Merasim Negmeleri - Wikipedia
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri.
Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s.
Qodu gəldi, dindirin,
Qodunu ata mindirin.
Qodu gün çıxartmasa,
Vurun onu sındırın.
Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur. Məsələn:
Gəlin, gəlin, qız gəlin,
İnciləri düz, gəlin.
Yeddi oğul istərəm,
Sonbeşiyi qız, gəlin.
Quda, gəlmişik sizə
Hörmət ediniz bizə.
Bu gecə qız sizdədir
Sabah aparrıq bizə.