Meqsed Telebe - Wikipedia
"Məqsəd Tələbə — Kim Ukraynada təhsil almaq istəyir?" (qaz. “Миссиям Студент — Украинада оқығыңыз келе ме?”) – viktorina formatında qurulmuş maarifləndirici və əyləndirici teleşou. Müsabiqə Azərbaycan və Qazaxıstanın 10-11-ci sinif şagirdləri üçün, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Şounun əsas mükafatı Ukraynada ali təhsil almaq üçün grantdır.
Məqsəd Tələbə | |
---|---|
Janr | Televiziya verilişi |
İstehsalçı | Euromedia |
Ölkə | Ukrayna |
Dil | Azərbaycan/Rus |
İl | 2012 |
Sonrakı film | 45 dəqiqə |
Çəkiliş yeri |
Kiyev telemərkəzi Ukrayna Universitetləri |
Müsabiqənin çəkilişləri Ukraynada keçirilib, televiziya proqramları Qazaxıstan və Azərbaycanın Mərkəzi və reqional kanallarında nümayiş edilir.
Format
redaktəŞounun formatı Ukraynanın Euromedia şirkəti tərəfindən, Azərbaycanın (ATV) və Qazaxıstanın (“Хабар” və “Билим”) aparıcı kanalları ilə birgə işi nəticəsində, hazırlanıb və reallaşdırılıb. Teleşou, Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanındakı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, və həmçinin Qazaxıstanda, Respublika İctimai İttifaqı — “Жас Ұлан” Vahid uşaq-gənclər təşkilatı”nın dəstəyi ilə çəkilir.
Teleşou yaradmaq fikiri, Ukraynada təhsilin tanıdılması aləti kimi, əmələ qəlib və özündə intellektual və əyləndirici oyunu birləşdirən unikal format vasitəsi ilə həyata keçirilib. “Məqsəd Tələbə” maarifləndirici-əyləndirici şou formatının başqalarından fərqi ondadır ki, tamaşaçılar təkcə studiyada baş verən intellektual oyunu yox, həmçinin iştirakçıların layihə zamanı sərgüzəştlərini görürlər: səyahətlər, ekskursiyalar, iştirakçıların Ukraynanın müxtəlif şəhərlərində beş universitetinə gedişləri, Azərbaycan və Qazaxıstan tələbələri, universitetlərin administrasiyası ilə, və həmçinin Ukrayna və xarici şou-biznes ulduzları ilə görüşləri.
Verilişin çəkilişləri, layihənin ilk mövsümündə şou iştirakçılarının ziyarət etdiyi, Ukraynanın beş universitetində aparılıb: T. Şevçenko adına Kiyev Milli Universiteti, Milli Aviasiya Universiteti, Karazin adına Xarkov Milli Universiteti, Odessa milli politexnik Universiteti, Kondratuk adına Poltava Milli Texniki Universiteti.
Studiya çəkilişləri Kiyev çəkiliş pavilyonlarının birində aparılıb.
İştirakçıların seçimi
redaktə“Məqsəd Tələbə” televiziya layihəsində iştirak üçün Azərbaycan və Qazaxıstanın ən bacarıqlı və aydın məqsədə sahib olan uşaqları seçilib. 10-11-ci sinif şagirdləri arasında keçirilmiş kastinqlər zamanı, şagirdlər arasında test şəklində sınaq və şəxsi müsahibələr keçirilib. Onların əsasında ən yaxşı şagirdlər seçilib və şounun çəkilişləri üçün dəvət olunublar.
“Məqsəd Tələbə” viktorinasında Azərbaycan və Qazaxıstan məktəblərinin 10-11-ci sinif şagirdləri iştirak edir. Kastinq iştirakçıların yaşı: 16-17.
Qaydalar
redaktəViktorina altı verilişdən ibarətdir – 5 seçmə və 1 Final. Hər seçmə verilişində 8 nəfər iştirak edir. Ümumilikdə viktorinanın seçmə verilişlərində hər iki ölkədən 40 şagird iştirak edir. Viktorinanın hər buraxılışı 4 mərhələdən ibarətdir:
- Birinci mərhələ “Döyüş qabağı kəşfiyyat”: ilk mərhələdə 12 sual verilir, hər bir sual 4 cavab variantına sahibdir, onlardan yalnız biri düzgündür.
- İkinci mərhələ “Xüsusi mövzu”: ikinci mərhələdə 12 sual verilir, hər bir sual 4 vizual cavab variantına sahibdir (rəsm və ya şəkil), onlardan yalnız biri düzgündür.
- Üçüncü mərhələ “Məxfi olmayan materiallar”: üçüncü mərhələdə, iştirakçıların baş çəkdiyi beş ali məktəblərdən biri tərəfindən göndərilmiş, 4 video-sual verilir. Video-sual bilavasitə sualdan və düzgün cavaba yönəldən 4 video-köməkçidən ibarətdir, və həmçinin video-cavabdan.
