Mecid Agayev - Wikipedia
Məcid Oruc oğlu Ağayev (1835, Tikəband, Lerik rayonu – 1978, Tikəband, Lerik rayonu) — çoban, Azərbaycan uzunömürlüsü.
Məcid Ağayev | |
---|---|
Məcid Oruc oğlu Ağayev | |
Doğum tarixi | 1835 |
Doğum yeri | |
Vəfat tarixi | 1978 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | Kinənaz xanım |
Milliyyəti | Talış |
Fəaliyyəti | çoban |
Həyatı
redaktəSovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub.[1][2].
1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır.[1]
O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb.[3] Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır.
Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur.
1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur.
O, 1978-ci ildə 143 yaşında vəfat edib.
"Kino səyahətləri almanaxı" telejurnalının 127-ci nömrəsinin süjetlərindən biri də Məcid Ağayevə həsr olunub.
Ailəsi
redaktəMəcid Ağayev ilk dəfə 1860-cı illərin əvvəllərində ailə həyatı qurmuşdur. Məcidin birinci həyat yoldaşından səkkiz övladı olmuşdur. Ağayevin birinci arvadı vəba epidemiyası nəticəsində dünyasını dəyişib.[2]
İkinci dəfə Məcid Ağayev 1905-ci ildə 15 yaşlı Kinənəzla ailə həyatı qurmuşdur. Ağayevin ikinci həyat yoldaşından yeddi övladı olmuşdur.[1][2]
Ən böyük oğlu 1868-ci ildə anadan olub. Ağayevin sonuncu övladı Şirinbacı adlı qızı olub, 1941-ci ildə Ağayevin 104 yaşı olanda dünyaya gəlib.
Rejissor və prodüser İntiqam Hacılı Məcid Ağayevin qız nəvəsidir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Странные сближения во времени". 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
- ↑ 1 2 3 "Реальность долголетия". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
- ↑ "Альманах кинопутешествий" № 127, сюжет 2 — "Лерик — родина долгожителей"