Memmedtagi Bagirov - Wikipedia
Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938).
Məmmədtağı Bağırov | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Digər adı | Məmməd Tağı Bağırov | ||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | (70 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | müğənni | ||
Fəaliyyət illəri | 1909-cu ildən | ||
Səs tembri | bariton | ||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır.[1] Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir.[2]
Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib.[3] Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib.[1]
Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib.[3] Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.[4]
Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin "Şahsənəm" operasında Şahvələdin partiyasını ifa etmiş, sonra Müslüm Maqomayevin "Nərgiz" operasında Ağalarbəyin obrazını yaratmış, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan rolunda çıxış etmişdir.[5]
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış etmiş, ongünlükdən sonra o, Rossininin "Sevilya bərbəri" operasında Don Bazilionun, "Arşın mal alan" operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa etmişdir.[5]
Əsas partiyaları: Həsən xan ("Koroğlu", Üzeryir Hacıbəyov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl", "Nərgiz", Müslüm Maqomayev), Şahvələd ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Əbdüləli bəy ("Sevil" Fikrət Əmirov), Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini).
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 dekabr 1938
- "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938; 9 iyun 1959
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İstinadlar
redaktə- ↑ 1 2 Rəhimli, 2005. səh. 284
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы, 1976, сәһ. 532
- ↑ 1 2 Rəhimli, 2017. səh. 294–295
- ↑ Rəhimli, 2005. səh. 270
- ↑ 1 2 Коммунист. № 92, 1961, сәһ. 4
Ədəbiyyat
redaktə- Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. 1214 стб. 43 000 экз.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. 647 с.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.
- Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. 864 səh.
- Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. 304 сәһ.
- "М. Т. Бағыров". № 92 (11651). Коммунист. 18 апрел 1961-ҹи ил.