Menbesunasliq - Wikipedia
Menbesunasliq - Wikipedia - Haqqında Məlumat
Mənbəşünaslıq — tarixi-mədəni mənbələrin öyrənilməsi haqqında köməkçi tarix elmi.
Haqqında
redaktəXüsusi elmi intizam kimi, Mənbəşünaslıq XIX əsrdə formalaşıb. Bu həm də, tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarını işləyib hazırlayan köməkçi fənn, habelə həmin mənbələrin özüdür; məxəzşünaslıqdır.[1]
Mənbələr müxtəlif cür təsnifləndirilir. Azərbaycan tarixinə dair mənbələr əsasən bu cür təsnif edilmişdir: şifahi, maddi, dilçilik, etnoqrafiq, yazılı, kino foto fono sənədlər.[2]
Sıra | Tarixi mənbələrin qrupları | Tərkibi |
---|---|---|
1 | Şifahi | Əfsanələr, nağıllar, bayatılar, atalar sözləri, zərb-məsəllər və s. |
2 | Maddi | Əmək alətləri, sənətkarlıq məmulatları, incəsənət əsərləri, memarlıq qurğuları, ev qalıqları və s. |
3 | Dilçilik | Dilə dair məlumatlar |
4 | Etnoqrafiq | Müxtəlif xalqların məişət ənənələri və s. |
5 | Yazılı | Epiqrafik abidələr, qrafitlər, papirus, dəri, kağız üzərindəki əlyazmalar, çap materialları və s. |
6 | Kino, foto, fono sənədlər | Foto sənədlər, kino xronikalar, səs yazıları və s. |
İstinadlar
redaktə- ↑ "Mənbəşünaslıq termini". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.
- ↑ Kərim Şükürov. 3 // Azərbaycan tarixi (elmi-nəzəri və praktik problemləri) (PDF) (Azərbaycan). 1. Bakı: Bakı Universiteti. 2004. səh. 86. 2023-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-20.
Elm haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |