Mv Sevol Gemisinin Batmasi - Wikipedia
MV Sevol gəmisinin batması və ya Sevol fəlakəti (Koreya dilində: 세월호 침몰 사고, 世越號沈沒事故) 16 aprel 2014-cü ildə səhər saatlarında Cənubi Koreyanın Donggeochado adası yaxınlığında MV Sewol bərəsinin batmasıdır. Əksəriyyəti Ansan şəhərindəki Danvon Liseyinin şagirdləri olan 476 nəfəri daşıyarkən bərə aşmışdır. Qəza nəticəsində 304 sərnişin və ekipaj üzvü həlak olmuş və təxminən 172 sağ qalan insan isə Koreya Sahil Mühafizəsi, balıqçı qayıqları və digər ticarət gəmiləri tərəfindən xilas edilmişdirlər.
MV Sevol gəmisinin batması və ya Sevol fəlakəti | |
---|---|
Tarix | 16 aprel 2014 |
Yeri | Cənubi Koreyanın Donggeochado adası yaxınlığı |
Koordinatlar | 34°13′05″ şm. e. 125°57′00″ ş. u.HGYO |
Səbəbi | Gəminin ağırlıq mərkəzinin çökməsi |
İştirakçılar | 476 |
Qurbanlar | |
Ölənlərin sayı | 304 |
Zədəlilər | 172 |
İtkin düşmüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
15 may 2014-cü ildə bərənin kapitanı və üç ekipaj üzvü cinayətdə, digər 11 ekipaj üzvü isə gəmini tərk etməkdə ittiham olunmuşdurlar.
Sevol fəlakəti Cənubi Koreyada geniş ictimai və siyasi reaksiyalara səbəb olmuşdur. Bir çoxları kapitanın və ekipajın hərəkətlərini və eyni zamanda da bərə operatorunun və müəssisələrə nəzarət edən tənzimləyicilərin hərəkətlərini tənqid etmişdirlər. Xüsusilə, Cənubi Koreya hökuməti və mediası fəlakətdə öz məsuliyyətlərini lazımi səviyyədə qiymətləndirmədiklərinə və hökumətin səhlənkarlığına görə tənqid olunmuşdurlar.