Meclisi Feramusan - Wikipedia
Meclisi Feramusan - Wikipedia - Haqqında Məlumat
Məclisi-fəramuşan ("Unudulmuşlar məclisi") və ya Məclisi-xamuşan ("Dinməz, sakit adamlar məclisi") — Azərbaycan ədəbi məclislərindən biri. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. 2022-ci ildə məclis bərpa edilmişdir.[1]
Məclisi-fəramuşan | |
---|---|
Yaranma tarixi | 1872 |
Ləğvolma tarixi | 1910 |
Məclisin fəal iştirakçıları
redaktə- Xurşidbanu Natəvan
- Mir Möhsün Nəvvab (1833–1919)
- Məşədi Abdulla bəy Abış
- Həsənəliağa xan Qaradağski (1847–1929)
- Abdulla bəy Asi (1841–1874-Qasım bəy Zakirin qız nəvəsi)
- Sədi Sani Qarabaği (Həsənəli xan Qaradaği) (1854–1879)
- Fatma xanım Kəminə (1841–1898)
Məclisin digər iştirakçıları
redaktə- İbrahim bəy Azər (1836–1885-Asinin böyük qardaşıdır),
- Mirzə Hüseyn bəy Salar (1876-cı ildə vəfat etmişdir),
- Mirzə Əbülhəsən Şəhid (1816–1884),
- Mirzə Məhəmməd Katib (1833–1888),
- Mirzə İsmayıl Məhzun (1821–1894),
- Məşədi Əyyub Baki (1866–1909)[2]
İstinadlar
redaktə- ↑ ""Məclisi-fəramuşan" poeziya məclisi keçirildi". 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.