Mehemmed Tagi Ceferi - Wikipedia
Məhəmmədtəqi Cəfəri — Professor Cəfəri 1304-cü günəş ilində (1926 miladi) Təbriz şəhərinin Dəvəçi məhəlləsində yoxsul bir ailədə doğulmuşdur. Boya-başa çatdıqdan sonra məktəbə getmişdir. O gündüzlər işləyib, gecələr məlumat əldə etmək üçün çalışmışdır.
Məhəmməd Tağı Cəfəri | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Dəvəçi |
Vəfat tarixi | 16 noyabr 1998 |
Vəfat yeri | |
Fəaliyyəti | dilçi, filosof, tərcüməçi, yazıçı |
ostad-jafari.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Təhsil
redaktəProfessor Cəfəri Təbrizin "Talibiyyə" mədrəsəsində (dini təmayüllü məktəb) təhsilin bitirib, Molla Hadi Səbzivarinin "Mənzumə"sindən və Molla Sədranın "Əsfar"ından dərs aldı. Sonra ali təhsil almaq, böyük alimlərin və müctehidlərin dərslərində iştirak etmək üçün Nəcəf-Əşrəf şəhərinə getdi.
O, dərin mütailəyə girişdi. Humanitar və ictimai elmləri, qərb fəlsəfəsini diqqətlə izlədi. Beləliklə də elə bir müstəviyə çatdı ki, çagdaş müctehidlər onun məqamını təsdiq etdilər. Sonra 33 yaşlı bu gənc alim İrana gəldi və Tehranda yaşamağa başladı.
İmam Əliyə (ə) əlaqəsi
redaktəProfessor Cəfəri tədqiqdə, tənqiddə, çıxışda iqtidarlı olub dərin hafizəyə malik idi. Sadə yaşayışı ona xalq arasında hörmət qazandırmışdı. Müsəlmanların ilk imamı həzrət Əliyə (ə) həddən artıq eşq və məhəbbəti var idi və hər sözündə onun "Nəhcül-bəlağə" əsərindən sitat gətirərdi.
Yazdığı əsərlər
redaktəProfessor Cəfərinin çeşidli zəminlərdə yazdığı əsərlər təkcə iranda deyil, hətta Avropada da şöhrət tapıb irfan, fəlsəfə aləmində eşsiz və təkdir. Qərbin adlım alimləri ilə məktublaşması və yaxından onlarla apardığı müsahibələr, fikir mübadilələri onun dünyagörüşünü aydınladır. 100 cilddən artıq çap olunmuş əsərləri onun mə`lumatını , fikrini və diqqətini hər tədqiq əhlinə göstərməkdədir.
Əllamə Cəfəri istəyi və eşqi dünyada hərəkətli, aktiv amillərindən bilirdi. Həqiqətin qarşısında təslim olmağı və sıxıntılar bərabərində davam gətirməyi yaşayış fəlsəfəsi sanırdı.
Kitabları
redaktə- Human Rights from Islamic and Western Viewpoints
- Islam's Political Philosophy
- A Legal and Jurisprudential Study of the Human Genome Project
- Al-amr Bain-ol-amrain
- Fatalism and Free Will
- The Philosophy of Religion
- Jurisprudential Sources
- Al-reza'a
- Worship and Wisdom in Islamic Jurisprudence
- A Compilation of Articles
- The Message of Wisdom
- Pioneer Culture to the Rescue of Mankind
- The Mystery of Life
- A Plan for Cultural Revolution
- The Relationship between Man and the Universe
- Ideals of Life and the Ideal Life
- The Philosophy and Aim of Life
və başqa kitabları [1] Arxivləşdirilib 2008-04-02 at the Wayback Machine
Vəfatı
redaktəProfessor, Filosof, Şərqin irfan səmasında parlaq günəş əllamə Cəfəri 73 yaşında dünyasını dəyişdi və Məşhəddə topağa tapşırıld.
Qaynaq – Mənbə
redaktə- Professor Məhəmməd Təği Cəfəri Saytı Arxivləşdirilib 2008-05-03 at the Wayback Machine
- Beynəlxalq müstəqil, icitimai-siyasi, ədəbi nəşr, Təbriz – Körpü dərgisi