Masioba - Wikipedia
Maşıoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qımılqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Maşıoba | |
---|---|
41°28′ şm. e. 48°45′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəXIX əsrin axırlarında yaranmış Maşı–oba kəndinin əsası Hacı Məhəmməd oğlu Əhməd bəy tərəfindən qoyulmuşdur. Kənd sıx meşələrlə əhatəli olduğundan Meşə–oba adlanıb. Sonradan Maşı–oba kimi sənədləşib. Buna səbəb həmin sənədləri tərtib edənlərin rus və digər millətlərdən olmasıı olub. 1980-ci illərə kimi kəndin köçürülməsi (Xruşov planına əsasən) nəzərdə tutulduğundan inkişafı üçün heç bir tədbir görülməyib. Kənd tarixi kurqanlarla əhatə olunub. Kəndin ərazisində Tunc dövründən (e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir) qalma yaşı 2500-3000 il olan iki kurqan mövcuddur. Həmin kurqanlarda Tunc dövrünə aid dulusçuluq sənətinə dair əşyalar tapılmışdır.
Kəndin əhalisi əsasən ceklilərdən, tatlardan, qırızlardan və ləzgilərdən ibarətdir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |