Memmed Ehmedzade - Wikipedia
Məmməd Bahəddin oğlu Əhmədzadə (4 oktyabr 1976, Bakı) — Azərbaycanlı diplomat. Azərbaycanın Argentinada (2010–2015), Paraqvayda, Boliviyada, Uruqvayda və Çilidə (2011–2015) olan sabiq fövqəladə və səlahiyyətli səfiri.
Məmməd Əhmədzadə | |
---|---|
Məmməd Bahəddin oğlu Əhmədzadə | |
02.05.2016 – 18 oktyabr 2022[1] | |
02.05.2016 – 18 oktyabr 2022[1] | |
12.01.2016 – 18 oktyabr 2022[1] | |
Əvvəlki | Vaqif Sadıqov |
Sonrakı | Rəşad Aslanov |
20.04.2011 – 25.11.2015 | |
20.04.2011 – 25.11.2015 | |
20.04.2011 – 25.11.2015 | |
15.03.2011 – 25.11.2015 | |
25.05.2010 – 25.11.2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1976 (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın İtaliyada, Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri (2016–2022).
Həyatı
redaktəMəmməd Əhmədzadə 1976-cı il 4 oktyabrda Bakı şəhərində anadan olub.
Fəaliyyəti
redaktəMəmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2010-cu il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 15 mart 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Bir müddət sonra isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada, Uruqvayda və Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
2016-cı il noyabrın 25-də isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 5 dövlətdən geri çağırıldı.
Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın İtaliyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 may 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi (2016–2022)[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "M.B.Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.