Mezide Qadinefendi - Wikipedia
Məzidə Qadınəfəndi (d. 3 mart 1869 — ö. 21 yanvar 1909) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı xanımı.
Məzidə Qadınəfəndi | |
---|---|
سيدة ميزيد | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Yəhya Əfəndi məzarlığı |
Fəaliyyəti | əsilzadə |
Atası | Kaymat bəy Mikanba |
Anası | Fəryal Marşan |
Həyat yoldaşı | II Əbdülhəmid |
Uşağı | Mehmed Burhanəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Həyatı
redaktəMəzidə xanım 1869-cu ildə əslən abxaz olan Kaymat bəy Mikanba və Fəryal Marşanın qızı olaraq dünyaya gəlmişdir. Əminə Nazikəda xanımın anası Fatma Aredbanın qohumu idi. Çox kiçik yaşlarında Ulduz sarayına xidmət etməsi üçün saraya təslim edildi. Bu illərdə Sultan Əbdülhəmidin nəzərini cəlb etmiş, 2 fevral 1885-ci ildə Ulduz sarayında evlənmişdi.
Bir il sonra 19 dekabr 1886-cı ildə Sultan Əbdülhəmidin ən sevimli oğlu olan Mehmed Burhanəddin Əfəndini dünyaya gətirdi. Ulduz sarayı parkındakı kiçik köşkdə yaşamağa başlayan Məzidə xanım, ərinin devrilməsindən 3 ay əvvəl 21 yanvar 1909-cu ildə uzun zamandır əziyyət çəkdiyi mədə xəstəliyindən vəfat etdi. Cənazəsi Yəhya Əfəndi məzarlığına dəfn olundu.
Övladları
redaktəMənbə
redaktə- Günay Günaydın (2006). Haremin son gülleri. Mevsimsiz Yayınları. ISBN 978-9944-987-03-5
- Bir Çerkes prensesinin harem hatıraları. L & M. 2004. ISBN 978-975-6491-31-7
- Christopher Buyers. "The Royal Ark – Royal and Ruling Houses of Africa, Asia, Oceania and the Americas"