)
- Hörmətli Səfər, artıq bir müddətdir hər ikimiz vaxtımızı bu mübahisələrə sərf edirik və görünən də bu ki, bir razılığa da gələ bilmirik. Digər istifadəçilərin də mövzuya maraq gəstərmədiyi hiss olunur, deməli məsələni öz aramızda həll edə bilsək daha yaxşıdır. Türkçə Vikipediyada yazışmalarda belə bir maraqlı şeyə rast gəlinir, belə mübahisələrdə "İngiliscə və ya Almanca Vikipediyada isə belə yazır" deyib onları arbitr kimi qəbul edirlər. Sizə təklif edirəm, biz də bu yolu tutaq, istədiyiniz vikipediyanı əsas götürək, mən almanca bilmirəm, fransızca isə sadəcə nədən söhbət gedir başa düşəcək qədər zəif bilirəm, yəni ingiliscə və ya çox pis halda fransızca Vikipediya əsasında məqalə yarada bilərəm. Ən tərəfsiz Vikipediyalardan biri deyillər Almanca Vikipediyadır, ola bilsin bu dili bilən kim isə kömək edə bilər. Sonra isə bu məqaləyə əlavə bölmələr artırıb nə istəyirsiniz mənbələr əsasında əlavə edin, mənim isə tək bir xahişim olacaq ki, Midiyaya aid olmayan hissələr yazılmasın, vəssalam.--Melikov Memmed⇒email 06:49, 12 mart 2011 (UTC)
Dostlarımız Məlikov Məmməd və Səfər Azəri və ya Səfər Azəri və Məlikov Məmməd
redaktəSizin "Midiya" və "Maday" məqalələrinizlə bağlı qızğın müzakirələriniz bu günlər bütün vikicəmiyyətin diqqətindədir. Hər ikinizin mövzu ilə bağlı məlumatlılığınız diqqəti cəlb edir. Fikirləşdik ki, müəyyən polemikadan sonra bir ortaq məxrəcə gələ biləcəksiniz. Ancaq təəsüf ki, bu xəmir çox su aparır.
Artıq sizlərin münasibətlərinizdən çox narahatıq. Mübahisələrə cəkdiyiniz enerji ilə Vikipediyamızda onlarala yaxşı, bir neçə seçilmiş məqalə yaratmaq olardı. Sizin hər ikinizi cəmiyyətin dəyərli üzvü hesab etdiyimizə görə aşağıdakıları təklif edirəm:
- İdarəçilərin çağırışını qəbul edib, bu iki məqalə üzərində düzəlişlərə ikiaylıq moratori qoyun.
- idarəçilərin ən yaxın görüşünə gəlib orada müəyyən müzakirə aparaq.
- Hər biriniz məqalənizi Elmlər Akademiyasının Tarix İnstitutuna aparıb, onlardan resenziya alın.
Sizlərin hər ikinizə hörmətlə --Acategory 09:49, 12 mart 2011 (UTC)
- Hörmətli Acategory, mənim üçün əsas AzVikidə heç kəs tərfindən ciddi qəbul oluna biləcək yazıların olmamasıdır və mən elm adamı deyiləm, araşdırma aparmıram və tarixi məqalələr də yazmıram, Vikipediya elmi araşdırma yeri deyil, ancaq etibarlı mənbələrdə midiyalıların türk və Midiyanın da məhz Azərbaycan dövləti olmasını haqqında bir şeyə rast gəlməmişəm, üstəlik qarşı tərəf də məhz Elmlər Akademiyasının Tarix İnstitutunun ən mühümü işlərindən biri olan 7-cildlik Azərbaycan tarixinin kitabının etibarlı mənbə olmadığını göstərir və bu İnstitutunun öz işini burada "alt-üst" edir. Ancaq Sizin təklifə qoşuluram və məqalədə redaktə etməyi durdururam.--Melikov Memmed⇒email 07:06, 14 mart 2011 (UTC)
