Muzakire Nuh - Wikipedia
Bu, Nuh məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Peyğəmbərlərlə bağlı bəzi məqalələrə interviki artırılmasında problem meydana çıxır - bir intervikilər onların İslamda qəbul olunmuş adlarına keçid verir, digəri başqa dinlərdə. Məsələn, Nuhla bağlı - bu İslam dinində qəbul olunmuş adlarıdır
- bg:Нух (пророк)
- bn:নুহ
- bpy:নুহ
- bs:Nuh
- diq:Hz Nuh
- dv:ނޫހުގެފާނު
- en:Islamic view of Noah
- ms:Nabi Nuh a.s.
- new:नुह
- no:Nuh
- pt:Nuh
- sv:Nuh
- ur:نوح علیہ السلام
Amma məncə, hər halda 1 peyğəmbər haqqında iki məqalə yaratmaqdansa, bir ümumi məqalənin olması yaxşıdır. Yəni indi məqalədə mövcud intervikilərin saxlanılması daha düzgündür. --Sortilegus 20:52, 3 May 2009 (UTC)
Rəvayətlər VikiMənbəyə köçürülməlidir. Bu məqalə Nuh peyğəmbər haqqında olan məqalədir (idi). İntervikilər də buna uyğundur. Belə ad dəyişmələri edəndə ya intervikiləri götürmək lazımdır, ya da məqaləni intervikilərə uyğun vikiləşdirmək. --Sortilegus 22:08, 2 dekabr 2009 (UTC)
- Bu cür məqalədənsə 3-4 cümləlik informasiya daha yaxşıdır. Dediyin kimi, yaxşı olar ki, bunu Vikimənbəyə köçürək. Emindən xahiş edərəm. Köçürüldükdən sonra bu məqaləyə əl gəzdirərəm. Wertuose 19:40, 3 dekabr 2009 (UTC)
Vvikiləşdirmə
redaktəMəqalə yenə də birtərəfli və bir mənbənin məlumatları əsasında hazırlanmışdır. Bundan da əlavə yenə də rəvayət janrındadır. Məqalə ensiklopediya stilində deyil. Bu tip məqalədənsə qısa və informativ 5-10 cümləlik məqalə daha yaxşıdır. Üstəlik məqalənin preambulası yoxdur. Wertuose 08:47, 13 yanvar 2010 (UTC)
Burada islam dininə görə bəzi məlumatlar səhv yazılıb.
redaktəBurada islam dininə görə bəzi məlumatlar səhv yazılıb...
Məsələn bu hissə:
Nuh Cəbrailin sözlərini möminlərə çatdırdı. Onlar hamısı sevincək Allahın fərmanına əməl etməyə başladılar. Ağaclar böyüyüb bəhər verdikdə Nuhun yanına gəlib dedilər: -"Xəbər verdiyin zaman gəlib yetişmişdir." Nuh Allahdan istədi ki, öz vədəsinə əməl edib əzabı nazil etsin. Vəhy gəldi ki, onlara de: -"Xurmalarını yeyib tumunu basdırsınlar. Ağaclar bəhər verəndə xilas olacaqlar." Bu sözdən sonra Nuha iman gətirənlərin üçdən bir hissəsi dindən əl çəkib mürtəd oldular. Amma qalan üçdən iki hissəsi isə xurma yeyib, tumunu əkdilər. Ağac böyüyüyənə qədər ona qulluq etdilər. Bəhər verdikdə Nuhun yanına gəlib Allahın vədəsinə vəfa etməsini istədilər. Yenə də vəhy oldu ki, onlara de: -Xurmasını yeyib tumunu əksinlər. Bu zaman digər üçdən bir hissə də dindən üz döndərdilər. Ancaq üçdən bir hissəsi qaldı. Allah tərəfindən yenə də əmr yetişdi. Tumu əkdilər, böyüdü və bəhər verdi. Nuhun yanına gəlib dedilər: -"Bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb. Əgər bu dəfə də təxirə düşsə biz də qorxuruq ki, dində həlak olanlardan və azmışlardan olaq." Nuh namaz qıldı, dua etdi və duasında belə dedi: -"Pərvərdigara, bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb, qorxuram əgər bu dəfə də təxirə salsan onlar da getsinlər. Bu anda Allahdan vəhy gəldi. "Duanı qəbul etdik, indi isə gəmi düzəltməyə başla."
Burada xurma ağacı hissəsi tamamilə səhv yazılıb. Quranda bu haqda heç bir məlumat yoxdur. Burada açıq-aşkar Allahın sözünü yerinə yetirməməsi göstərilir.