Ma La Budde Batiniyye - Wikipedia
Ma La Budde Batiniyye - Wikipedia - Haqqında Məlumat
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır.
Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Nüsxələri
redaktə- Bakı,6960/2
- Hacı Səlim Ağa,Kəmankeş,49
- İstanbul Universiteti Mərkəz Kitabxanası,FY.954 Xalis əf.8194/2
- Manisa, Muradiyyə,2906/2
Kitab haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |