Merzendiye - Wikipedia
Mərzəndiyə – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Mərzəndiyə kəndi Sabir qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mərzəndiyə kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Mərzəndiyə | |
---|---|
40°35′21″ şm. e. 48°44′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəXIX əsr mənbələrində Bakı quberniyasının Şamaxı qəzasının Qobustan sahəsi Çuxanlı icmasına daxil olan Mərzəndigə kəndi (63 ailə, 427 nəfər) qeyd edilmişdir. Bu köçəri elatın uzun müddət cənubi-şərqi Şirvan düzündə İran adlı dağın ətəyindən qış otlağı kimi istifadə etməsi məlumdur. Mərəzəli elatından çıxması ehtimal olunan ailələr yerləşdiyi yerə uyğun adlanmışlar.[2]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Pirsaat çayının sol tərəfində, Acıdərə yaylasında yerləşir.
Əhalisi
redaktəKənd əhalisi 1093 nəfərdir ki, onun da 545 nəfəri kişi, 548 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı
redaktəKənddə 169 təsərrüfat var.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- ↑ N.Bəndəliyev. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, s.159.
Həmçinin bax
redaktə Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |