Mirc - Wikipedia
mIRC — Windows üçün IRC proqramı. Bu tam funksional söhbət proqramıdır. İnteqrasiya olunmuş skript dili onu genişlənə bilən və hərtərəfli edir.[3] Proqram ilk dəfə 1995-ci ildə buraxılıb və o vaxtdan bəri "Windows üçün mövcud olan ən məşhur IRC proqramlarından biri" kimi təsvir olunub.[3] mIRC şərti havayı proqramdır və 30 günlük sınaq müddətindən sonra qeydiyyat üçün ödəniş tələb edir.[4]
mIRC | |
---|---|
Proqramlaşdırma dili | C++[2], C[2] |
Əməliyyat sistemi | Microsoft Windows |
Yayımlanma tarixi | 28 fevral 1995 |
Sonuncu versiya |
|
Lisenziya | şərti havayı proqram |
Sayt | mirc.com |
Tarixi
redaktəmIRC İordaniya əsilli İngilis proqramçı Xalid Mərdam-Bey tərəfindən yaradılmışdır.[5] O, 1994-cü ilin sonlarında proqramı tərtib etməyə başladı və ilk versiyasını 28 fevral 1995-ci ildə buraxdı.[6]
Xalid Mərdam-Bey bildirir ki, o Windows üçün ilk IRC proqramlarında bəzi əsas IRC xüsusiyyətlərinin olmadığını hiss etdiyi üçün mIRC-ni yaratmağa qərar verdi. Daha sonra problem və insanların onun işini yüksək qiymətləndirdiyinə görə onu inkişaf etdirməyə davam etdi. Müəllif bildirir ki, onun sonrakı populyarlığı ona mIRC-dən pul qazanmağa imkan verib.[7] O həmçinin zarafatla bildirir ki, mIRC-dəki "m", "moo" və ya "MU" (Yapon və Koreya dillərində "heç nə") deməkdir.[8]
mIRC 5.91 16-bit Windows-u dəstəkləyən son versiyadır.[9] 6.35 Windows 95, NT 4.0, 98 və ME-ni dəstəkləyən son versiyadır. Cari versiya Windows XP və sonrakı versiyaları dəstəkləyir.[10]
Proqram Basshunter tərəfindən 2006-cı ildə çəkilmiş "Boten Anna" klipində görünür.[11]
Funksiyaları
redaktəmIRC bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir. Bunlardan biri hər bir versiya ilə daha da inkişaf etdirilən skript dilidir. Skript dili, xüsusi əmrlər[3] kimi proqrama kiçik dəyişikliklər etmək üçün, həmçinin mIRC-nin işləyişini və görünüşünü tamamilə dəyişdirmək üçün də istifadə edilə bilər. Digər xüsusiyyət isə mIRC-in daxili fayl serverinə malik olan DCC protokolu vasitəsilə fayl paylaşma qabiliyyətidir.[12]
30 iyul 2010-cu ildə buraxılmış mIRC 7.1 versiyası ilə birlikdə proqramda Unicode və IPv6 da dəstəklənməyə başladı.
mIRC skript dili
redaktəmIRC-nin funksiyaları və işləyişi daxili mIRC skript dili ilə dəyişdirilə və genişləndirilə bilər. mIRC-nin "son dərəcə əhatəli" kimi təsvir edilən öz GUI skript redaktoru var.[3]
Dilin istifadəçinin kompüterinə giriş səviyyəsinə görə, məsələn, faylların adını dəyişmək və silmək üçün bir sıra sui-istifadə edilə bilən skriptlər hazırlanmışdır. Sui-istifadənin bir nümunəsi verilmiş kodlanmış sətri deşifrə edən $decode identifikatoru ilə icra edilməsidir.[13][14] Problem 2001-ci ilin avqustunda bildirildi. Beş ay keçsə də, istifadəçilərin hələ də "mIRC-yə nəzarəti başqasına təhvil verməsi" ilə nəticələnən hiylələrə aldandığı bildirilirdi.[15] Bu mIRC 6.17 versiyasında dəyişikliklərin edilməsinə səbəb oldu: müəllifə görə, $decode indi defolt olaraq qeyri-aktivdir və təhlükəli sayıla bilən digər müxtəlif funksiyalar artıq kilidlənə bilər.[16]
İstifadəsi
redaktəCNET-in Download.com xidmətindən mIRC-in endirilmə sayı 40 milyondan artıqdır.[17] 2003-cü ildə Nielsen/NetRatings mIRC-ni ən populyar internet tətbiqləri onluğuna daxil etdi.[18]
İstinadlar
redaktə- ↑ Latest News: mIRC 7.77 has been released!.
- ↑ 1 2 Mardam-Bey K. Personal FAQ (ing.).
- ↑ 1 2 3 4 Smith, Chris. Hack #20 Automate IRC with Scripting // Paul Mutton\ (redaktor). IRC Hacks: 100 Industrial-Strength Tips & Tools. O'Reilly Media, Inc. 2004. 71–74. ISBN 978-0-596-00687-7. 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-01.
- ↑ "Registration" Arxivləşdirilib 2020-06-13 at the Wayback Machine. mirc.com.
- ↑ "mIRC: Personal FAQ". www.mirc.com. 2011-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-21.
- ↑ "mIRC: Khaled Mardam-Bey". www.mirc.com. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-01.
- ↑ "mIRC: Personal FAQ". mirc.com. 19 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2023.
- ↑ "mIRC: Personal FAQ – Meaning". mirc.com. 19 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2023.
- ↑ "mIRC 6.0 drops 16bit support". mirc.com.
- ↑ "mIRC download for 6.35 and latest version" Arxivləşdirilib 2018-12-10 at the Wayback Machine. mirc.com. Retrieved 2018-12-10.
- ↑ Ernie Smith. "Why Did Slack Win Out Over IRC, Anyway?". Vice. 13 February 2018. 7 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2022.
- ↑ "mIRC FAQ: Section 6". mirc.com. 2018-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- ↑ "mIRC Backdoors – An Advanced Overview" Arxivləşdirilib 2019-02-13 at the Wayback Machine. originally by ReDeeMeR. Securiteam.com Windows NT Focus. 24 February 2002.
- ↑ Ahmadi Bidakhwidi, Mohammad (2005) "mIRC Worm" Arxiv surəti 3 noyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-11-03 at the Wayback Machine. The Ethical Hacker.
- ↑ Lo, Joseph, ed. (January 4, 2002). "IRC News Jan 04 02 Happy 2002 — //$decode trojan keeps going and going… " Arxiv surəti 1 avqust 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine. and
"Aug 30 01 mIRC $decode() exploit." IRChelp.org. - ↑ "mIRC: Latest News". mirc.com. 2018-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- ↑ "mIRC". Download.CNet.com. 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- ↑ "InternetNews Traffic Patterns 2003". InternetNews.com. 22 October 2003. 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-13.
Əlavə ədəbiyyat
redaktə- Szor, Peter. 3.7.7 // The Art of Computer Virus Research and Defense. Pearson Education. 2005.
- Harley, David; Vibert, Robert S. AVIEN Malware Defense Guide for the Enterprise. Elsevier. 2007. səh. 147. ISBN 978-0-08-055866-0.
- Adomi, Esharenana E. Security and Software for Cybercafés. Idea Group Inc. 2008. səh. 173.
- Jakobsson, Markus; Ramzan, Zulfikar. Crimeware: Understanding New Attacks and Defenses. Addison-Wesley Professional. 2008. səh. 194. ISBN 978-0-13-270196-9. 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-01.
Xarici keçidlər
redaktə- mirc.com — Rəsmi saytı