Mastaga Mescidleri - Wikipedia
Maştağa məscidləri — 1939-cu ilin məlumatına görə Maştağada 36 məscid, 4 pir olmuşdur.[1]
Cümə məscidi
redaktəBu məscid 1893–95-ci illərdə tikilib. XIX əsrə aiddir. Ərazisi 1600 m², sahəsi 400 m², ibadət tutumu 400 nəfər. Məscid hicrətin səkkizinci yüzilliyində, miladi tarixilə 1414-cü ildə məştağalı memar Ərtuğay İbn Hacı Xəlil əl-Məşqədəh tərəfindən tikilibmiş. Məscidin minarəsinin memarı ustad Kərbalayı Hacı Qulu olub. Usta Kərbəlayı Hacı Qulu minarənin yuxarısında dairə boyunca Ayətəl-Kürsü də həkk etmişdi.
1994-cü ildə bu məscidin nəzdində İmam Cəfəri Sadiq mədrəsəsi açılır. Burada gənclər elmi dini biliklərə yiyələnir.
Hunlar məscidi
redaktəSeyid İbad Ağa küçəsində keşmiş bazar yerləşən meydana bitişikdir. XVII əsrə aid olub, ərazisi 500 m², sahəsi 250 m², ibadət tutumu 250 nəfərdir. Məscdin üzərindəki kitabədə məscidin tikintisi və xərda təmirinin hicri tarixlə 1229-cu ildə (1813) məhəllə sakinləri tərəfindən həyata keçirildiyi göstərilir. 1841-ci il zəlzələsində daha çıx dağıntıta məruz qalıb. 1875-ci ildə yenidən bərpa olunub. 23 m hündürlüyündə minarəsi var.
Keçəçilər məscidi
redaktəAğa meydanın yaxınlığında yerləşən XIX əsrə aid olan məscid. Ərazisi 300 m², sahəsi 200kv.m, ib
Məscid Axund Seyid küçəsində XVII əsrdə tikilmişdir. Ərazisi 80 m², sahəsi 50 m², ibadət tutumu 50 nəfər.
Hacı Kəblə Hüseyn məscidi
redaktəMəscid Dərə məhəllədə yerləşir. XVII əsrə aiddir. Ərazisi 200 m², sahəsi 60 m², İbadət tutumu 60 nəfər.
Hacı Aslan məscidi
redaktəAğa meydanını məhəlləsində yerləşir. XIX əsrə aiddir. Ərazisi 50 m², sahəsi 30 m², ibadət tutumu 30 nəfər.
Əbülfəz Abbas məscidi
redaktəXX əsrə aid məscid. Ərazisi 200 m², sahəsi150 m², ibadət tutumu 150 nəfər.[2]
Kəblə Məhəmməd məscidi
redaktəBu məscid indi yoxdur. İndiki Mədəniyyət Evnin arxasında yerləşir. Məscid keçən əsrin 30-cu illərində sökülüb. Həmin əsrin 60-cı illərində məscidin yerində taxıl döymək üçün istifadə olunan geniş acıqlıqda — Xırməndə həyətlər salındı.
Hacı Mikayıl Məscidi
redaktəBu məscid indiki Soltan Əliyev küçəsində kənddə Qırmızı Eyvan kimi tanınan ikimərtəbəli evin yanında idi. Məlum hadisələr zamanı sökülüb.
Hacı Qasım məscidi
redaktəBu məscid indiki poçt binasının yanında Xanlar küçəsində yerləşir. Hacı Qasım 1920-ci ilin avqust ayında Naxır Bulağı üstündə günahsız, məhkəməsiz güllələnən 12 nəəfərdən biri- Baloğlan xanın atası olub. Onun tikdirdiyi bu məscid də sökülməyə məruz qalmışdır.
Binə məscidi
redaktəBu məscid Məştağanın Buzovnaya gedən yolun sağında yerləşib. Bağ mövsümündə camaat burada ibadət edərdi. Sökülən məscidlərdəndir. Qalıqları indi də var.
Qumüstü Həsən bəy məscidi
redaktəBu məscid XVIII əsr tarixi abidəsi kimi dövlət tərəfindən qorunur. O cümə məscidi ilə Cildağın arasında yerləşir.