Muzakire Smolenskde Teyyare Qezasi - Wikipedia
Bu, Smolenskdə təyyarə qəzası məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Məqalənin adının sadələşdirilməsini təklif edirəm. Məs. "2010-cu il Smolensk təyyarə qəzası"--TimBitsتِمبِتس 03:27, 12 Aprel 2010 (UTC)
2010-cu il başa çatdıqdan sonra bunu müzakirə etmək olar. 2010-da Smolenskdə bəlkə daha bir neçə qəza da baş verdi? Hər halda heç kəs qəzalardan sığortalanmayıb. Bunu Polşa prezidentinin timsalında müşahidə etdik... -- Cekli829 11:48, 12 aprel 2010 (Cek vaxtı ilə)
- Hər halda hazırki ad forması bir az qeyri-standarddır. Bizdə bu tipli məqalələr necə adlanır əsasən? Bir də ki, bunun üçün ilin sonunu gözləmək lazım deyil, bu il Smolenskdə daha başqa təyyarə qəzası olsa onda əlavə fərqləndirməyə gedilər, məqalə adları dəqiqləşdirməyə ehtiyac yoxdursa mümkün qədər qısa və sadə olmalıdır, bu problem bizdə bir çox məqalənin adında var. Əslində bunun üçün adlandırma prinsipində müzakirə eliyib ümumi praktika da müəyyən eləsək pis olmazdı. --TimBitsتِمبِتس 15:41, 12 Aprel 2010 (UTC)
- Onda məqalənin adının, məsələn, sadəcə "Smolenskdə təyyarə qəzası" olması yetərlidir. Onsuz da qəzanın tarixi haqqında məqalədə məlumat verilir.--Vago 06:15, 13 Aprel 2010 (UTC)
10-15 məqalənin adlandırılmasında bu cür problem var. Xatırladığım qədər "Quş qripi", "Donuz qripi" və s. bu tip məqalələr yaradılanda adlandırma ilə bağlı problem ortaya çıxmışdı. Ceklinin sözünə qüvvət, hələ tələsməyək, həm də digər vikilərdəki adlandırmaları nəzərdən keçirək - onlarda da adlandırma indilik "alabəzəkdir". İntervikiləri də nəzərə alaraq bir optimal variant müəyyənləşdirərik bir müddət sonra.--Sortilegus 17:59, 13 Aprel 2010 (UTC)
Smolenskdə təyyarə qəzası haqqında müzakirə başlat
Müzakirə səhifələri istifadəçilərin Vikipediya məzmununu daha yaxşı hala necə gətirə biləcəkləri haqqında danışdıqları yerdir. Smolenskdə təyyarə qəzası səhifəsini inkişaf etdirmək barədə digər istifadəçilərlə müzakirə aparmaq üçün bu müzakirə səhifəsindən istifadə edə bilərsiz.