Metanet Efendiyeva - Wikipedia
Mətanət Əfəndiyeva (azərb. Əfəndiyeva Mətanət Tələt qızı, rus. Эфендиева Метанет Талат кызы; 1960, Bakı) — Rusiya alimi, Tibb elmləri doktoru (2003), professor (2011). RBTKEM‑in baş həkiminin elmi‑tədqiqat və klinik‑sınaq işləri üzrə müavini (2004). RF Dövlət İxtiralar Reyestrində ixtiralarına 7 patenti qeydiyyatdan keçib.
Mətanət Əfəndiyeva | |
---|---|
Doğum tarixi | 1960 |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
Həyatı
redaktəƏfəndiyeva Mətanət Tələt qızı 1960-cı ildə Bakıda anadan olub. 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) "müalicə işi" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında təcili yardım həkimi kimi başlayıb. 1987-ci ildə Moskvada Ümumittifaq Elmi-Tibbi Reabilitasiya və Fiziki Terapiya Mərkəzi nəzdində aspiranturaya qəbul olub. Vaxtından qabaq tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün hələ aspiranturanı bitirməzdən əvvəl "Xəstələrin qida borusunda cərrahi müdaxilədən sonra bərpaedici müalicəsi" mövzusunda dissertasiya müdafiə edib. 1990–2000-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Qastroenterologiya ETİ-də elmi işçi vəzifəsində çalışıb. M. Əfəndiyeva 2000–2003-cü illərdə Rusiya Bərpaedici Tibb və Kurortologiya Elmi Mərkəzində (RBTKEM — keçmiş Mərkəzi Kurortologiya və Fizioterapiya ETİ) doktorantura təhsili alıb. 2003-cü ildə məqsədli doktoranturanı bitirdikdən sonra tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün "Aşağı qida borusu sfinkterinin müxtəlif patologiya formalarında onun neyrohumoral tənzimlənməsinin qeyri-farmakoloji korreksiyası" mövzusunda dissertasiya müdafiə edib.[1]
M. Əfəndiyeva 2004-cü ildən RBTKEM-də baş həkimin elmi-tədqiqat və klinik-sınaq işləri üzrə müavini vəzifəsində işləyir. Onun elmi tədqiqatlarının nəticələrinə dair 160-dan çox elmi iş, o cümlədən metodiki tövsiyələr, həkimlər üçün vəsaitlər dərc olunub. RF Dövlət İxtiralar Reyestrində M. Əfəndiyeva ixtiralarına 7 patenti qeydiyyatdan keçirib. Onun rəhbərliyi altında və elmi məsləhəti ilə tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün 1 dissertasiya və tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün 4 dissertasiya müdafiə edilib.
M. Əfəndiyevanın elmi tədqiqatları qastroenterologiya, kurortologiya və fizioterapiya üçün böyük praktiki əhəmiyyət kəsb edir. Onun elmi tədqiqatlarının nəticələri Moskvanın və Rusiyanın digər şəhərlərinin müalicə-profilaktika müəssisələrində tətbiq olunub. 2011-ci ildə M. Əfəndiyevaya RF Təhsil və Elm Nazirliyi nəzdindəki Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilib.
İstinadlar
redaktə- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.