Mehluqe Sadiqova - Wikipedia
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978).
Məhluqə Sadıqova | |
---|---|
Məhluqə Ələsgər qızı Sadıqova | |
Digər adı | Məhluqə Sadıxova |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | |
Uşağı | Ceyhun Şərifov |
Atası | Ələsgər Sadıqov |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1936–2003 |
Mükafatları |
|
Həyatı
redaktəMəhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.
Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.
Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib.
Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.
Xatirəsi
redaktə19 iyul 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[1].
17 oktyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın 100 illik yubileyi qeyd olunmuşdur.[2]
Mükafatları
redaktə- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 yanvar 1978[3]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[4]
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ president.az. ""Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 19 iyul 2017-ci il tarixli, 3119 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 19.07.2017. 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.
- ↑ Lider TV. "Görkəmli aktrisa Məhluqə Sadıqova yad olunub" (az.). Youtube.com. 19.10.2017. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
- ↑ Respublikanın teatr xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Sove Rəyasət Heyətinin 10 yanvar 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.