Meme Zelzelesi - Wikipedia
Məmə zəlzələsi (ing. Boobquake) — İranda dəhşətli zəlzələ meydana gəldikdən sonra 2010-cu ildə iranlı din alimi höccətülislam Kazım Siddiki zəlzələlərə qadınların dekolteli geyinməsi səbəb olduğunu bildirmişdi[1]. Bunun ardınca 26 aprel 2010-cu ildə 200.000 qadın dekolteli geyinərək zəlzələ yaratmağa çalışdı, ancaq buna müvəffəqiyyətli ola bilmədilər. Nəticədə tarixə bu hadisə "boobquake" – yəni "məmə zəlzələsi" kimi düşdü[1].
Səbəbləri
redaktə2010-cu ilin aprel ayında Tehranda cümə namazı zamanı höccətülislam Kazım Siddiki dindarlara deyirdi[1]:
"Ədəblə geyinməyən qadınların çoxu cavan oğlanları yoldan çıxarır, onları pis yola çəkir, cəmiyyətdə xəyanət yayırlar. Bu da nəticədə zəlzələlərin artmasına gətirib çıxarır".[1]
Bundan sonra ABŞ-dən olan 22 yaşlı tələbə Cennifer Makkreyt (ing. Jen McCreight) internetdə sosial şəbəkələrdə təklif etdi ki, aprelin 26-sı "Məmə zəlzələsi günü" qeyd olunsun[1]. Dünyanın müxtəlif ölkələrindən minlərlə qadın aprelin 26-da döşlərinin yarıaçıq şəklini yayaraq "Görək, zəlzələ olacaqmı" deyə zarafat edirlər[1].
Cennifer Makkreyt o zamandan bəri statistika da aparıb[1]. Bu məmələr dünyada zəlzələlərin sayına elə də ciddi təsir etməyib. Əksinə, aprelin 26-dan bu yana dünyada yeraltı təkanların sayı bir az da azalıb[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Bu il kimlər dilinin bəlasına düşdülər? - FOTO Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine. milli.az, 28.12.2010 (az.)