Memmedhesen Adigozelov - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məmmədhəsən Adıgözəl oğlu Adıgözəlov (23 iyun 1861, Xırdalan, Bakı qəzası – 23 iyul 1960, Bakı) – yüksəkixtisaslı ilk neft buruq ustularından biri, 1906-cı ildən "Hümmət" Sosial-Demokratik partiyasının üzvü, Neft Həmkarlar İttifaqının yaradıcılardan biri, 1907–1911-ci ilə qədər Neft Həmkarları İttifaqının xəzinədarı, 1918-ci ildə Xırdalan Sovetinin Xalq Deputların sədri, 1920–21-ci illərdə Xırdalan İnqilabı Sovetin sədri, Binəqədi İcraiyyə Komitəsi sədrinin müavini, 1921-ci ilin sonundan sədri işləmişdir. Cənubi Qafqaz kommunist təşkilatlarının 3-cü və AKP-nin bir sıra qurultayına nümayəndə seçilmişdir. 1934-cü ildə Azərbaycan SSR MİK Rəyasət heyətinin qərarı ilə ona "Əmək Qəhrəmanı" adı verilmişdir. "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir (1956).
Məmmədhəsən Adıgözəlov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Xırdalan kəndi, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (99 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | neft mühəndisi[d] |
Mükafatları |
Həyatı
redaktəBir məlumata görə o 23 iyun 1861-ci ildə Bakı qəzasın Xırdalan kəndində anadan olub, digər məlumata görə isə onun doğum tarixi 1860-cı il hesab olunur.
1872-ci ildə neft quyularının satın alınmasını ləğv edən çar hökuməti, torpaqların xərracda sərbəst alınması və satılması ilə əvəz etdi. Baş vermiş dəyişiklik Abşeron yarımadasında neft sektorunun inkişafına və bazar münasibətlərinin əmələ gəlməsinə səbəb oldu. Ağır keçən kənd təsərrüfatı həyatını 15 yaşından yüksək gəlirli və prespektivli olan neft sənayəsinə dəyişən Məmmədhəsən Adıgözəlov bütün ömrünü neft sənayesinə və neft sənayesində çalışan işçilərin mənafelərinin müdafiəsinə həsr etdi. Yeniyetmə yaşlarında ikən fiziki göstəricilərinə, boyuna, bacarığına və işə olan həvəsi ilə seçilirdi. O dövrdə peşəkar buruq ustası olmaq üçün ən azı 25 il təcrübə tələb olunurdu. Bu 25 il ərzində mükəmməl təcrübə toplayıb peşəkar səviyyəsinə çatmaq üçün neft sənəyəsinin müxtəlif istiqamətlərində çalışmaq lazım idi. O zaman belə inkişaf yolu keçmiş mütəxəssisləri(buruq ustaları) barmaq ilə saymaq olardı. Bu cür mütəxəssisləri qızıla bərabər tuturdular. Neft mədənlərinin sahibləri hərəsi Adigözəlovu öz mədənlərinə çəkmək üçün müxtəlif sərvətlər təklif edirdilər. Özünə məxsus üsul vasitəsilə qazılan buruqa düşüb qalan aləti çıxarmaq bacarığına malik olan M. A. Adigözəlov qazma işlərinin dayanmasından xilas edirdi, belə mütəxəssisləri tutucu usta adlandırırdılar. Neft ilə zəngin olan torpaqda yüksəktəzyiqli neft qatlarını təyin etməyi bacaran ustaları hörmətlə "fontanmeyster" adlandırırdılar. Belə ki, bir uğurlu qazılmış neft fontanı vuran neft quyusu bir saat ərzində həmin quyunun sahibini milyonçu edirdi. Öz milyonlarını neft üzərində quran milli burjuaziya nümayəndələri bunları çox yaxşı bilirdilər. Onlar Musa Nağıyev,Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Aşurbəyov