Macaristan Zehmetkesler Partiyasi - Wikipedia
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası.
Macarıstan Zəhmətkeşlər Partiyası Magyar Dolgozók Pártja | |
---|---|
Sədri | Arpad Şakasiç |
Qurucu | Matyaş Rakoşi |
Lideri |
Matyaş Rakoşi |
Quruluş tarixi | 12 iyun 1948 |
Dağılma tarixi | 31 oktyabr 1956 |
Xələfi | Macarıstan Sosialist Fəhlə Partiyası |
Baş qərargah | |
İdeologiya | Marksizm, Leninizm,Kommunizm |
Şüar | "Bütün ölkələrin fəhlələri birləşsin" |
Mətbuat orqanı | Sabad Nip |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi.[1] 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi. Partiyanın rəhbərliyinə Yanoş Kadarla yanaşı İmre Nad gətirildi.[2] İmre Nad hökuməti ayaqlanmanı əks -inqilabi yox, “ böyük, ulusal və demokratik bir hadisə” olaraq qiymətləndirdi. Macarıstanın tərəfsizlik və Varşava paktından çıxmaq haqqında qərarları Sovet İttifaqının buraya müdaxiləsinə gətirib çıxardı. 8 noyabr 1956-cı ildən sonra isə Macarıstan Sosialist Fəhlə Partiyası Kadarın rəhbərliyi altında Sovet İttifaqını tam dəstəklədikləri barədə bəyanat verdi.
Liderləri
redaktəBaş Katiblər
- Matyaş Rakoşi: 12 iyun 1948- 18 iyul 1956
- Ernü Gerü: 18 iyul 1956 - 25 oktyabr 1956
- Yanoş Kadar: 25 oktyabr 1956 - 31 oktyabr 1956
Sədri