- Dördüncü mərhələ “Duel”: sonuncu mərhələdə iştirakçılara, cavab variantları olmayan, 12 sual verilir. Hər suala iştirakçılar şifahi cavab verməlidirlər. Ayrılmış vaxt ərzində, öz pultunda hər hansı bir düyməni ilk olaraq sıxan iştirakçı, suala cavab vermək imkanı qazanır. Bütün oyun, yani 4 mərhələ ərzində maksimal xal toplayan iştirakçı qalib elan olunur və finala vəsiqə qazanır.
1-3 mərhələrindən sonra hər dəfə ən az xal toplamış iki iştirakçı şoudan ələnir. İştirakçılar tərəfindən hər hansı bir mərhələnin nəticəsində toplanmış, eyni xal sayının olduğu təqdirdə, ən yaxşısını müəyyən etmək üçün “Yoxlama sual” adlı xüsusi bir mərhələ və ya əlavə göstərici kimi “cavabın orta sürəti” tətbiq edilə bilər. Nəticədə — ikinci mərhələdə 6 nəfər iştirak edir, üçüncü mərhələdə 4 nəfər, dördüncü mərhələdə 2 nəfər – bunlardan biri qalib elan olunur.
Seçmə verilişlərin nəticəsində Finala 8 nəfər vəsiqə qazanır – 5 seçmə verilişinin qalibləri üstə gəl 3 iddiaçı – seçmə verilişlərdə yığılan ən yaxşı/yüksək xal sayına sahib iştirakçılar. Üç finalçını birbaşa xal sayı ilə müəyyən etmək olmasa, eyni xal sayına malik iştirakçılara daha bir meyar — “cavabın orta sürəti” tətbiq edilir.
Finalda mərhələlərin ardıcıllıqı və qaydaları seçmə oyunları ilə eynidir, aşağıdaki bəndlərdən savayı: üçüncü mərhələdə 5 video-sual verilir – layihə ilə əməkdaşlıq edən hər ali məktəbdən 1 sual. Dördüncü, “Duel” adlı mərhələnin nəticəsində viktorinanın qalibi və əsas mükafatın – Ukraynada təhsil almaq üçün grantın sahibi müəyyənləşir.
Şounun müəllifləri haqqında
redaktəEuromedia Company televiziya və konsert layihələrinin texniki reallaşdırılması, və həmçinin Avropa və MDB ölkələrində artistlərin menecmentı üzrə 10 ildən artıqdır ki xidmətlər göstərir.
Şirkətin portfoliosuna daxil olan layihələr: Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində debutu, iştirakı və qələbəsi (2008-2012), UEFA EURO 2012 ərəfəsində “Вболівай з найкращими” adlı ümumukrayna konsert turu, “EURO 2012 Final Party” gecəsinin texniki təminatı.
Euromedia Company, “Краса по-українськи” (“1+1”), “Королева Балу 2012” (ТЕТ), “Що ти робив минулої п'ятниці?” (“1+1”), “Круг” (ICTV), şouların Final çəkilişlərinin texniki reallaşdırılmasını, və həmçinin “Qazaxıstan” telekanalında “100 ən yaxşı mahnı” adlı layihənin işləyib hazırlanması və müvəffəqiyətlə həyata keçirilməsini təmin edib.
Şirkətin rəsmi saytı: [1] Arxivləşdirilib 2012-01-01 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Укринформ, 10.11.2012 – «Азербайджанські і казахські учні змагаються у телешоу за право навчатися в Україні».[ölü keçid]
- Вища освіта, 14.11.2012 – «Українська освіта – місток між Азією та Європою».
- Освітній портал, 16.11.2012 – «Стартує міжнародне освітньо-розважальне телешоу "Місія студент. Хто хоче навчатись в Україні?"». Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Харківський національний університет імені В.Н. Каразіна, 01.11.2012 – «Зйомка телепрограми «Місія Студент. Хто хоче навчатися в Україні?».
- Наголос, 24.09.2012 – «У наукових змаганнях немає переможених — думка».
- Телекритика, 13.11.2012 – «Euromedia знімає телевікторину про навчання в Україні для казахського й азербайджанського ТБ». Arxivləşdirilib 2013-04-03 at the Wayback Machine
- Медіаняня, 07.11.2012 – «Украинада оқығыңыз келе ме?».
- Медіабізнес, 15.11.2012 – «Как Euromedia снимал шоу «Миссия студент. Кто хочет учиться в Украине?». Arxivləşdirilib 2012-12-28 at the Wayback Machine
- Дуся, 12.11.2012 – «Шоу для умников и умниц Азербайджана и Казахстана снимают по украинскому госзаказу». Arxivləşdirilib 2012-11-18 at the Wayback Machine
- Aleksand Çebanın bloqu, 16.11.2012 – «Азербайджанские школьники встретились с С. Вакарчуком, фото».
- Svatoslav Vakarçukun bloqu, 08.11.2012 – «Азербайджанские школьники встретились с С.Вакарчуком, фото».
Teleşou Azərbaycanda
redaktə- http://studyinukraine.tv/ Arxivləşdirilib 2012-11-28 at the Wayback Machine
- Vkontakte[ölü keçid]
- YouTube
Teleşou Qazaxıstanda
redaktə- http://studyinukraine.kz/ Arxivləşdirilib 2012-12-14 at the Wayback Machine
- Vkontakte[ölü keçid]
- YouTube