Medeni Determinizm - Wikipedia
Mədəni determinizm — Mədəni determinizm (ing. cultural determinism alm. kultureller Determinismus ) insan davranışlarının sosial mədəni izahıdır. Bu təlimə görə mədəniyyət bizim emosional və davranış səviyyəmizə görə kim olduğumuzu , xüsusən də sosial mədəni səbəblərdən kimliyimizi müəyyən edir. Həmçinin cəmiyyətdə iqtisadi, sosial, siyasi strukturu və institutları müəyyən edir. Mədəni determinizm iki əsas faktordan formalaşır: İrqlər və dinlər. İdeologiya, ətraf mühit, hava şəraiti də insanın və onun özünəməxsus mədəniyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir.
Mədəni determinizmə görə uzun zaman müddətində insanların ənənələri, davranışları nəsildən nəsilə ötürülür. Mədəni determinizm tarix boyunca mədəniyyətlərin və sivilizasiyaların çoxsaylı müxtəlifliyinin səbəblərini izah eliyir. Sosial inkişaf nəzəriyyəsində müxtəlif nöqteyi nəzərlər mövcuddur. Bunlar da hesab edir ki, bir element digər elementləri təyin edən faktordur. Bunlardan ən məşhuru Karl Marksın iqtisadi determinizm nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə istehsalatda fərdin və ya sinifin rolu dünyagörüş və mədəniyyəti müəyyənləşdirir.
Mədəni determinizmin konsepsiyasına nəzər salmaq üsulu onu iqtisadi determinizmlə qarşı-qarşıya qoymaq ideyasıdır. İdeyanın son təzahürləri odur ki, fiziki dünya özünün məhdud və həmişə dəyişilən elementləriylə hər məvcud mədəniyyətin yaranmasında cavabdehlik daşıyır. Həmçinin qəbul edilir ki, mədəniyyət iqtisadi-siyasi müxanizmləri təyin edir. Bu ideya bəşəriyyətin yarandığı ilk sivilizasiyalardan tutmuş hazırkı dövrə qədər yaranmış mədəniyyətlərin hamısına aiddir.
Mədəni determinizm siyasi və iqtisadi təsir faktoru kimi
redaktəSosial inkişafın bir sıra nəzəriyyələri var ki, mədəniyyəti digər ünsürlərin müəyyənedici faktoru hesab edir. Onlar iqtisadi determinizm nəzəriyyələrindən, o cümlədən də Marksın nəzəriyyəsindən fərqlənirlər. Kökü mədəni determinizmdən qaynaqlanan siyasi hərəkatlar bir qayda olaraq siyasi və iqtisadi ideologiyalara qarşı durur. Yaxud da onların əhəmiyyətini din, irqlərə nisbətən azaldırlar. Bununla belə mədəni deterministlər Marksın sosial siniflərin vacib təyinedici faktor olması barədə fikirləriylə razilaşmağı məcburi hesab eləmirlər.
Mədəni determinizm ideyası fövqəladə bir şəkildə yayılıb: Çoxsaylı cəmiyyətlər hesab edirdilər ki, onların adətləri, ideya və ənənələri siyasi və iqtisadi mexanizmlərin formasını müəyyənləşdirib. Həmçinin onların unikallığının mənbəyinə çevrilib. Bunları bir sıra milli adətlər, konkret dini ənənələrə əməl edilməsi və dilin vacibliyinin milli kimliklərin təyin olunmasında görmək olar.
Tarixdən nümunələr
redaktəQədim yunanlar hesab edirdilər ki, yalnız onların dilində danışanlar yunanların fikirlərini və siyasi müxanizmlərini başa düşə bilərdilər. Başqalarını onlar “Barbaroi” adlandırırdılar. Bu sözdən də ingilis sözü olan “Varvar” sözü meydana gəlib.
Eyni zamanda isə Nikolo Makiavelli hesab edirdi ki, siyasi ənənələr ümumbəşəri bir qavramdır və hamıya aiddir. O həmçinin bildirirdi ki, mədəniyyətin elementləri, xüsusən də dinlər xeyirli siyasi mexanizmlər irəli sürə bilərlər.
Sosioloq Maks Veber kapitalizm ilə protestanlıq arasındakı qarşılıqlı əlaqədən yazırdı. Qeyd edirdi ki, dinin mədəni aspektləri, o cümlədən protestantlığın əmək qaydaları iqtisadi mexanizmlərin meydana gəlməsində həlledici rol oynayıb. Romantizmin özündə mədəni determinizmin çox elementləri daxil idi. Bu cərəyana daxil olan İohan Folfranq Göte, Avqust Streindberq və Fridrix Şleqel daxil idi. Romantizmin kontekstində bu dayanırdı ki, coğrafi ərazi insanı formalaşdırır. Zaman keçdikcə də adət-ənənələr, mədəniyyətlər məhs coğrafiya ilə bağlı olur. Coğrafi ərazi orada yaşıyan cəmiyyətlə harmoniya təşkil edərək böyük gücə sahib olurlar.
Media nəzəriyyəsinə görə bir çox müəlliflər belə bir fikir irəli sürürlər ki, siyasi müxanizmlər kütləvi informasiyalardan doğur.
Müasir konservatizmdə bir sıra şəxslər, xüsusən də kommentator Patrik Bukenon, iqtisadçı Robert Barro bildirirlər ki, mədəni normalar siyasi danışıqları, anlaşmaları müəyyənləşdirir.
Mədəni determinizm bir paradiqmadır. Çoxsaylı yazıçılar və mütəfəkkirlər tərəfindən istifadə olunan bir paradiqma. Rut Benedikt yazırdı ki, uşaqlar onların həyatını istiqamətləndirən mədəniyyətin bir hissəsinə çevrilir.