Muzakire Sefevi Osmanli Muharibesi 1723 1727 - Wikipedia
Muzakire Sefevi Osmanli Muharibesi 1723 1727 - Wikipedia - Haqqında Məlumat
Bu, Səfəvi-Osmanlı müharibəsi (1723-1727) məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Salam. Bu müharibə 1732-ci ildə imzalanmış Kirmanşah sülhü ilə bitir. 1727-ci ilə gəldikdə isə, həmin ildə Osmanlı ilə Hotaki (əfqan dövləti) dövlətləri arasında sülh imzalanmışdr. Yəni bu məqalənin adının Səfəvi–Osmanlı müharibəsi (1723-1732) olması daha uyğundur. --Qara xan 22:50, 27 mart 2012 (UTC)
- Məntiq ilə haqlı ola bilərsiniz, digər Vikipediyalarda ümumiyyətlə "Osmanlı-İran", "Türk-fars" adlandığı üçün bu problem yoxdur. Ancaq Azərbaycanca mənbələrdə "Səfəvi-Osmanlı" adlanır, ancaq Sizin iddia da nəzərə alınmadan "1723-1727 illər Səfəvi-Osmanlı müharibəsi" adlanır. Mənbələrə istinad etməyimiz məcburidir, Vikipediyada orijinal tədqiqatların yerləşdirilməsi qəbuledilməzdir!--Melikov Memmed⇒email 10:22, 28 mart 2012 (UTC)
- İngilis və digər vikipediyalar Səfəvilər dövlətini fars dövləti qəbul edirlər və analoji olaraq əfqan dövləti-Hotakini də fars dövlətinin davamı sayırlar. Amma həqiqətdə və Az-vikipediyada Səfəvilər fars dövləti deyil. Bu müharibənin 1727-ci ildə qurtarmasının Səfəvilərə aidiyyatı yoxdur. Bu əfqanlar ilə osmanlı arasında olmuşdur. Əfqan dövlətinə Səfəvilərin davamı kimi baxılmamalıdır. Əgər yenə israr edirsinizsə ki, ingilis yada digər vikilərdə belə yazılır, onda diqqətlə baxın orada həmçinin Qarabağın, Naxçıvanın, İrəvanın qədim erməni torpağı olduğu da yazılır. Hər məlumatı doğru qəbul etmək olmaz.--Qara xan 21:01, 29 mart 2012 (UTC)
- Öncə gərək biz, məsələn, EnVikinin yalan yazması kimi iddiaları aydınlaşdıraq. Bunun üçün Viipediyanın ümumiyyətlə nə olmasını aydınlaşdırmaq lazımdır. Vikipediyada nəyin doğru, nəyin yalan olması əsas deyil, burada yalnız etibarlı hesab olunan mənbələrdə olan məlumatlar verilir. Əgər EnVikidə erməni iddiaları nədə isə bizi üstələyirsə (şəxsən mən bu fikirdə deyiləm), bu EnVikinin günahı deyil, elə bizim öz günahımızdır (və ya elmimizin, mənbə yoxdursa nə yazaq). Ən əsası məncə Siz yuxarda yazdıqlarıma diqqət etməmisiniz, orda yazılıb ki, "yalnız mənbədə olan iddia verilməlidir və istifadəçi heç bir mənbədə olmayan iddianı, nə qədər haqlı olsa belə, Vikipediyaya yazması yolverilməzdir" (Vikipediya:Orijinal tədqiqata yer verməmək). Yəni ASE-də olan Səfəvi–Osmanlı müharibəsi (1723-1727) məqaləsini Qara xanın haqlı etirazı ilə Səfəvi–Osmanlı müharibəsi (1723-1732) kimi adlandırmaq Vikipediya prinsipləri ilə yolverilməzdir. Elə mən şəxsən Sizin etirazı əsaslı hesab edirəm, ancaq mənim fikrimin AzVikiyə zərrə qədər əhəmiyyəti yoxdur, məsələ budur! --Melikov Memmed⇒email 04:37, 30 mart 2012 (UTC)
- İngilis və digər vikipediyalar Səfəvilər dövlətini fars dövləti qəbul edirlər və analoji olaraq əfqan dövləti-Hotakini də fars dövlətinin davamı sayırlar. Amma həqiqətdə və Az-vikipediyada Səfəvilər fars dövləti deyil. Bu müharibənin 1727-ci ildə qurtarmasının Səfəvilərə aidiyyatı yoxdur. Bu əfqanlar ilə osmanlı arasında olmuşdur. Əfqan dövlətinə Səfəvilərin davamı kimi baxılmamalıdır. Əgər yenə israr edirsinizsə ki, ingilis yada digər vikilərdə belə yazılır, onda diqqətlə baxın orada həmçinin Qarabağın, Naxçıvanın, İrəvanın qədim erməni torpağı olduğu da yazılır. Hər məlumatı doğru qəbul etmək olmaz.--Qara xan 21:01, 29 mart 2012 (UTC)
Sil
redaktəSəfəvi-Osmanlı müharibəsi (1723-1727) akademik mənbələr ilə təsdiqlənir, digər dillərdə də məhz "1723-1727" şəklində var. Bəzi müəlliflərin "Səfəvi" adını əsas götürərək "1723-1732" təklifidə məhz bu məqalədə qeyd kimi verilə bilər, çünki Azərbaycan tarixi (7 cildlik) də İran-Türk müharibəsi yazır ki, bu da "Səfəvi" problemini aradan qaldırır. Silinməsi imkansız, mənbələr çox etibarlıdır. --Melikov Memmed⇒email 05:25, 17 aprel 2012 (UTC)