Madridde 2 May 1808 - Wikipedia
Madriddə 2 May 1808 və ya Məmlüklərin Hücumu (isp. El 2 de mayo de 1808 en Madrid) — İspaniya rəssamı Fransisko Qoyyanın çəkdiyi rəsm əsəri. Rəsm əsəri "Madriddə 3 may 1808"lə birlikdə 1814-cü ildə çəkilmişdir. Hazırda Madriddə yerləşən Prado muzeyində sərgilənməkdədir.
Madriddə 2 May 1808 | ||
---|---|---|
| ||
Rəssam | Fransisko Qoyya | |
Tarixi | 1814 | |
Üslubu | tarix rəssamlığı | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 268,5 sm[1] × 347,5 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Prado muzeyi | |
Saytı | wga.hu/html/g/goya/7/713… | |
İnventar nömrəsi | P000748[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1808-ci ildə fransızlar İspaniyanı işğal etmişdirlər. Napoleon Bonapart Portuqaliyanı tutmaq bəhanəsi ilə İspaniyanı tutmaq və idarəni qardaşı Jozef Bonaparta buraxmaq istəyirdi. İspaniya kral ailəsini ortadan qaldırmaq məqsədi Madriddə böyük üsyana səbəb olmuşdur. Bu üsyan 2-3 may 1808 tarixlərində frnasız general Yoahim Müratın başçısı olduğu orduya qarşı baş vermişdir.
Əsərdə fransızlara tərəf döyüşən məmlüklər ilə ispan üsyançılar arasındakı döyüş təsvir olunur. İspanlar məmlüklərə hücum edərək böyük vəhşətə və döyüşə səbəb olurlar.
Rəsm əsəri Puerta del Sol yaxınlığındakı Kalle de Alkalda çəkilmişdir.
Əsər
redaktəBu əsər 1814-cü ildə fransızların İspaniyanı tərk eməsindən sonra İspaniyanın müvəqqəti hökuməti tərəfindən sifariş edilmişdir. Bu hökumət daha sonra yerini VII Fernandoya buraxacaqdı. Rəssam Madrid xalqını soyuq silahlardan istifadə edən, bilinməyən qəhrəmanlar kimi təsvie etmişdir. Bu isə kralı məmnun etməmişdir. Bu səbəbdən hər iki tablo uzun illər sərgilənməmişdir.
Qoyya hər iki əsərdə xaotik üsluba üstünlük vermişdir. Beləcə əsərlər daha gerçəkçi alınmışdı.