Mehemmed Muradli - Wikipedia
Məhəmməd Muradlı (d. 1 avqust 2003) — azərbaycanlı şahmatçı, qrosmeyster (2022).[3][4]
Məhəmməd Muradlı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı,[1] Azərbaycan |
Titulu | qrosmeyster (2022) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.589 (iyul 2024) |
FİDE nömrəsi | 13409301 |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktə2011-ci ildə 8 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının qalibi olub.
2012-ci ildə Çexiyanın Praqa şəhərində keçirilmiş 10 yaşlılar arasında Avropa çempionatında 5-ci yer tutaraq ELO əmsalını 117 xal artırıb.[5] Eyni ildə İranın Rəşt şəhərində keçirilmiş "Xəzər kuboku"nun D qrupunda yarışıb və 10 yaşlı şahmatçılar arasında 3-cü yeri tutub.[6]
2013-cü ildə 10 yaşlılar arasında Bakı və Azərbaycan çempionu olub.[7] Həmin ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirində 10 yaşı olmasına baxmayaraq 11 yaşlılar arasında 9 mümkün xaldan 8.5 toplayıb və turnirin qalibi olub[8]
2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında Respublika şahmat festivalında 12 yaşlılar arasında birinci yeri tutub.[9] Həmin il Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə Avropa çempionatında yaşı 11-dək olan şahmatçılar arasında qələbə qazanıb.[10] Ardından Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1 və 3-cü yerləri bölüşdürərək əlavə əmsallara görə 3-cü yeri tutub.[11]
2015-ci ilin mart ayında 12 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyində qızıl medal qazanıb.[12] Ardıyca Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uşaqların yarışında 3-cü yerə layiq görülüb[13]. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmiş "Abu Dhabi Masters" turnirinin A qrupunda (böyüklər arasında) iştirak edib və öz ELO reytinq əmsalını 133 xal artırıb.[14] Eyni ilin noyabr ayında Yunanıstanın Halkidiki yarımadasında keçirilmiş 12 yaşadək şahmatçılar arasında dünya çempionatında 11 oyundan 9 xal toplayaraq birinci olub.[15] Bu qələbəsi ilə Məhəmməd öz reytinq əmsalını 121 xal artırmış və FİDE ustası titulunu qazanmışdır.[3][16][17].
2016-cı ildə kişilər arasında Azərbaycan çempionatına qatılmış və Eltac Səfərli, Nicat Abasov, Azər Mirzəyev, Vasif Durarbəyli və digər bu kimi qroysmeysterlərin arasında altıncı yeri tutmuşdur.[18] Bu nəticəsi ilə Məhəmməd reytinq əmsalını 42.4 xal artırmış və Beynəlxalq Usta titulunun ilk normasını toplamışdır.[19]
2017-ci ildə Rusiyanın paytaxtında keçirilən "Moskva Open" turnirinin A qrupunda 9 oyundan 5.5 xal toplayaraq çıxışını uğurla başa vurub. Bu nəticəsi ilə Məhəmməd öz ELO reytinq əmsalını 48.6 xal artırmış və Beynəlxalq Usta titulunun 2-ci normasını toplamışdır.[20] 2017-ci ildəki daha bir yarışda Gürcüstanın Poti şəhərində keçirilən Nana Aleksandria Kubokunun A qrupunda 9 oyundan 5.5 xal toplayaraq reytinq əmsalını 28.8 xal artırmış və Beynəlxalq Usta titulunun son normasını toplayaraq Beynəlxalq Usta adını qazanmışdır.[3][21]
2018-ci ilin yanvar ayında keçirilmiş kişilər arasında Azərbaycan çempionatında üçüncü,[22] mart ayında keçirilmiş 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində ikinci,[23] aprel ayında keçirilmiş 20 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində isə birinci yerə çıxıb.[24]
2019-cu ilin yanvarında kişilər arasında Azərbaycan çempionatının qalibi olub.[25] Həmin ilin fevralında Rusiyanın Moskva şəhərində keçirilən ''Aeroflot Open'' turnirinin B qrupunda 9 oyundan 6.5 xal toplayaraq 3-cü yerə çıxıb və reytinq əmsalını 16 xal artırıb.[26]
2020-ci ilin fevral ayında Moskvada keçirilən ''Aeroflot Open'' turnirinə ikinci dəfə qatılır, 9 oyundan 6.5 toplayaraq 4-cü yerə çıxır və qrosmeyster titulunun ilk normasını toplayır. Bu turnirdəki nəticəsi ilə reytinq əmsalını 2449-a yüksəldir.[27]
2021-ci ilin mayında Kişilər arasında Azərbaycan Çempionatında 11 oyundan 5.5 xal toplayaraq reytinq əmsalını 11.8 xal artırıb.[28] İyul ayında isə Serbiyada keçirilən ''Paracin Open 2021'' turnirində 9 oyundan 7.5 xal toplayaraq turnirin qalibi olmuş və qrosmeyster titulunun 2-ci normasını yerinə yetirmişdir.[29] Ardından Barselonada keçirilən "El Llobregat Open Chess Tournament"də 6.5 xalla 8-ci yeri tutaraq 3-cü qrosmeyster normasını yerinə yetirdi.[30]
2022-ci ildə Naxçıvanda keçirilən Azərbaycan çempionatının qalibi oldu.[31] May ayında FİDE Məhəmmədin qrosmeyster titulunu rəsmi olaraq təsdiq etdi.[4]
2023-cü ilin oktyabrında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatında 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb.[32]
Komanda
redaktəMəhəmməd Muradlı 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.[33]
2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[34]
Şəxsi həyatı
redaktəMəhəmməd Muradlı 2023-cü ilin aprelində blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan NFT əməkdaşlığını açıqladı.[35]
İstinadlar
redaktə- ↑ "Title application // Fide.com" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-29.
