Mermere Universiteti Tibb Fakultesi - Wikipedia
Tibb fakültəsi (türk. Tıp Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1983-cü ildə Heydərpaşa şəhərciyində qurulmuşdur. 170 nəfərlik akademik heyəti ilə 1000-dən çox tələbəyə ev sahibliyi edir. Avropa universitetləri sisteminə oxşar olaraq komitə sistemini tətbiq edilmişdir və təhsili Beynəlxalq Akkreditasiya Şurası tərəfindən təsdiqlənmiş İstanbulda ilk və yeganə tibb fakültəsidir. Mərmərə Universiteti Tibb Fakültəsi akademik və müvəffəq ixtisaslı tibbi kadr yetişdirmək ideologiyası ilə fəaliyyət göstərir.
Tibb fakültəsi | |
---|---|
Yaradılma tarixi | 1983 |
Dekan | Hakan Gündüz |
Tələbə sayı | 1100 (2012)[1] |
Yerləşməsi | |
Ünvan | Kadıköy, İstanbul |
Digər məlumatlar | |
Şüar | Köklü keçmiş, güclü gələcək[2] |
Sayt | tip.marmara.edu.tr |
30 ildən artıq uzun tarixçəsi və dinamik quruluşu ilə fəaliyyət göstərən tibb fakültəsi, Şərqi Aralıq dənizi universitetləri ilə əməkdaşlıqla yanaşı Erasmus proqramı çərçivəsində "Beynəlxalq Tip Təhsil Proqramı"nı koordinasiya edir. Hər il başda ABŞ və Avropa universitetləri olmaqla, 10-dan çox Tibb fakültəsi ilə 150-dən artıq tələbə mübadiləsi həyata keçirilir.
İstinadlar
redaktə- ↑ "İstatistikler - Marmara Üniversitesi". www.marmara.edu.tr (türk). 20 fevral 2019. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
- ↑ Yurt, Veda. "Başkanın Mesajı - Bilgi İşlem Daire Başkanlığı - Marmara Üniversitesi". bidb.marmara.edu.tr. 29 avqust 2019. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.