- Salam. Fikirlərinizə çox hörmətlə yanaşıram. Madaylar və Midiyalılar məqalələri ətrafında müzakirəni ən azından bir müddətlik dayandırmağı qəbul edirəm. Lakin Midiya məqaləsində artıq müzakirə ediləcək bir şey qalmadığını düşünürəm. Lütfən digər aktiv istifadəçilər və idarəçilər məqaləni oxusunlar və həqiqətən də hansısa tərəfliliyin olub olmadığın müəyyənləşdirməyə bizə kömək etsinlər. Açıq danışacam, məqalənin üstündə çox əziyyət çəkmişəm və hansısa istifadəçilərin nəyisə bəyənməməsi üzündən (həmin itifadəçilərin də şəxsi fikirlərinə hörmət edirəm) əziyyətimin boşa getməsini istəmirəm və bu məni ruhdan salır. Ən qısa zamanda məqalə haqqında AMEA dan da resenziya almağa çalışacam. Əslində bu çox yaxşı təklifdir. Amma lütfən sizlər də kömək edin birlikdə Midiya məqaləsi ətrafndakı müzakirəni yekunlşdıraq. Bunun üçün Midiya haqqında hansısa ətraflı bilgiyə malik olmaq lazım deyil sadəcə məqaləni oxuyub hansısa tərəflilik olub olmaması haqqında fikir bildirin, lütfən. Əks halda müzakirənin bu qədər uzanması səbəbiylə mən hansısa yeni mövzu üstündə işə başlaya bilmirəm. --sefer 01:14, 12 mart 2011 (UTC)
- Müzakirəni müəyyən qədər yekunlaşdıraraq hörmətli həmkarımın etiraz etdiyi məsələlərlə bağlı bildirmək istəyirəm ki:
1) Preambulada verilmiş "Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş" cümləsində tarixi Azərbaycan ərazisi ifadəsinin verilməsinə etiraz edilir ki, bu fikir mənbələrlə təsdiq edilmişdir. Həmin ifadənin qeyri dəqiq anlayış olması göstərilir ki, ifadəyə daxili keçid verilmişdir və istəyən kəs keçiddən istifadə edərək həmin ifadənin hansı əraziyə şamil edilməsini dəqiqləşdirə bilər.
2) Əhalisi bölməsində neytrallığın pozulduğunu iddia edilir. Lakin əhalisi bölməsində Midiya əhalisini həm iran dilli, həm də türk dilli sayan tədqiqatçıların fikirləri verilmiş, heç bir tərəfə üstünlük verilməmişdir, deyə düşünürəm.
3) Məqalədə yeni fikirləri daşıması fikri ilə prof. Qiyasəddin Qeybullayevin əsərlərinə istinad edilməməsi istənilir ki, hörmətli professor əsərlərində qeyd etdiyi fikirləri bildirərkən özündən əvvəlki tədqiqatçıların eyni səpkili fikirlərinə (О некоторых языковых элементах тюрскогo происхождения в сочинении албанского историка. 1974, О языках древнейших насельников Азербайджана с на III тыс. до н. э., 1983, Топонимы и этническая история древнего Азербайджана, 1986, К значению древних топонимов в изучении этнической истории Азербайджана, 1987, Об актуальных проблемах этнической истории Азербайджана, 1988 və sair)istinad etdiyindən həmin fikirlər ilk mənbə sayılmadığını düşünürəm. İdarəçilər və aktiv istifadəçilərdənhər bənd üzrə ayrıca fikir bildirmələrini və müzakirəni yekunlaşdırmağa kömək etmələrini xahiş edirəm. --sefer 16:58, 15 mart 2011 (UTC)
Salam eleykim
redaktəSorry I don't know much Azerbaijani, but I have repeatedly heard allegations against az wiki that that Medes are described Turks in this wiki. Can you confirm this? --Sicaspi (talk) 22:28, 12 iyul 2013 (UTC)
- Sicaspi, Igor M. Diakonoff writes that there is no trace of the language of Medes.
- And he only claims with his anti-Turkish European thoughts that they are of Iranian descent.
- But there is a lot of evidence that they are Proto-Turkish people.
- Refer to the book of Mohammad Taghi Zehtabi
- محمدتقی زهتابی
- ایران تورکلرینین اسکی تاریخی: ان قدیم دووردن اسکندره قدر
- — Atro S (müzakirə) 00:32, 27 sentyabr 2020 (UTC)