- ↑ FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
- ↑ 1 2 3 FIDE Chess Profile Arxivləşdirilib 2020-06-29 at the Wayback Machine // Fide.com Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine
- ↑ 1 2 Məhəmməd Muradlı müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster olub Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine. azertag.az
- ↑ European Youth Chess Championship 2012 - B10 - Czech Republic Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Fide.com Arxivləşdirilib 2017-07-18 at the Wayback Machine
- ↑ "10th Khazar Cup International Open Chess Tournament [Group D] FEB 29-MAR 07,2012 Rasht-Iran". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
- ↑ ""Təhsil" RİM-2013 , Azərbaycan Çempionatı U-10 (2003-04)". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
- ↑ "RESULTS". Open.moscowchess.org. 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
- ↑ Ümümilli lider Heydər Əliyevin 90illik yubileyinə həsr olunmuş YAP şahmat turnir 18 Aprel 2013, Bakı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ "European School Chess Championships 2014 Open under 11 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
- ↑ Vugar Gashimov Memorial September 2014, Azerbaijan Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Fide.com Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine
- ↑ "12 yasadak oglanlar arasinda Baki birinciliyi 2015 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
- ↑ Child tournament "Vugar Gashimov birthday's Memorial", U12, 2015 Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine // Chess-result.com Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ 22nd Abu Dhabi Int. Chess Festival Masters Tournament Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ "World Youth Ch 2015 - Open under 12 // Chess-results.com". 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
- ↑ World Youth Ch 2015 - Open under 12 Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine
- ↑ "World Youth Ch 2015 - Open under 12". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
- ↑ 2016-cı il kişilər arasında Azərbaycan Çempionatı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine
- ↑ 2016-cı il kişilər arasında Azərbaycan Çempionatı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ Moscow-Open 2017 A Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ XII Poti International Chess Festival Open A Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine // Chess-results.com/ Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ "Azerbaijan Chess Championship 2018-Men // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
- ↑ "18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2018 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
- ↑ "Azerbaijan Chess Championship under 20 // Chess-results.com". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
- ↑ "Azerbaijan Chess Championship 2019-Men". Chess-results.com. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
- ↑ "Aeroflot Open 2019 B" (ingilis). Chess-results.com. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "Aeroflot Open 2020 B" (ingilis). Chess-results.com. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "Azerbaijan Chess Championship, Men" (ingilis). Chess-results.com. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "International Tournament "Paracin 2021" - OPEN A July 9th - 16th" (ingilis). Chess-results.com. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ elllobregat Open Chess TnmT- 2nd Edition 2021 Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine Chess-Results.com
- ↑ Azərbaycan Çempionatı -2022 / Çempion - Məhəmməd Muradlı Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine. www.asf.org.az
- ↑ "Məhəmməd Muradlı İtaliyada keçirilən DÇ-da qızıl medal qazandı!".[ölü keçid]
- ↑ "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
- ↑ "Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu". Trend.az. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "SKAUT və GM Məhəmməd Muradlı Tərəfdaşlıq Elan Edir". skaut.uk (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2023.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Mahammad Muradli. Chess-DB.com[ölü keçid] (ing.)
- Mahammad Muradli. Chessgames.com (ing.)
- Mahammad Muradli. 365Chess.com (ing.)