Melikcobanli Palciq Vulkani - Wikipedia
Məlikçobanlı palçıq vulkanı – Azərbaycan Respublikası Şamaxı rayonu ərazisində, Məlikçobanlı kəndi yaxınlığında palçıq vulkanı.[1]
Məlikçobanlı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Haqqında
redaktəXIX əsr qaynaqlarının birində Bakı quberniyasının Şamaxı ərazisinin Qəbiristan sahəsində Məlik çobanı köçü qeydə alınmışdır. Əvvəllər Göyçay qəzasında və Şamaxı qəzasında maldarlıqla məşğul olan Məlik çobanı eli olmuşdur. Keçmişdə hakim mövqeyə malik Xançobanı tayfasına mənsub olan ellərdən birinin Məlik çobanlıların olması göstərilir. Kənd Zoğalava çayının sahilində, dağ ətəyində yerləşir. Məlikçobanlı palçıq vulkanı ilə məşhurdur. Həmin vulkan 1810-cu ildə aşkarlanıb və bu günədək 4 dəfə püskürüb. 1967-ci ildə, 1977-ci ildə, 2019-cu il mayın 28-də, 2024-cü il 8 martda yenidən püskürüb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində "Məlikçobanlı" palçıq vulkanının püskürməsini qeydə alıb. Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki -"Zərnava" və "Qobustan" rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb. Vulkanın indiyə qədər püskürməsi nəticəsində heç bir xəsarət alan olmayıb və ümumiyyətlə, vulkanın heç bir zərəri müşahidə olunmayıb.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. "Azərbaycan Sovet Ensiklopediyası - VI Cild (K,G,L,M)". ek.anl.az. 31 yanvar 2021-c1 il tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Report.az". 9 March 2024 tarixində arxivləşdirilib.