Mehebbet Veliyeva - Wikipedia
Məhəbbət Məhərrəm qızı Vəliyeva (4 sentyabr 1968, Bakı) — psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası təhsil nazirinin müavini (2018–2021), İlin ən yaxşı müəllimi (2001), Azərbaycan Respublikasının əməkdar müəllimi (2008)[1].
Məhəbbət Vəliyeva | |
---|---|
27 iyun 2018-ci il – 1 fevral 2021-ci il | |
2018 – 2021 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 sentyabr 1968 (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəMəhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
1991–2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003–2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008–2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
2001-ci ildə "İlin ən yaxşı müəllimi" Respublika müsabiqəsinin qalibi olub.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.[1]
2014–2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015–2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
1 fevral 2021-ci ildə öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.[2]
Psixologiya üzrə fəlsəfə doktorudur.
YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Ailəlidir, 2 övladı var.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3062 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2008-09-25. 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
- ↑ "Məhəbbət Vəliyevanın Təhsil nazirinin müavini vəzifəsindən çıxarılmasının səbəbi məlum olub — YENİLƏNİB". 2021-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-08.