Mehis Ehmedov - Wikipedia
Məhiş Əhmədov (Əhmədov Məhiş Alış oğlu; 28 noyabr 1945) — Şöhrət ordenli azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim.[1]
Məhiş Əhmədov | |
---|---|
Doğum tarixi | 28 noyabr 1945 (79 yaş) |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Mükafatları |
|
Həyatı
redaktəMəhiş Əhmədov 28 noyabr 1945-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur.[2] 1951-1961-ci illərdə orta təhsil alıb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Xalq təsərrüfatının planlaşdırılması ixtisasına daxil olub, 1969-cu ildə məzun olmuşdur.
1974-cü ildə "Elmi-texniki tərəqqi və ictimai istehsalın material tutumu" elmi işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsin almışdır.
2005-ci ildə "Qloballaşma şəraitində milli iqtisadiyyatın formalaşmasının nəzəri problemləri" elmi işini müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
26 sentyabr 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adı verilmişdir.[1]
24 sentyabr 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.[3]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəMəhiş Əhmədov əmək fəaliyyətinə 1963-cü ildə Azərayaqqabı ticarət idarəsində başlamışdır. 1968-ci ildən 1970-ci ilə kimi AMEA-nın Coğrafiya İnstitutunda laborant, mühəndis, kiçik elmi kimi fəaliyyət göstərmişdir. 1970-ci ildən başlayaraq isə 1980-ci ilə kimi həmin institutda baş iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi vəzifələrini icra etmişdir. 1980-1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Siyasi İqtisad” kafedrasında baş müəllim kimi çalışmışdır. 1983-cü ildə həmin kafedranın, 1988-ci ildə Vaznesenski adına Leninqrad L.M.İ İnstitutunun, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Siyasi iqtisad” kafedrasının, 2000-ci ildə isə həmin universitetin “İqtisadi Nəzəriyyə“ kafedrasının dosenti elmi adını almışdır.
1990-1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “İdarəetmə İqtisad” fakultəsinin “Siyasi iqtisad “kafedrasında, 2006-2022-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın tənzimlənməsi” kafedrasında müdir vəzifəsini icra etmişdir.
Hazırda 2022-ci ildən UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İdarə etmə və texnoloji elmlər" kafedrasında professor vəzifəsində çalışır.
Elmi fəaliyyəti
redaktəMəhiş Əhmədov Milli iqtisadiyyatın formalaşması, inkişafı, səmərəliyi, strukturu, rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin nəzəri-əməli problemləri dövlətin iqtisadi siyasəti və iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri və əməli problemlərinin tətqiqinə həsr olunmuş 200-dən çox elmi metodik əsərlərin, o cümlədən 4 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs vəsaitinin, 20-dən çox tədris proqramlarının və ölkə daxilində və xaricində (scopus, web of science) çap edilmiş çox saylı məqalələrin, teyzislərin, eyni zamanda müxtəlif illərdə dövlət orqanlarına Azərbaycanın iqtisadi inkişafının aktual problemlərinə həsr edilmiş 5 təhriri məruzənin, habelə rus dilindən azərbaycan dilinə tərcümə olunmuş 3 dərsliyin həmmüəllifi və elmi redaktoru olmuşdur.
Onun 1976-1979-ci illərdə AMEAM-nın İqtisadiyyat institutunda “Müttəfiq Respublikalarda Milli gəlirin təkrar istehsalı” mövzusunda yerinə yetirdiyi elmi tədqiqat işinin nəticələri 1979-cu ildə SSRİ Elmlər Akademiyasının mühüm tədqiqat nəticələri siyahısına daxil edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına "Əməkdar Müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Prof. Məhiş Alış oğlu Əhmədov". unec.edu.az. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.