Mezem - Wikipedia
Mezem - Wikipedia - Haqqında Məlumat
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Məzəm | |
---|---|
41°04′07″ şm. e. 45°07′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 4.70[1] |
Mərkəzin hündürlüyü | 764 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 391[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Tarixi
redaktəQarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.[2]
Coğrafiyası və iqlimi
redaktəMəzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir.[3]
Əhalisi
redaktə- 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.[4]
İqtisadiyyatı
redaktə- Kənd əhalisi əsasən heyvandarlıq və arıçılıqla məşğul olur.[3]
Görkəmli şəxsləri
redaktə- Mərifət Nəsibov – (1972-1992) Azərbaycanın Milli Qəhrəmanı.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- ↑ "Azərbaycan-Ermənistan sərhədində istinad divarı çəkilir". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-08.
- ↑ 1 2 Zaman qəzeti, 15 iyun 2013-cü il tarixli buraxılışı, "Bölgə" yarımbaşlığı, səh. 6.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629