Mehemmed Saleh El Huseyni El Qezvini - Wikipedia
Mehemmed Saleh El Huseyni El Qezvini - Wikipedia - Haqqında Məlumat
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini — (?-?) — Xəttat və həkkak. Təbriz xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərindəki Malik İbrahim qəbiristanlığında bir başdaşı üzərində qeyd olunmuşdur. Hicri 1202 ildə (miladi 1788 il) vəfat etmiş Mirzə Həşim Mirzə Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə ıə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini 7əslən Qəzvin şəhərindəndir. Bu kitabə göstərir ki, 18 yüzillikdə Naxçıvanda digər şəhərlərdən də ustalar işləmiş və yaxud da naxçıvanlılar digər şəhərlərdən də gələn öz mərhumları üçün qəbirüstü abidələr hazırlatmışlar[1].
İstinadlar
redaktə- ↑ "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 298–299.