Medeni Irsin Qorunmasi Inkisafi Ve Berpasi Uzre Dovlet Xidmeti - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət götərən dövlət xidməti[1];
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2014 |
Tabelik | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi |
Ünvan | Y. Səfərov, 27, Bakı, Azərbaycan AZ 1009 |
Haqqında
redaktəAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Xidməti mədəni irsin qorunması, Azərbaycan ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır[2].
Vəzifələri
redaktə- müvafiq sahəyə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək,
- dövlət qurumlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək,
- öz tabeliyindəki elmi tədqiqat, layihə və istehsalat təşkilatlarının işini səmərəli təşkil etmək,
- tarix və mədəniyyət abidələrindən istifadə və onların təbliği işini, bu sahədə beynəlxalq və yerli tədbirlərin keçirilməsini təşkil etmək,
- tarix və mədəniyyət abidələrində təmir və bərpa işləri aparıldıqda, texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin etmək,
- tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı layihə-smeta sənədlərini hazırlamaq,
- tarix və mədəniyyət abidələrinin mühafizəsinin dövlət monitorinqini həyata keçirmək,
- tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazilərdə qazıntı işlərini təşkil edən hüquqi və fiziki şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat tələb etmək,
- tarix və mədəniyyət abidələrinin bərpasına, mühafizəsinə və istifadəsinə dair layihələrin hazırlanmasında iştirak etmək,
- müvafiq sahədə inşa edilən, bərpa və təmir olunan obyektlərin, digər əsas fondların tikintisinə və təmirinə ayrılan vəsait hesabına görülən işlər üzrə sifarişçi funksiyasını yerinə yetirmək,
- müvafiq sahədə aparılan bərpa, tikinti-quraşdırma, cari və əsaslı təmir işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə, vaxtında istifadəyə verilməsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq texniki nəzarət etmək, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi üçün sənədləri aidiyyəti üzrə təqdim etmək;
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsi". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
- ↑ "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.