Memmedsadiq Efendiyev - Wikipedia
Məmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev (5 iyun 1902, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – may 1942, Kerç, Krım MSSR) — Mədəniyyət xadimi, teatrşünas, pedaqoq
Məmmədsadıq Əfəndiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1902 |
Doğum yeri |
|
Vəfat tarixi | may 1942 (39 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | pedaqoq |
Həyatı
redaktəMəmmədsadıq Əfəndiyev 1902‑ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. İlk təhsilini Nuxada (indiki Şəki) alan Məmmədsadıq Əfəndiyev 12 yaşında anasını, 5 il sonra isə atasını itirib.
1913‑cü ildə Nuxa klassik kişi qimnaziyasına daxil olub. Maddi çətinliklər ucbatından 1919‑cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə çalışıb və Nuxa Bolşevik Təşkilatına üzv yazılıb. Ordu sıralarında olarkən Bakıda hərbi məktəbdə oxuyub. Sovet hərbi məktəbinin ilk məzunlarından olan Məmmədsadıq Əfəndiyev 1920‑ci ildən hərbi sahədə çalışmağa başlayıb. 1920‑ci ilin ortalarından 1925‑ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Xüsusi xidmət orqanlarının təcrübəli işçisi kimi Azərbaycanda və İranda mühüm tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və nümunəvi fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib, qızıl silahla təltif edilib.[1]
1902-ci ildə Aşqabadda anadan olan Bakı İşçi və Türk İşçi Kəndli teatrlarının yaradıcısı olub. 1929-cu ilədək Türk İşçi Kəndli Teatrında direktor vəzifəsində çalışan M. Əfəndiyev 30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Dövlət Kinematoqrafiya İnstitutunda, Bakı Teatr Texnikumunda teart tarixi və fəlsəfədən dərs deyib.
Mətbuatda Nuri Nuriyev imzası ilə ədəbiyyata, mədəniyyətə, teatrşünaslığa aid məqalələrlə çıxış edib. 1937-ci ildə Azərbaycanın maarif komissarı, 1941-ci ldə Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifələrində çalışıb.
II Dünya müharibəsinin iştirakçısı olan M. Əfəndiyev 1942-ci ildə Krım döyüşlərində vəfat edib.
İstinadlar
redaktə- ↑ Misir Mərdənaov. Azərbaycanın Təhsil Nazirləri. Arxivləşdirilib 2020-06-14 at the Wayback Machine "Bakınəşr", 2010.