Qardaşları, Şəmsi Əsədullayev, Zəfər və Qurban Babayev qardaşları, Qasım bəy Səlimbəyov və digərləri idi. Bir maraqlı faktı xatırlamaq istərdik ki, ən dövlətli milyonçulardan biri sayılan Ağa Musa Nağıyev dəfələrlə Adigözəlovu öz tərəfinə çəkməyə çalışırdı. Və bir gün öz faytonu ilə Nikolayvsk küçəsindən keçərkən, yol ilə gedən usta Məmmədhəsini görərək faytonu saxlamağa əmr edir. Ustanı öz faytonuna dəvət edərək onunla söhbət edir. Söhbət zamanı Ağa Musa Nağıyev deyir: "Usta Məmmədhəsən, gəl mənim mədənimdə işlə, bunun əvəzində sənə İçəri Şəhərdə hər kərpiçi qızıldan olan iki mərtəbəli imarət tikdirəcəm, amma mənim sənə bir xahişim var, gəl o dələduzlardan əl çək." Neft sənayeləri iflasa uğramış kəndlilərə çörək qazanmağa imkan verirdi. Bakı mədənlərinə bütün Çar İmpereyasından o cümlədən qonşu dövlətlərdən çoxsaylı işçi qüvvəsinin axını var idi. Mədənlərdə sadə təhlükəsizlik normalarının olmaması, 12–14 saat iş günü, bayram və istirahət günlərinin olmaması və şiddətli xəzri küləyi altında işləyən işçilərin bir çoxunun xəstələnməsinə, ömürlük şikəst qalmasına hətta ölümlə nəticələnməsinə səbəb olurdu. Buna görə hər bir mədən qəbiristanlığı mövcud idi. Həmin qəbirsitanlıqlarda qəbirlərin sayı yağışdan sonra göbələk kimi artırdı.
Mədənlərdə normal iş şəraitinin yaradılmasına atılan ilk cəhdlər mədən sahibləri və çar hökuməti tərəfindən müqavimətlə qarşılandı. Neft mədənlərində ədaləti bərpa etməyi çalışan hər bir kəsi polis idarələri izləyərək məsuliyyətə cəlb edirdi. 1904-cü ildə mədən sahibləri və fəhlələr bağlanmış ilk kollektiv saziş məcazi olaraq dünyada ilk "mazut konstitusiyası" adlandırıldı. Danışıqlarda və sazişin imzalanmasında Məmmədhəsən Adigözəlov fəal iştirak etmişdir. Bu fəhlələrin ilk hüquqi rəsmiləşdirilmiş qələbəsi idi. 1904-cü ildə Bibiheybət mədənlərində Məmmədhəsənin və Stalinin ilk görüşü tarixi əhəmiyyət daşıyır. Xanlar Səfərəliyev Bakıda Stalini müşahidə edən bir zaman usta Məmmədhəsənə dedi: "Bu gecə mən sizi mərkəzdən bir yoldaş ilə tanış edəcəm". Görüş alındı. Orta boylu, möhkəm bədənli, bığlı, üzü çopurlu bir insan əl uzadıb özünü təqdim etdi. Koba. O Məmməhəsənin inqilabı hərəkatı və ailə vəziyyəti ilə tanış olub, İvan Vatsiki və Xanlar Səfərəliyevi yanına dəvət edərək Məmmədhəsən Adigözəlovu partiyaya qəbul etmələrinə göstəriş verdi. Növbəti mərhələ 1906-cı ildə Balaxanıda Neft Sənayesinin Həmkarlar İttifaqının yaradılması və Məmmədhəsən Adigözəlovun idarə heyətinin üzvü seçilməsi, 1907-ci il yanvarda isə daimi xəzinədarı seçilməsi oldu. Qeyd etmək lazımdır ki, bu ən iri Həmkərlar İttifaqı idi. İttifaq neftçıxarma, neftemalı və nəqliyyat strukturunu özündə cəmləşdirirdi. O vaxt Bibiheybət bölməsinin katibi Klim Varaşılov idi. O hər ay üzvlük haqqları qəbzləri Məmmədhəsən Adigözəlova verirdi. Məmmədhəsən Adigözəlov öz növbəsində qəbzləri Məmmədhəsən Fərəməzov adı altında qəbul edirdi, üzvlük haqqlarını isə bankda öz əsl soyadı altında saxlayırdı. Bu da ilk əvvəl çar posilinin diqqətini cəlb etmirdi. 