Mehemmed Siyah Qelem - Wikipedia
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XIV əsrin sonu–XV əsrin əvvəllərinə aid rəsm albomunundakı bir çox şəkillərin müəllifi olduğu ehtimal edilən rəssam.[1] Albomu Topqapı saray muzeyində saxlanılır.[2]
Albomu
redaktəMənşəyi və təsirləri
redaktəSiyah Qələmin köçəri həyatını təsvir edən rəsmləri.[3]
|
Məhəmməd Siyah Qələm rəsmləri XIV əsrin sonu–XV əsrin əvvəllərinə aiddir. Albomdakı şəkillərin çoxu Mehmet və ya Məhəmməd Siyah Qələm adı ilə imzalanıb. Bu rəsmlər dövrün mədəni və dini ritual normalarını təsvir edərək, o dövrün demoqrafiyası və coğrafiyası haqqında məlumat verir.[4] Ümumiyyətlə, rəsmlər İrana aid edilir və Çin sənəti və texnikasının güclü təsiri ilə yanaşı, İslamın yayılmasından əvvəl Orta Asiya regionunda əsas inanclar olan buddizm və şamanizmin simvollarını da daşıyır.[2] Tonuna və mövzusuna görə, albomdakı şəkillər fars rəssamlığının zirvə nöqtəsi sayılır və Müzəffəri, Cəlairi və Türkmən dövrünə aid nümunələr ehtiva edir.[5] Türkmən, Çin, fars, monqol mədəniyyətlərinin xüsusiyyətləri rəsmlərə təsir etmişdir.[6]
Siyah Qələmin bir və ya bir neçə rəssam olması ilə bağlı fikirlər mövcuddur. Bunun bir səbəbi Siyah Qələm imzasının rəsmlərdə fərqli yerlərdə çəkilməsidir.[4] Rəssamın həqiqi kimliyinin Herat ustası Hacı Məhəmməd olduğu irəli sürülmüşdür.[7] Digər fikirlərə görə isə Ağqoyunlu sultanı Yaqubun rəssamları Şeyxi və Hacı Məhəmməd də Məhəmməd Siyah Qələmin albomuna rəsm çəkmişdir, hətta bəlkə də Hacı Məhəmməd və Məhəmməd Siyah Qələm eyni şəxs olmuşdur.[8]
Məhəmməd Siyah Qələmin Dəşt-i Qıpçaqda hər hansı bir yerdə, Monqolustan, Türküstan və ya Şərqi Anadoluda yaşadığı fikirləşilir.[4] Albom Osmanlıların əlinə 1514-cü ildə Yavuz Sultan Səlimin Səfəvilərə qarşı hərbi yürüşü vaxtında keçmişdir.[9]
Rəsmlərin mövzusu
redaktəAlbomda şər varlıqlar, bədheybətlər, düşərgə həyatı, heyvanlar, pəriyə bənzər varlıqlar, Çin və monqol geyimlərində insan fiqurları təsvir edilmişdir. Fiqurlu təsvirlərlə yanaşı, Ağqoyunlu sultanı Yaqubun dövrünə aid türkman saray rəsmlərində də təkrarlanan təbiət detallarına (qayalar və ağaclar kimi) rast gəlinir.[8] Fantastik və sərt rənglənmiş təsvirlər, ola bilsin, Çingiz xanın hökmranlığının dağıdıcılığını və qaranlığını əks etdirir.[9] Albomdakı rəsmlərin əvvəllər müəyyən bir sıraya sahib olduğu və böyük ehtimalla, təqdim ediləndə hekayəsinin də danışıldığı fikirləşilir.[4]
Kompozisiyalar yüksək ifadəlidir və bir sıra fiqurlar vəcdə gələrək ritual və ya rəqs edən şəkildə təsvir edilib.[10] Fantastik bədheybətlər yerli, islamdan əvvəlki Orta Asiya folklorundan qaynaqlanır, Hindistan, Çin və Yaxın Şərq əfsanələrinin qəhrəmanlarına oxşardır. Bunun səbəbi Mərkəzi Asiyanın Yaxın Şərq, Cənubi Asiya və Şərqi Asiya arasında mədəni kəsişmə nöqtəsində yerləşməsidir.[9] İnsan həyatı ilə bağlı rəsmlərin bir çoxu Orta Asiya çöllərində ən başda gələnləri türklər və iranlılar olan müxtəlif etnik qrupların gündəlik həyatını təsvir edir. Burada paltar yumaq, ocağa od üfürmək, ox-yay asmaq təsvir dilir.[11] Bundan əlavə, "Siyah Qələm" albomundakı bir rəsm də mövzusunu Heraklın şiri boğması ilə bağlı Avropa rəsmindən götürmüşdür.[12]
Bir fikrə görə, şər varlıqların taxdıqları aksesuarlar sufizmlə əlaqəni göstərir. Ola bilsin ki, bu əsərlər siyasi qarışıqlıq, qeyri-müəyyənlik və hakimiyyət dəyişikliyi dövründə sufilərin tənqidi məqsədi daşıyır. Sultan Yaqubun hakimiyyət dövrü Ağqoyunluların hakimiyyətinin "solması", sufi-şiə təriqəti Səfəviyyənin güclənməsi dövrü idi. Rəssam sufiləri şər varlıqlar formasında göstərərək sufilərin hakimiyyətdə olacağı gələcəyə qarşı ümidsizliyini göstərir, sufiləri bütün problemlərin mənbəyi olaraq görürdü.[12][13]
-
Rəqs edən adamlar
-
Şam işığında qarşılaşma
-
Karvan
-
Quşlar və heyvanlar gülüstanda
-
Şər varlıqlar yük daşıyır
-
İnsan nəhəngin boynunda
-
Şər varlıqlar əjdahanı ələ keçirir
-
Özünü insanlar arasında gizlədən şər varlıq
İstinadlar
redaktə- ↑ Sahiner, Rifat (2007). "I, Mehmet Siyah Kalem, Master of Humans and Demons". Articles on Siyah Kalem's Miniatures by Ten Authors. 14 (4): 34.
