Muzakire Muemmer Qeddafi - Wikipedia
Bu, Muəmmər Qəddafi məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Adı
redaktəBu Qəddafi dölü? :) --Proger danış 21:44, 21 fevral 2011 (UTC)
- Özüdür ki, var. Bizdə rəsmi səviyyədə "Qəzzafi" yazılır. Amma "Qəddafi" yazılan mənbələr də çoxdur, ona görə yönləndirmə səhifələri də yaradılıb. Wertuose 05:52, 22 fevral 2011 (UTC)
Həmçinin baxın: Liviya İnqilabının Rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Başçısı Zati-aliləri cənab Müəmmər Əl-Qəzzafiyə --Cek Li Taran 06:06, 22 fevral 2011 (UTC)
Maraqlıdır. Mən məsələn bizim KİV-lərdə də Qəddafi görmüşəm. Rəsmi səviyyə dedikdə nə başa düşülür? Dövlət çap orqanları? Ya ümumilikdə hökumətin (və nümayəndəliklərin) bu cür formada müraciət etməsi? --Proger danış 16:17, 22 fevral 2011 (UTC)
Mən də hər yerdə "Qəddafi" kimi yazılışa rast gəlmişəm. İntervikilərin də hamısında "Qəddafi"dir.--Sortilegus 20:55, 22 fevral 2011 (UTC)
Bir baxın. --Proger danış 21:51, 22 fevral 2011 (UTC)
Ərəbcə: معمر القذافي; farsca: معمر قذافی Deməli Qəzzafidir. Müəmmər Əl-Qəzzafi. --Cek Li Taran 06:04, 23 fevral 2011 (UTC)
Həmçinin dinləyin: --Cek Li Taran 06:12, 23 fevral 2011 (UTC)
- "Qəzzafi" sözündəki hərf bizdə birmənalı "z" kimi yazılır (tələffüzü "z"-dan fərqlidir), hətta "ramazan" sözündəki digər "z" daha çox "d" ilə yazılsa da Azərbaycanda bu da birmənalı "z" kimi yazılır. Yəni "Qəzzafi" yazılmalıdır. Məlumat üçün deyim ki, "Azərbaycan" sözü də "Qəzzafi" sözündə olan "z" ilə yazılır.--Melikov Memmed⇒email 06:25, 24 fevral 2011 (UTC)
--Cek Li Taran 06:31, 24 fevral 2011 (UTC)
- Yuxarıda da qeyd edildiyi kimi bu kişinin adı Azərbaycan dilində məhz Müəmmər Qəzzafi kimi tələffüz edilir, jurnalistlərimizin digər dillərdəki mənbələrə istinadən yazdıqları kimi Qəddafi yox. Prezident.az saytında da ona ünvanlanan rəsmi məktublarda məhz Qəzzafi yazılıb. Wertuose 21:14, 27 fevral 2011 (UTC)
Azərbaycanın xəbər portallarından birində bununla bağlı dərc olunmuş yazını nəzərinizə çatdırıram:
- Dünyanın və Azərbaycanın kütləvi informasiya vasitələrində Liviya Ərəb Cəmahiriyyəsinin lideri Müəmmər Qəzzafinin adı müxtəlif şəkillərdə yazılır, tələffüz olunur. KİV-lərin bir qismi "Qəddafi", digər qismi "Qəzzafi" kimi yazır. Eyni vəziyyət dünyanın müxtəlif ölkələrinin medialarında da mövcuddur. Liviya Ərəb Cəmahiriyyəsinin lideri, tam ad və soyadı Müəmmar bin Muhəmməd əbu Menyar Əbdel Salam bin Həmid əl Qəzzafi olan şəxsin qısa ad və soyadı, yəni "Müəmmər Qəzzafi" kəlmələri ərəbcə "معمر القذافي" şəklində yazılır. Liviyanın Sirt şəhərinin yaxınlığında, əl Qəzzafa qəbiləsində doğulmuş Müəmmar Qəzzafinin soyadında "dal" ("د") yox, "zal ("ذ") hərfidir. Elə isə niyə "Qəddafi" yazılır və deyilir? Çünki "Zal" hərfi tələffüz edildikdə səs dişlər arasından çıxır, dilin ucu dişlərin aşağı və yuxarı sıraları arasında olur - eynən kar "ث"-nin (sözün ortasında işlənəndə "dal" hərfinə bənzəyən "sa") tələffüzündə olduğu kimi. Bu səbəbdən də "Qəzzafi" deyilərkən bəzən tələffüzdə "Qəddafi" anlaşılır. --Cek Li Taran 05:38, 28 fevral 2011 (UTC)
- Dünən ANS TV-də "Qaddafi" yazmışdır, ancaq məncə "diçilik ənənəmizə" (məncə orfoqrafiya qaydalarına ərab sözləri üçün uyğun bölmə da salına bilər, çünki "ц", "щ" kimi rus hərflərinin yazlışı var) uyğun olaraq nəinki"ذ", hətta "ض" hərfi də "z" kimi yazlılmalıdır--Melikov Memmed⇒email 07:11, 28 fevral 2011 (UTC)
ANS TV əvvəl öz adını Azərbaycan dilinə uyğunlaşdırsın. Sonra digər problemlərin həllində əsas ola bilər. --Cek Li Taran 09:00, 28 fevral 2011 (UTC)
Azərbaycanda və Azərbaycancada Müəmmər Qəddafi olaraq tanındığı üçün məqalənin adı Müəmmər Qəddafi olmalıdır.--samral müzakirə 17:45, 13 noyabr 2014 (UTC)
:Primitiv isbat:
- Google.az-da nəticələr: