Mehemmed Bin Sani Al Sani - Wikipedia
Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامر Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri[1]. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu[1][2].
Məhəmməd bin Sani Al Samir | |
---|---|
ərəb. محمد بن ثاني | |
1847 – 1876 | |
Əvvəlki | Sani bin Məhəmməd |
Sonrakı | Casim bin Məhəmməd Al Sani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Füveyrit, Qətər |
Vəfat tarixi | |
Vəfat yeri | Doha, Qətər |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Sani bin Məhəmməd |
Həyat yoldaşı | Nura Al Kuvari |
Uşaqları |
Casim bin Məhəmməd Al Sani Əhməd bin Məhəmməd Al Sani Fahad bin Məhəmməd Al Sani Eyd bin Məhəmməd Al Sani Samir bin Məhəmməd Al Sani Jabor bin Məhəmməd Al Sani |
Ailəsi | Al Sani sülaləsi |
Dini | Sünni İslam |
Həyatı
redaktəŞeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub[2]. Onun digər qardaşıları bunlardır:
- Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir
- Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir
- Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir
- Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al Samir
Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi[3]. 1851-ci ildə Səudiyyə Ərəbistanının ikinci əmiri Feysəl bin Türki ilə ittifaqa girərək hakimiyyətini mövqeyini birazda möhkənləndirdi[2].
Onun atası 1860-cı ildə vəfat edir. 1860-cı illərə qədər Şeyx Məhəmməd Fars körfəzi ölkələrinin ən mühüm dövlət məmuru kimi formalaşdı. O, 1876-cı ilə qədər hakimiyyətdə qaldı. Ölümündən sonra yerinə vəliəhdi Şeyx Casim bin Məhəmməd Al Sani keçdi[2].
Ailəsi
redaktəŞeyx Məhəmməd bin Saninin altı oğlan və ikisi oğlan olmaqla 8 övladı vardı.
- Şeyx Casim bin Məhəmməd Al Sani. Şeyx Məhəmmədin vəliəhdi və 1876-cı ildən 1913-cü ilə qədər hakimiyyətdə olmuş Qətər əmiri
- Şeyx Əhməd bin Məhəmməd Al Sani. Doha şeyxi
- Şeyx Fahad bin Məhəmməd Al Sani.
- Şeyx Yabor bin Məhəmməd Al Sani
- Şeyx Samir bin Məhəmməd Al Sani
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Buyers, Christopher. "Royal Ark: The Al Thani Dynasty (page 2)" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine İstifadə tarixi:2015-11-13
- ↑ 1 2 3 4 "Shaikh Mohamed Bin Thani :: Amiri Diwan" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine İstifadə tarixi:2015-11-13
- ↑ "Line of succession: The Al Thani rule in Qatar" Arxivləşdirilib 2013-06-27 at the Wayback Machine İstifadə tarixi:2015-11-13