Mehemmed Ibn Ehmed - Wikipedia
Məhəmməd ibn Əhməd – Şirvanşahlar dövlətinin doqquzuncu hökmdarı, Şirvanşah Əhməd ibn II Məhəmmədin oğlu.
Məhəmməd ibn Əhməd | |
---|---|
Şirvanşahlar Dövlətinin IX hökmdarı | |
iyun, 981 – noyabr, 991 | |
Əvvəlki | Əhməd ibn II Məhəmməd |
Sonrakı | Yəzid ibn Əhməd |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | Əhməd ibn II Məhəmməd |
Ailəsi | Məzyədilər |
Fəaliyyəti
redaktəŞirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Məhəmməd öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi. Şirvanın ən zəngin və qədim şəhər mərkəzlərindən olan Şabran qonşu feodalların diqqətini cəlb edirdi. Onlar aramsız olaraq şəhərə basqınlar edir, onu çapıb talayırdılar. Şəbəran qədim zamanlardan Şirvanın paytaxtı olmuşdu. H.372 (982)-ci ildə babası II Məhəmməd ibn Yəzidin Layzana (V.F.Minorskiyə görə Lahıc) birləşdirdiyi Xursan və Şirvan məliklikləri Məhəmməd ibn Əhmədin mülklərinə daxil idi.[1]
H.378 (988)-ci ildə ət-Tuzi Dərbəndi onun əmiri Əhməd Haşiminin oğlu Məymundan aldı və onu şəhərdən qovdu. Sonra o, şəhəri Şirvanın hakimi Məhəmməd ibn Əhmədə təslim etdi. O, bir neçə ay şəhərdə hökmranhq etdi, lakin Məymunun qulamlarından Balid (Baldu) adlı birisi tərəfindən yaralanan Məhəmməd ibn Əhmədi ona tabe olan feodallar Şirvana apardılar. Balid onun iqamətgahında üstünə atılaraq təbərzinlə boynunun ardından vurub yaralamışdı. Qulam Təbərsəranda gizlənən və bu hadisələrdən sonra Dərbəndə qayıdan ağası Məymunun yanına qaçmışdı. Məhəmməd tezliklə sağaldı. Lakin bu zaman onun Bərdədəki canişini Musa ibn Əli açıqca qiyam qaldıraraq, yalnız öz adından xütbə oxunmasını Şirvanşah Məhəmmədin adının xütbədən çıxarılmasını əmr etdi. Sonra "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.380 (990)-cı ildə Dərbənd əhalisi öz əmirləri Məymuna qarşı üsyan qaldıraraq onu hakimiyyətdən qovdular. Onlar Şirvanşah Məhəmməd ibn Əhmədi Dərbəndə dəvət etdilər. Dərbəndə gələn Məhəmməd qalanı yenidən tikdirdi, daha doğrusu, bərpa etdirib möhkəmləndirdi və orada öz adamlarından ibarət qarnizon yerləşdirdi. Bundan sonra o, öz paytaxtına, Yəzidiyyəyə qayıtmış, on bir il səkkiz ay və iyirmi bir gün səltənət sürdükdən sonra h.381 (991)-ci ilin ramazan ayında (noyabr) ölmüşdür.[2]
Ailəsi
redaktə- Atası Əhməd ibn II Məhəmməd. Şirvanşah.
- Əmisi Heysəm ibn Məhəmməd. Tabasaran əmiri (948-1025).
- Qardaşı II Yezid. Xələfi.
SƏLƏF Əhməd ibn II Məhəmməd |
Məhəmməd ibn Əhməd Məzyədilər |
XƏLƏF Yəzid ibn Əhməd |
Döyüş xronologiyası
redaktəTarix | Müharibə | Müttəfiqlər | Qarşı tərəf | Yer | Vəzifəsi | Nəticə |
---|---|---|---|---|---|---|
981-ci il | Qəbələnin işğalı | — | Əbd ül- Bərr Ənbəsə | Qəbələ | Şirvanşah | qələbə |
982-ci il | Bərdənin tabe edilməsi | Musa ibn Əli | — | Bərdə | Şirvanşah | qələbə |
988-ci il | Dərbəndin tabe edilməsi | ət-Tuzi | Dərbənd əmirliyi | Dərbənd | Şirvanşah | qələbə |
988-ci il | Musa ibn Əlinin qiyamı | — | Musa ibn Əli | Bərdə | Şirvanşah | məğlubiyyət |
990-cı il | Dərbəndin II dəfə tabe edilməsi | Dərbənd əhalisi | Dərbənd əmirliyi | Dərbənd | Şirvanşah | qələbə |