Megrur Tarkvini - Wikipedia
Megrur Tarkvini - Wikipedia - Haqqında Məlumat
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Təkəbbürlü Lusi Tarkvini | |
---|---|
lat. Lucius Tarquinius Superbus | |
| |
e. ə. 534 – e. ə. 509 (ləqəbi: Təkəbbürlü Tarkvini) | |
Monarx | Çar (lat. Rex Romae) |
Əvvəlki | Servi Tulli |
Sonrakı | Çarlığın ləğvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. VI əsr |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 495 |
Fəaliyyəti | monarx |
Anası | bilinmir[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
SƏLƏF Servi Tulli |
Məğrur Tarkvini Roma çarlığı |
XƏLƏF Respublika |
- ↑ Gantz T. N. The Tarquin Dynasty (fr.). // Historia / K. Brodersen Stuttgart: Franz Steiner Verlag, 1975. P. 552. ISSN 0018-2311; 2365-3108
- ↑ Cazanove O. d. La chronologie des Bacchiades et celle des rois étrusques de Rome (çd.). // Mélanges de l'École française de Rome. Antiquité 1988. C. 100, burax. 2. S. 619, 621. ISSN 0223-5102; 1724-2134 doi:10.3406/MEFR.1988.1602