Muzakire Vinks Klubu - Wikipedia
Bu, Vinks klubu məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Məqalənin adı tərcümə edilməlidir, çünki film adları Azərbaycan dilinə tərcümə edilərək yazılır. Bunu nəzərə alsaq məqalənin adı "Vinks klubu" olmalıdır. Wertuose 09:33, 26 oktyabr 2011 (UTC)
- Bu barədə ciddi bir qayda lazımdır. Bu məqaləyə də aid olaraq bildirim ki, onun intervikilərinin əksəriyyətində də elə orijinal adı işlədilir. Adlandırmadakı tərcüməyə gələndə də demisiniz ki, film adları Azərbaycan dilinə tərcümə edilərək yazılır, amma bunun nəyə əsaslandığını bildirməmisiniz. Envikidə belə bir qayda var, bu qaydaya əsaslanaraq onlar məsələn Güdəcühür adını elə bu cür də yazırlar, baxmayaraq ki, ingilis dilində ə, ü, ö, ğ hərfləri yoxdur. Üstəlik Azvikidə də belə adlanan məqalə var. Bu səbəblərə görə mən Vinks Klubunun əleyhinəyəm. --N KOzi FORUM 05:13, 27 oktyabr 2011 (UTC)
Təklif edərdim ki,səsvermə keçirək bütün idarəçiləri və istifadəçiləri dəvət edək.Sonra da səsvermə üzrə qayda qəbul edək.Rızayeva Leyla 07:58, 27 oktyabr 2011 (UTC)Rızayeva Leyla.
Daha bir şey də var ki, Winx club adı xüsusi isimdir və məncə dəyişilməməlidir.Rızayeva Leyla 08:03, 27 oktyabr 2011 (UTC)Rızayeva Leyla
- Məsələ ondadır ki, siz hamını eyni arşınla ölçməyi təklif edirsiniz, amma Azərbaycan dilinin qaydalarını yaddan çıxarırsınız. Bizim dilimizin qaydalarına görə əvvəla xarici dildə olan hər hansı bir xüsusi isim transliterasiya olunmalıdır, yəni tələffüzə uyğun yazılmalıdır. Bundan əlavə, hər hansı bir sənət əsərinin, o cümlədən film adlarının tərcümədə yazılmalı olduğunu da hər halda bilirsiniz və bunun sübuta məncə ehtiyacı yoxdur. Bu Azərbaycan dilinin aksiomalarından biridir. O ki, qaldı ingilis dilindən çəkdiyiniz misallara, bu həmin dilin qaydalarının tələbidir. Tələffüzü bilinməyən və ingilis dilində heç vaxt işlənməmiş latın əlifbasında olan sözlər, orijinalda olduğu kimi yazılır. Hər halda en-vikidə ərəb və ya hind dillərindəki sözlərin həmin dillərin hərfləri ilə yazıldığına dair hər hansı məqalə tapa bilməzsiniz. Bu məsələdə səsvermə yox, dilin qaydalarının tətbiqi lazımdır. Wertuose 08:18, 27 oktyabr 2011 (UTC)
- --Babək Akifoğlu 14:01, 28 oktyabr 2011 (UTC)
- Bu sizi qane edər? --N KOzi FORUM 09:20, 27 oktyabr 2011 (UTC)
- Mənim fikrimi təsdiq etdiyiniz üçün təşəkkür edirəm. Gördüyünüz kimi şəxs adı ərəb əlifbası ilə yox, latın əlifbası ilə yazılıb, çünki ərəb əlifbası ilə yazılsa onu heç kim başa düşməyəcək. Mənim yuxarıda yazdıqlarımı diqqətlə oxusanız orada nə demək istədiyimi başa düşərdiniz. Bir daha qeyd edim kimi ingilis dilinin qaydalarını Azərbaycan dili üçün nümunə göstərmək olmaz. Bu şalvarla köynəyi bir-birilə müqayisə etmək kimi bir şeydir. Əgər hər hansı tutarlı arqument yoxdursa, məqalənin adının dəyişilməsiə bir əngəl görmürəm. Wertuose 13:54, 28 oktyabr 2011 (UTC)
- Mənə Vinks Klubu adı altında heç olmasa bir mənbə göstərə bilərsinizmi? Bu məqalənin adının niyə belə olmasını nə ilə izah edə bilərsiniz? --N KOzi FORUM 14:01, 28 oktyabr 2011 (UTC)
- Mənim fikrimi təsdiq etdiyiniz üçün təşəkkür edirəm. Gördüyünüz kimi şəxs adı ərəb əlifbası ilə yox, latın əlifbası ilə yazılıb, çünki ərəb əlifbası ilə yazılsa onu heç kim başa düşməyəcək. Mənim yuxarıda yazdıqlarımı diqqətlə oxusanız orada nə demək istədiyimi başa düşərdiniz. Bir daha qeyd edim kimi ingilis dilinin qaydalarını Azərbaycan dili üçün nümunə göstərmək olmaz. Bu şalvarla köynəyi bir-birilə müqayisə etmək kimi bir şeydir. Əgər hər hansı tutarlı arqument yoxdursa, məqalənin adının dəyişilməsiə bir əngəl görmürəm. Wertuose 13:54, 28 oktyabr 2011 (UTC)
- Bu sizi qane edər? --N KOzi FORUM 09:20, 27 oktyabr 2011 (UTC)
P. S. Bizim dilimizin qaydalarına görə əvvəla xarici dildə olan hər hansı bir xüsusi isim transliterasiya olunmalıdır, yəni tələffüzə uyğun yazılmalıdır. Bu sözə görə gərək Maykrosoft Uindouz kimi yazılaydı. --N KOzi FORUM 14:04, 28 oktyabr 2011 (UTC)
- Tamamilə doğru buyurdunuz. Amma nəzərə alın ki, bu məqalə dünyaca məşhur şirkət haqqında deyil və Azərbaycanda kiçik bir qrup istisna olmaqla, heç kim onu bu adla tanımır. Deməli tərcümə edilməsində heç bir qəbahət yoxdur, əksinə gələcək üçün müsbət bir iş olar, üstəlik də əgər dilin qaydaları bunu tələb edirsə. Etirazı olanlar Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasına müraciət edə bilərlər. Bu cür məsələlərin ən son həll edildiyi yer oradır. Wertuose 12:10, 17 noyabr 2011 (UTC)
Əlavə olaraq da bu məqalənin də adı olduğu kimi qalıb.Az vikidə adı eyni qalan yəni xaici dillərdə olduğu kimi qalan başqa məqalələrdə var.Rızayeva Leyla 19:26, 27 oktyabr 2011 (UTC)Rızayeva Leyla
- Sizin bununla bağlı müraciətinizə əsasən sizin müzakirə səhifənizdə ətraflı yazmışam. Wertuose 13:54, 28 oktyabr 2011 (UTC)
bu yazının adı dəyişməli deyil.əgər bunun adını dəyişsəniz onda bütün adı "W" bu hərflə başlayan yazıların adı dəyişməlidi.--coci 18:18, 4 noyabr 2011 (UTC)