Metleb Mutellimov - Wikipedia
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini.
Mətləb Mütəllimli | |
---|---|
24 noyabr 1995 – 24 noyabr 2000 | |
Seçki dairəsi | 40 saylı Üçüncü Sumqayıt |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Tofiq Hüseynli |
5 fevral 1991 – 24 noyabr 1995 | |
Seçki dairəsi | 119 nömrəli Sumqayıt-Tələbə şəhər |
Sonrakı | Vəzifə ləğv edildi |
1992 – 9 noyabr 1992 | |
Baş prokuror | İxtiyar Şirin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 may 1949 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Həyatı
redaktəMətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.[1]
Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Siyasi fəaliyyəti
redaktəMətləb Mütəllimli 1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir.
Mətləb Mütəllimli bir müddət Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifəsini daşımışdır. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 298 nömrəli qərarı ilə vəzifəsindən azad edilmişdir.[2]
1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllimov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Mətləb Mütəllimov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[3][4]
Partiya fəaliyyəti
redaktəMətləb Mütəllimli 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur.[1] Mətləb Mütəllimli bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olmuşdur.[5] Daha sonra istefa verərək, 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis etmiş[1] və 22 iyun 2023-cü ildə partiya ləğv edilənədək partiyanın sədri olmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 Мүтәллимов Мәтләб Әзизулла оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 366. ISBN 5-89600-253-x.
- ↑ https://e-qanun.az/framework/7844[ölü keçid]
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- ↑ "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.