Mebed Adi - Wikipedia
Mebed Adi - Wikipedia - Haqqında Məlumat
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi:
- Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar.
- İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi.
- Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır.
- Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır.
Çin | |||||||||||||
Ənənəvi çincə: | 廟號 | ||||||||||||
Sadələşdirilmiş çincə: | 庙号 | ||||||||||||
| |||||||||||||
Koreya | |||||||||||||
hanqıl: | 묘호 | ||||||||||||
hanja: | 廟號 | ||||||||||||
| |||||||||||||
Vyetnam | |||||||||||||
Vyetnam əlifbası: | Miếu hiệu |
Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.