Mehemmed Sahtaxtinski - Wikipedia
Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski (10 iyul 1932, Bakı – 23 aprel, Bakı) — fizik, fizika elmləri doktoru (1968), professor (1971), Azərbaycan Milli Elmlər Akademiaysının həqiqi üzvü (1989), Azərbaycan Respublikasının Əməkdar elm xadimi.[1][2][3][4][5][6]
Məhəmməd Şahtaxtinski | |
---|---|
Məhəmməd Həbibulla oğlu Şahtaxtinski | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Həbibulla bəy Şahtaxtinski |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Moskva Energetika İnstitutu |
Mükafatları |
Həyatı
redaktəMəhəmmədəmin Şaxtaxtinski 10 iyul 1932-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, Azərbaycan SSR Milli EA-nın akademiki Həbibulla bəy Şahtaxtinskinin oğludur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra o, Moskva Energetika İnstitutunda Radiotexnika fakültəsində təhsil alıb və 1956-cı ildə ali təhsilini tamamlayıb.[1][2][3][4][5][6]
Əmək fəaliyyəti
redaktəMəhəmmədəmin Şaxtaxtinski əmək fəaliyyətinə 1956-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə başlayıb və ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışıb. O, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi kimi fəaliyyət göstərib. 1968-1987-ci illərdə laboratoriya müdiri, 1987-ci ildən isə institutun Bərk cisimlər elektronikası şöbəsində şöbə müdiri vəzifəsini icra edib.[1][2][3][4][5][6]
Son illər Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsi bürosunun üzvü kimi də fəaliyyət göstərib. Bununla yanaşı, Məhəmmədəmin Şaxtaxtinski Azərbaycan Fizika Cəmiyyətinin prezidenti (1991), Avroasiya Fizika Cəmiyyətinin vitse-prezidenti vəzifələrini icra edib (1991).[1][2][3][4][5][6]
Akademik fəaliyyəti
redaktəMəhəmmədəmin Şaxtaxtınski 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. O, 1981-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib. Alimin fizika sahəsində qazandığı elmi nailiyyətlərinə görə onlarla patent və müəlliflik şəhadətnamələri alıb. Belə ki, o, 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəhbərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilib.[1][2][3][4][5][6]
Məhəmmədəmin Şaxtaxtinskinin tədqiqatları bərk cisimlər fizikasına aiddir. O, bu sahədə yeni elmi istiqamətin əsasını qoyub. Yarımkeçirici və yarımmetalların bərk məhlullarında yük daşıyıcıların enerji spektri və elektron xassələri arasında ümumi qanunauyğunluğu müəyyən edib, onların qalğanomaqnit və termoelektik xassələrində bir sıra anomaliyanın, maqnitoplazma dalğalarının dispersiyasının miqdarı cəhətdən şərhinin mümkünlüyünü, aşkar halların bərk məhlulun tərkibindən asılı olmayaraq dəyişməsini göstərib. Yarımkeçiricilərin termodinamikasının tədqiqində, bir sıra orijinal metodika və qurğuların yaradılmasında yaxından iştirak edib. Şaxtaxtinskinin rəhbərliyi ilə yüksək keyfiyyətli iqtisadi cəhətdən sərfəli poladlar yaradılıb, böyük sürətlə işləyən etibarlı və sərfəli, sağlamlıq üçün zərərsiz çapetmə metodikası işlənib hazırlanıb. O, Fransada kristalların yetişdirilməsi üzrə beynəlxalq konfransda məruzə edib.[1][2][3][4][5][6]
Vəfatı
redaktəMəhəmmədəmin Şaxtaxtinski 23 aprel 2011-ci ildə Bakı şəhərində vəfat edib.[1][2][3][4][5][6]
Mükafatları
redaktəMəhəmmədəmin Şaxtaxtınski "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb və Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.[1][2][3][4][5][6]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Məhəmmədəmin Həbibulla oğlu Şaxtaxtinski" (PDF). science.naa.edu.az. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28.02.2024.
- ↑ 1 2 3 4 5 6 7 8 "Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski". azertag.az. 23.04.2011. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.02.2024.
- ↑ 1 2 3 4 5 6 7 8 "ŞAHTAXTİNSKİ MƏHƏMMƏDƏMİN HƏBİBULLA OĞLU". www.nkpi.az. 2016-08-15. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.02.2024.
- ↑ 1 2 3 4 5 6 7 8 "Şahtaxtinski Məhəmmədəmin Həbibulla oğlu". www.physics.gov.az. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.02.2024.
- ↑ 1 2 3 4 5 6 7 8 "Məhəmməd Şahtaxtinski Həbibulla oğlu". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-31.
- ↑ 1 2 3 4 5 6 7 8 "Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski". 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.