- ↑ 1 2 Bloom; Blair, 2009. səh. 21
- ↑ Azizsoy, 2015. səh. 93, 96, 98
- ↑ 1 2 3 4 Erzen, Jale Nejdet. "Mehmet the Black Pen". The Journal of Asian Arts & Aesthetics (6). 2020. doi:10.6280/JAAA.202005_(6).0008.
- ↑ "Siāh-Qalam 'black pen" the genre of paintings or drawings done in pen and ink; the painters of such drawings". Encyclopædia Iranica. Retrieved 27 September 2015
- ↑ Sahiner, Rifat. "I, Mehmet Siyah Kalem, Master of Humans and Demons". Articles on Siyah Kalem's Miniatures by Ten Authors. 14 (4). 2007: 34.
- ↑ Togan, Zeki Velidi. On the Miniatures in Istanbul Libraries. Baha Matbaasi. 1963.
- ↑ 1 2 Robinson, B.W. Grube, Ernst J.; Sims, Eleanor (redaktorlar ). "Siyah Qalam". Between China and Iran: Paintings from Four Istanbul Albums. 23–26 June 1980: 62–65.
- ↑ 1 2 3 Walther, 2001. səh. 254
- ↑ Robinson, 2012. səh. 37
- ↑ Walther, 2001. səh. 255
- ↑ 1 2 O'Kane, B. "Siyah Qalam: The Jalayrid Connections". Oriental Art. 48 (2). 2003: 2–18.
- ↑ Shams, Elham; Farrokhfar, Farzaneh. "Sufis or Demons: Looking at the Social Context of Siyah Qalam's Paintings". The Medieval History Journal. 23 (1). 2020: 102–143. doi:10.1177/0971945819895412.
Ədəbiyyat
redaktə- Bloom, Jonathan, Blair, Sheila (eds). Grove Encyclopedia of Islamic Art & Architecture. Oxford: Oxford University Press, 2009. ISBN 978-0-1953-0991-1
- Robinson, B. W. Persian Book of Kings: An Epitome of the Shahnama of Firdaws. Routledge, 2012. ISBN 978-0-7007-1618-0
- Walther, Ingo. Codices Illustres. Berlin: Taschen Verlag, 2001. ISBN 978-3-8228-6023-6
- L’Asie des Tartares. Rencontre avec Siyah Qalem, photographies de Roland et Sabrina Michaud, introduction de Thierry Zarcone, Gallimard, 2011
- Mazhar Ipsiroglu, Siyah Qalem, Ed. Akademische Druck, Graz, 1976.
- Ben Mehmed Siyah Kalem, Master of Humans and Demons, Ed. Yapi Kredi, Istanbul, 2004
- Canby, Sheila R. Bearman, P. (redaktor). "Siyāh-Ḳalem". Encyclopaedia of Islam. 2 – Brill Reference Online vasitəsilə.
- Azizsoy, A. (2015). SİYAH KALEM YAPITLARINDAKİ ŞAMANİST VE İSLAMİ ÖĞELER ÜZERİNE NOTLAR. Avrasya Uluslararası Araştırmalar Dergisi, 3(7), 87–100. https://doi.org/10.33692/avrasyad.509210
Əlavə oxu
redaktə- "Muhammet Siyah Kalem'e Atfedilen Minyatütler", Beyhan Karamağaralı, Kültür ve Turizm Bakanlığı Yayınları, Ankara, 1984.
- "Bozkır Rüzgarı Siyah Kalem", Mazhar Şevket İpşiroğlu, Ada Yayınları, 1985.
- "Bozkır Rüzgarı / Siyah Kalem", Mazhar Şevket İpşiroğlu, Yapı Kredi Yayınları, 2008.
- "Turkish Arts Pictures From The Steppes (Siyah Kalem)", Ada Yayınları,
- "Ben Mehmed Siyah Kalem İnsanlar ve Cinlerin Ustası", Mine Haydaroğlu, Yapı Kredi Yayınları, 2004. ISBN 9750808479.
- Gray B. Persian Painting. SKIRA 1961
- Sheila S. Blair, Jonathan M. Bloom. The Art and Architecture of Islam 1250–1800. Yale University Press. 1994
Xarici keçidlər
redaktə- Siyah Qələm və Qun Kay Arxivləşdirilib 2011-08-22 at the Wayback Machine (ing.)
- Məhəmməd Siyah Qələm və onun məktəbinin işləri (ing.)