Mecburi Reqsler - Wikipedia
Məcburi rəqslər dəyişən xarici qüvvənin təsirindən sistemdə yaranan yırğalanmadır. Bu rəqslərin növü həm xarici qüvvənin xarakterindən, həm də sistemin özünün xassələridən asılıdır.
Təsnifatı
redaktəSistemə periodik təsir edən xarici qüvvələrdə məcburi rəqslərin xarakteri vaxtdan asılı olaraq dəyişir (xüsusi halda məcburi rəqslər periodik deyillər), və müəyyən bir vaxt keçdikdə bu məcburi rəqslər dövri olaraq qərarlaşır (buna qərarlaşmış məcburi rəqslər də deyilir). Məcburi rəqslərin qərarlaşması yırğalanan sistemdə rəqslərin sönməsindən asılı olaraq baş verir. Xətti yırğalanan sistemlərdə xarici qüvvənin təsiri zamanı sistemdə eyni zamanda sərbəst rəqslər yaranır. Bu sərbəst rəqslərin amplitudaları məcburi rəqslərin amplitudala-rına bərabər, fazaları isə əks istiqamətli olurlar. Müəyyən bir vaxtdan sonra sərbəst rəqslər tədricən sönür ve sistemə yalnız qərarlaşmış rəqslər təsir edirlər. Sistemə təsir edən xarici qüvvənin amplitudası, məcburi rəqslərin söndürül-məsindən asılıdır. Əgər söndürmə aşağı olarsa, onda rəqslərin amplitudası təsir edən qüvvənin tezliyi ilə sistemin məxsusi tezliyi arasındakı nisbətdən asılı olaraq yaranır. Xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi tezliyinə yaxınlaşdıqca, məcburi rəqslərin amplitudası kəskin olaraq böyüyür və rezonans hali yaranır.
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.