Mehemmedsah Buranqulov - Wikipedia
Məhəmmədşah Buranqulov (tam adı: Buranqulov Məhəmmədşah Əbdürrəhmanoviç; başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов; 15 dekabr 1888, Verxneilyasovo[d], Orenburq vilayəti – 9 mart 1966, Ufa) — başqırd şairi, dramaturq, folklorçu[1]. Başqırdıstanın xalq seseni (1944)[1].
Məhəmmədşah Buranqulov | |
---|---|
başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов | |
Doğum tarixi | |
Doğum yeri | indiki Orenburq vilayəti, Krasnoqvardeysk rayonunun Verxneilyasovo kəndi |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Ufa, Başqırd MSSR, SSRİ |
Təhsili | |
Fəaliyyəti | şair, dramaturq, müğənni |
Əsərlərinin dili | Başqırd dili |
Janr | teatr pyesi |
Təhsili və fəaliyyəti
redaktəBaşqırd Pedaqoji İnstitutunda oxumuş, 1938-ci ildən Ufadakı Dil və Ədəbiyyat ETİ-də işləmişdir[1].
Repressiyaya məruz qalması
redaktə1950–1956-cı illərdə repressiyaya məruz qalmış, həbsdə olmuşdur[1]. 1959-cu ildə bəraət almışdır[1].
Yaradıcılığı
redaktəBaşqırd folklorşünaslığının inkişafında onun xidmətləri böyükdür[1]. Belə ki, o mahnıları, rəvayətləri, “Ural batır” xalq eposunu yazıya almışdır; toy mərasimlərinin və digərlərinin təsvirini vermişdir[1].
Başqırd xalq rəvayətlərinin motivləri əsasında “Aşkadar”, “Başqırd toyu”, “Şəürə” və digər pyeslərin müəllifidir[1].
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 BURANQULOV Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)