1906-cı ildə Məmmədhəsən Adigözəlov Hümmət sosial demokratik partiyasına qəbul olur və müsəlman əhalisini partiyaya cəlb eləməsində, çar hökumətinin öz başnalığına son qoyulmasına və sosial ədalətin bərqərar olmasında fəal rol oynayır. Öz inqilabı fəaliyyətində o N. Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, İ.Stalin, A.Caparidze, K.E.Baraşılov, Səttarxan, M.B.Qasımov, X.Səfərəliyev, İ.Vatsek, S.M.Əfəndiyev, M.Əzizbəyov, A.Süleymanov (Tureçkiy), A.Tağızadə, S.Yaqubov, İ.Fioletov, B.Sərdarov, M.Məmmədyarov və başqaları kimi şəxsiyyətlərlə əməkdaşlıq edirdi. 1909-cu ildən başlayan axtarış nəticəsində Hümmət SDT-nın rəhbərləri nəzarət altına düşürlər. Qafqaz Müdafiə Xüsusi Tapşırıq məmur Rotmisterin imzası ilə qeyd olunur: "Təşkilat böyük deyil, 100 nəfərə qədər işçi çalışır, öz işlərini Bakı fəhlələri arasında aparırlar, mütəmadi olaraq müsəlman dilində vərəqələr buraxırlar. Persiya İnqilabı dövründə Hümmət komitəsi silahları və könülliləri Qafqazdan Persiyaya göndərirdilər. Hal-hazırda tamamilə müsəlman Bakı fəhlələri arasında təbliğat və təşviğat işləri aparır." Hümmət komitənin rəhbərləri – 6 nəfər sadalanır.
Nəşr olunmuş və yayılmış "Qudok" qəzeti və 1906-cı ildən "Bakinskiy Raboçiy" Neft Fəhlələrin İttifaq xəzinadarı Məmməhəsən Adıgözəlovun hər tərəfli yardımı ilə həyata keçirdi.
1918-ci ildə Məmmədhəsən Adıgözəlov Xırdalan Sovetinin Xalq Deputatların sədri, 1920–21-ci illərdə Xırdalan İnqilabı Sovetin sədri olmuşdur.
1920-ci ildə Binəqədi İcra Komitəsinin sədri olmuşdur. Bu illərdə Azərbaycanın səxsiyyəti N.Nərimanov ilə dostluqları daha da möhkəmlənmişdir.
Sovet Hökuməti tərəfindən N.Nərimanov Moskvada fiziki məhv edildikdən sonra Azərbaycanda birinci katib M.C.Bağırovun mövqeyi ilə N.Nərimovun adına xalq düşməni və millətçi damğası vurulur.
Ona baxmayaraq ki, 1928-ci ildə ilk azərbaycanlı Mərkəzi İcrayə Komitəsinin qərarı ilə Məmmədhəsən Adıgözəlovu "Əmək Qəhrəmanı" fəxri adı verilir. Mir Cəfər Bağırov Məmmədhəsən Adigözəlovu Nərimançı, xalq düşməni və milliyətçi olmasında günahlandıraraq, onu güllələnmə ilə hədələyiridi. M. C. Bağırov Moksvada olarkən həmin siyahını Stalinə çatdırır və bütün adları Stalin ilə müzakirə edir. Məmmədhəsən Adigözəlov adını eşidən Stalin fikirə gedir tənbəkəni yandıraraq özünün Bakıda inqilabı hərəkətini və usta Məmmədhəsən ilə Ramanıda, Sabunçuda, Bibiheybetdə olan görüşlərini və öz əmri ilə onu partiyaya qəbul olunmağını xatırlayır. Stalin Mir Cəfərə baxaraq deyir: "Qocaya dəymə!".
Məmmədhəsən Stalin və Bağırovdan çox yaşayaraq 100-il ömr sürüb. 1960-cı ildə vəfat edib və öz vəsiyyəti ilə Xırdalan kənd qəbrisitanlığında torpağa tapşırılıb.
Məmmədhəsənin iki övladı var idi, böyük oğlu Əbdülrəhman 1911-ci il təvəllüdlü və qızı Mina xanım 1918-ci ildən idi. Hal-hazırda Xırdalan şəhərində Məmmədhəsən Adıgözəlovun tikdirdiyi və onun adını daşıyan Xırdalan şəhəri 4 nömrəli orta məktəb və onun adına küçə var.